Peyğəmbərin (s) zövcələri vəhy evinə bağlıdırlar. «Nur» surəsində buyurulur: «Həminevki, AllahınizniiləucamərtəbəlidirvəondaAllahadızikredilir». Elə buna görə də Peyğəmbər zövcələri yüksək mövqeyə malik olmuşlar. Eləcə də bu yüksək mövqe onların öhdəsinə xüsusi vəzifələr qoymuşdur.
Quran peyğəmbər zövcələrini müsəlmanlara ana bilir: «Onunzövcələrisizinanalarınızdır». Bu qadınlar fiqhi bir hökmdə anadırlar və onlarla evlənmək başqaları üçün daim haramdır. Başqa bir ayədə bu hökm bir daha təsdiqlənir: « Peyğəmbərdən sonra onun zövcələri ilə evlənmək heç zaman sizə halal deyil» («Əhzab» 3).
Quran peyğəmbər qadınlarının uca mövqeyinə görə onları bütün çirkinliklərdən paklayır. Bu qadınlar pak və təqvalı insanlar kimi tanıtdırılır. Hətta bu qadınlardan birinə böhtan atıldıqda Quran özü onların müdafiəsinə qalxır. Çünki bu böhtanlar bir şəxsə qarşı yox, bütün vəhy evinə qarşı yönəlmişdir. Ona görə də bu məsələ çox əhəmiyyətlidir. Vəhy evi və rəhbərlik hər zaman pak olmalıdır. Bu həqiqətlər xalqa da aydın olmalıdır. Xalq bilməlidir ki, xalqa rəhbərliyi öhdəsinə götürmüş Peyğəmbər ətrafı bütün nöqsanlardan pakdır. Xalq onlara inanmalı, onları özünə nümunə götürməlidir. Quranın bu müdafiəsi qadınlardan çox vəhy evinə aiddir.