Peyğəmbərin (s) ömründə 25 Bahar ötmüş sel Kəbəni dağıtdı. Qüreyş Kəbəni bərpa etmək üçün torpaq daşımağa başlayır. Qazılan yer dərinləşəndə böyük bir ilan görünür və qazıntını dayandırırlar. (Bəlkə də bunun Kəbə ətrafında çoxlu peyğəmbər qəbrinin olması ilə əlaqələndirmək olar. Buradan çox torpaq götürlüməsi qəbrlərin açılmasına səbəb olardı). Bir sözlə divarlar qaldırılır, növbə Həcərül-əsvədin (qara daşın) divara bərkidilməsinə gəlir. Qəbilələr arasında mübahisə başlanır ki, Həcərül-əsvədi hansı qəbilə götürəcək. Bu vaxt «Məhəmmədəmin» adlanan Peyğəmbər (s) yaxınlaşır. Hamı onun bu işi mühakimə etməsinə razılıq verir. Həzrət (s) çox göl bir tədbir tökür. Öz ridasını (arxalığını) yerə sərib, Həcərül-əsvədi ridasına qoyur. Bütün qəbilələrə müraciət edir ki, hərə bir tərəfdən yapışıb daşı qaldırsınlar. Hərə ridanın bir yanından tutub Həcərül-əsvədi qaldırırlar. Həzrət özü daşı götürüb divara yerləşdirir. Beləcə, hamı bu işin savabından faydalanır və mübahisə kəsilir.