Аллаһын елчиси



Yüklə 1,08 Mb.
səhifə20/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   16   17   18   19   20   21   22   23   ...   130

AMəNə


Vəhəb ibni Mənaf qızı Amənə ana tərəfdən «Qusəy»də Peyğəmbər (s) nəslinə bağlanır. Amənə şərafətli bir nəsil, etiqadlı bir ailədəndir. Hamı arasında öz böyüklüyü ilə tanınır. Amənə pak, müvəhhid bir qadın olub və haqqında rəvayət vardır. O, atəş haram edilən şəxslərdəndir. «Allah səni nazil edən sülbə, səni doğan bətnə, sənə süd verən döşə atəşi haram edib» hədisin sonu Amənəyə şamildir. («Bəhar» 15-ci cild).

Amənə Peyğəmbəri (s) doğduqdan bir müddət sonra ona süd verəcək dayə tutdu. Peyğəmbər (s) dörd il dayənin yanında qalıb, sonra ana qucağına qayıtdı. Amənə iki ildən sonra öz mələksima övladı ilə Mədinəyə qohumlarının yanına getdi. Qayıdarkən xəstələnib, yolda otuz yaşında ikən vəfat etdi. Onu qədim Mədinə və Məkkə yolnun kənarında əbva adlı bir yerdə dəfn etdilər. Həzrət Peyğəmbər (s) məhşur vida həccində anaının qəbrini ziyarət edib, ağladı, başqalarını da ağlatdı. Bu əzəmətli sülb və pak bətn Peyğəmbər (s) kimi bir övlad tərbiyəsi ləyaqətini qazanıb, bəşəriyyətin iftixarı olan bir yadigar qoydular.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin