Аллаһын елчиси



Yüklə 1,08 Mb.
səhifə36/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   32   33   34   35   36   37   38   39   ...   130

XəDİCə


Cahiliyyət dövründə Tahirə adlanan Xədicə Məkkənin tanınmış və dindar qadınlarından idi. Əbu Cəhl, əbu Süfyan, Üqbə ibni əbu Məit, Səlt ibni əbu Yəhab kimi admalar ona elçiliyə gəlmiş, amma Xədicə onlarda evlənmə üçün zəruri keyfiyyətləri görmədiyi üçün razılıq verməmişdi. («Bəhar» 16-cı cild). (Amma Məhəmməd-əmindən elçiliyi razılıqla qəbul etdi). Xədicə şərafətli bir ailədən idi və Peyğəmbərin dördüncü babası Qəsada onunla bağlanırdı. Xədicə ilahi qadınlardan idi və onun haqqında rəvayətdə nəql olunmuşdur: «Allah dörd qadını seçmişdir: Məryəm, Asya, Xədicə Fatimə» («Bəhar» 15-ci cild). Peyğəmbərin özündən və həzrət əlidən sonra Xədicə müsəlmanlığı qəbul etmiş ilk şəxsdir. Əlidən (ə) belə nəql olunub: «İlk islam olmuş evdə cəmi üç nəfər vardı: Peyğəmbər (s), Xədicə, üçüncü isə mən». Həzrət Peyğəmbərdən (s) bu xanım haqqında belə nəql olunub: «Xədicə kimisi harada tapılar. O, mənim risalətimi elə bir vaxt təsdiq etdi ki, xalq bu böyük fəzilətlə düşmənçilik edirdi». Bu fəzilətdə birinci olmaq bəşəriyyət üçün fəxrdir. Peyğəmbərlə (s) Xədicə təqribən iyirmi beş il bir yerdə olmuşlar. Həzrətin (s) əksər övladları bu böyük qadından olmuşdur. Xədicə besətin onuncu ili Məkkədə 65 yaşında vəfat etmişdir və Məkkədə «Cənntül-məlai» qəbristanlığında dəfn olunmuşdur. Onun qəbri bu gün də ziyarət edilir.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin