AD QOYMA
«Onun adı göylərdə əhməd, yerdə Məhəmməddir» («Bəhar» 15-ci cild). Allahın Rəsulu (s) doğulandan sonra Cəbrəil və Mikail (mələklər) insan surətində gəlib, onu yuyundurdular və ətirlədilər. Bu vaxt Amənə bir kənarda dayanıb, təəccüblə baxırdı! Behişt huriləri körpəni parçaya bələyib, anasının qucağına verdilər. Sonra mələklər yığın-yığın gəlib, bu sayaq salam verdilər: «Salam olsun sənə, ey Məhəmməd; salam olsun sənə, ey Məhəmməd; salam olsun sənə, ey əhməd, salam olsun sənə, ey əhməd». Kuleyni nəql edir ki, Allahın Rəsulu doğulanda Hatifi (kimdir qeyd et?) nida etdi ki, onu Məhəmməd adlandırın. («Bəhar» 15-ci cild).
Aydındır ki, belə bir böyük şəxsiyyətin adı da göylərdən qoyulur. Onun yüksək məqamına görə adı da Allah-taala tərəfindən əvvəlcədən təyin edilir. Onun adı hətta əvvəlki ilahi kitablarda qeyd olunmuşdur. Həzrət İsa (ə) əsrlərcə əvvəl onun adını müjdə vermişdir: «Mən sizi məndən sonra gələcək bir peyğəmbərlə müjdələyirəm, onun adı əhməddir». Quran da onu həm əhməd, həm də Məhəmməd kimi yad edir: «Məhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir» («əhzab» 40).
Dostları ilə paylaş: |