Аллаһын елчиси



Yüklə 1,08 Mb.
səhifə30/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   26   27   28   29   30   31   32   33   ...   130

HəZRəTİN (S) PORTRETİ


Həzrətin (s) inkişafı və tərbiyəsi aram-aram formalaşırdı. Onun cismi və ruhi keyfiyyətləri elə əvvəlcədən hamının diqqətini cəlb edirdi. Onun xasiyyətinə valeh olanlar bədən gözəlliyinə də heyran qalmışdılar. Bəzi xüsusiyyətləri burada xatırlayırıq.

Həzrətin sifəti və bədəni bütün cəhətlərdən gözəl yaradılmışdı. İnsan üçün gözəllik olan bütün əlamətlər ona əta olunmuşdur. O, xasiyyətcə hamıdan gözəl olduğu kimi görkəmcə də hamıdan gözəl idi. Özü belə dua edirdi: «Pərvərdigara bədənimizi gözəl yaratdığın kimi, əxlaqımızı da gözəl qərar ver». Həzrətin (s) boyu ucalığa meyilli orta idi. Nə gödək idi, nə də çox uca. Nisbətən iri qafalı başı, enli yanaqları vardı, çənəsinin altı azca dartılmışdı.

Geniş gözəl alınlı, bitişik və nazik qaşlı, iri və tam qara gözlü, gözünün ağı qırmızıya meyilli və gözü uzun kiprikli, burnun mütənasib və nazik deşikli, mütənasib ağ dişli kiçik ağızlı, rəngi ağa çalan buğdayı, sinəsinə düşən qıvrım və lətif saqqallı, qulaqlarını örtəcək qədər qıvrım və baş həddini ötməyən saqqalı, dartılmış gümüş boyunlu, geniş sinəli, siənsi ilə arba geri çəkilmiş qarınlı bir insan idi.

Ayaqları və əlləri doluluğa mail və kiçik, ayağının altı dərin, üzü qövsvari (fizioloji cəhətdən sürətli yeriş və qaçış üçün ən münasib forma), qədəmləri bərabər, pəncələri az ətli idi. («Bəhar» 16-ci cild).

Peyğəmbərin (s) bədəni bütün cəhətlərdən gözəl idi. Əgər Yusif ən gözəl insan olduğu üçün gözəllərə Yusifcamal deyiblərsə, Peyğəmbər (s) ondan da şirin olmşudur. Bu fikir rəvayətdə də təsdiq olunur: «əgər Yusif gözəl ya ən gözəl olmuşsa, mən ondan şirinəm». Onun haqqında belə demək olar ki, yaxşılarda cəm halda yaxşı nə varsa, tək səndə var. Xasiyyət və görkəmi çox gözəl olduğundan hamını valeh etmişdi.

Həzrətin yeniyetməlik və gənclik dövründə böyük hadisələr baş verirdi və onun çoxlu fəzilətləri aşkar oldu. onlardan bəzilərini xatırlayırıq.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin