Mühüm nöqtələrdən biri də fərdlərə ad qoymanın əhəmiyyətidir. Bütün cəmiyyətlərdə adlar yerli mədəniyyət və inamlardan yaranır. Yaxşı və mənalı adlar bir millətinin mədəniyyətinin zənginliyidir. Necə ki, yüngül və mənasız adlar yoxsulluğa dəlalət edir. İctimai münasibətlərdə və fərdlərdə ad qoymada bir millətin azadlığı və ya biganə mədəniyyətlərdən asılılığı yaxşıca aydın olur. Qurani-məcidin ad qoymada belə ehtiyatlı olduğunu, Peyğəmbərə (s) illərcə doğumundan əvvəl ad qoyduğunu, «onunadıYəydadır, ondanəvvəlkimsənibeləadlandırmadıq» ayəsini, övlada yaxşı ad qoyulmasının ata-ana üçün vəzifə olduğunu nəzərə almaqla müsəlman millətlər diqqətli olmalı, övladlarına, ictimai yerlərə və s. ad qoyarkən zəngin islam mədəniyyətindən faydalanmalıdırlar. Qərb və şərqdən gəlmiş adların istifadəsi islam mədəniyyəti ilə qətiyyən uyuşmadığından ondan çəkinmək lazımdır. Ad qoyarkən başqalarının istəyinə, müdaxiləsinə əhəmiyyət verilməməlidir.