İZDİVACLARIN SəBəBİ
Yazılarda Peyğəmbərin (s) izdivaclarının bəzi xüsusiyyətlərinə işarə edildi. Həzrət (s) normal bir insan kimi cinsi ehtiyacının ödənməsində izdivac yolundan istifadə etmişdir. Həm həzrət özü, həm də səhabələr, xüsusi ilə də cavanlar asanlıqla evlənərdilər. Hansı ki, bu gün evlənmək ən çətin ailə və cəmiyyət müşkillərindəndir. Keçmiş söhbətlərimizdən aydın olduğu kimi həzrətin izdivaclarının dini əhəmiyyəti də olmuşdur. Məsələn, qəlblərin alınmasında, ictimai mövqeyə malik ailələrlə, əbu Bəkrlə, Ömərlə, əbu Süfyanla qohumluğun ictimai əhəmiyyəti vardı.
Bəzi izdivacların fiqhi əhəmiyyəti vardır. Məsələn, özünü mehriyyəsi olaraq həzrətə hədiyyə etmiş «Ümmü-şərik»lə izdivac. Quran da bunu peyğəmbər xüsusiyyəti kimi bilir: «Yalnız sənə məxsus olaraq, özünü peyğəmbərə bağışlayan hər hansı bir mömin qadını sənə halal etdik». («əhzab» 50).
Zeyddən təlaq almış Cəhş qızı Zeynəblə izdivacın da fiqhi səbəbləri vardır. Xədicənin qardaşı oğlu Həkim ibni Hizam Şamdan gətirdiyi qullardan bir olan Zeydi Xədicəyə bağışladı. Sonra həzrətin istəyi ilə Xədicə onu həzrətə bağışladı. Peyğəmbər (s) hədiyyə olaraq aldığı Zeydi azad etdi. Sonralar Zeydi «peyğəmbər oğlu» deyə çağırardılar. Adamlar elə qəbul etmişdilər ki, oğul çağırılan da oğul kimidir və onun boşadığını almaq olmaz. Quran bu səhv fikri rədd edir: «Məhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. O, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur» («əhzab» 40). Zeydin boşadığı qadınla evlənmək barədə buyurulur: «Zeyd zövcəsi ilə əlaqəsini kəsdikdə səni onunla evləndirdik ki, möminlər oğulluqlarının («oğul» çağırdıqları) boşadığı qadınlarla evlənə bilsinlər» («əhzab» 37). Əgər bu hökm təkcə Quranda deyilsəydi, bəhanələrlə başqa cür yozula bilərdi. Lakin Peyğəmbər (s) özü bu hökmə əməl edəndən sonra bütün şübhələr alt-üst oldu.
Digər Peyğəmbər zövcələri haqqında bunu demək olar ki, kimsəsiz, imkansız qadınlar idilər. Həzrət (s) onlarla evlənərək digər bir ictimai faydalı əməli qayda qoydu. Bir əsir qadınla Peyğəmbərin (s) evlənməsi bir çox digər əsirlərin azad olmasına gətirdi. Bəli, uyğun izdivaclar sadalanan şəraitlərdə həyata keçmişdir. Bu şərtlər içində yalnız nəfsani istəyə yer yoxdur!
Dostları ilə paylaş: |