Аллаһын елчиси



Yüklə 1,08 Mb.
səhifə35/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   31   32   33   34   35   36   37   38   ...   130

XəDİCəNİN ELÇİLİYİ


Növcavanlıq dövrü ötüşmüş, cvanlıq dövrü də aram-aram vidalaşmaqda idi. Həzrət Peyğəmbər (s) iyirmi beş yaşında idi. Mömin və varlı qadın Xədicə (ərəbi)-dan on beş il qabaq anadan olmuşdu və həmin vaxtadək iki dəfə – ətiq ibni Aiddə və əbu Halədə ərdə olmuşdu. Hazırda isə ərsiz bir qadın idi. O, Şam və başqa yerlərə ticarət üçün admlar göndərirdi. Bir dəfə də bu iş həzrət Məhəmmədə (s) tapşırılır. O, bu ticarət səfəindən böyük qazancla qayıdır. Elə əvvəllər də öz sədaqəti ilə tanınan Məhəmmədin (s) bu səfərdən sonra xüsusi ilə Xədicə üçün düzlüyü və ayıqlığı aşkar oldu. Ərəb böyükləri ilə izdivaca razılıq verməyən Xədicə özü evlənmək təklifi ilə Məhəmmədə (s) müraciət etdi. Peyğəmbərin (s) digər bir buyruğuna görə əmmar Yasərlə Səfa və Mərva arasından keçərkən Xədicə və bacısı Halə ilə rastlaşırlar. Halə əmmara yanaşıb, «Məhəmməd Xədicə ilə evlənmək istəmirmi»-deyə soruşur. Əmmar bu barədə Peyğəmbərdən (s) soruşanda o, buyurdu: «Bu sualın cavabı sabaha qalsın». Deyilən gün həzrət (s) öz əmisi Əbu Talib ilə Xədicəyə elçiliyə gedir. Bu mərasimdə Əbu Talib belə deyir: «Həmd olsun Allaha ki, bizi İbrahim nəslindən qərar verib və hərəmi bizim üçün əmn edib (tapşırıb) və bizi cəmiyyətə rəhbər təyin edib. Mənim qardaşım oğlu Məhəmmədin dünya malından sərvəti az olsa da, kamal və əxlaq baxımından kimsə onunla müqayisə edilə bilməz. O, Xədicə ilə evlənmək istəyir. Əlbəttə ki, Xədicənin də bu işə meyli olsa. Onun mehriyyəsinin bir qədərini öz malımdan verirəm». Elçilik və əqd mərasimi bu şəkildə keçdi.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin