Аллаһын елчиси



Yüklə 1,08 Mb.
səhifə45/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   41   42   43   44   45   46   47   48   ...   130

ÖTəNLəRə BİR BAXIŞ


Bura qədər islamdan əvvəlki ərəb mədəniyyət qaynaqları və Məkkə şəhərinin tarixinə əsasən Qüreyşin etiqadı və bütpərəstliyin Məkkəyə qayıdışı araşdırıldı. Eləcə də, peyğəmbər nəslinin etiqadına, onu ata və anasını həyatına, peyğəmbərlikdən əvvəlki həyat sətirlərinə nəzər salındı. Ötən bəhsdə də Peyğəmbərin (s) dinindən və həyatından danışılmışdı. Nəhayət, onun izdivaclarına, evlənmə səbəblərinə, övladlarının sayına işarə edildi. Əsas məqsədimiz isə qarşıdakı hissələrdə işıqlanacaq.

İKİNCİ HİSSə

BəŞəRİ BESəT (MİSSİYS)

BəŞəRİ BESəTə HAZIRLIQ


Ruhi və mədəni dirçəlişin yaranması, cəmiyyətin etiqadının dəyişməsi xeyli çətin bir işdir və asanlıqla həyata keçmir. İnsan öz əqidəsinə haqlı və ya haqsız bağlı olur. «Hər bir dəstə öz dininə sevinər» («Rum» 32). İnsan öz məsləkinə bağlı olmaqla kifayətlənməyib, başqalarını da bu yola gətirməyə çalışır. «Yəhudilər məsihilər səndən o zaman razı qalarlar ki, onların dinini qəbul edəsən» («Bəqərə» 120).

Peyğəmbərin qarşısında böyük ictimai vəzifələr vardır. Onlar insanların düşüncəsində batil xarablarını viran qoyub, gözəl tövhid binasını ucaltmalıdırlar. Bütün peyğəmbərlərin son məqsədi eynidir – bəşəriyyəti Allaha qovuşdurmaq. «Hər bir millətdən peyğəmbər seçdik. Onların deyəcəyi bu idi ki, Allaha pərəstiş edin, tağutdan onun batil təzahurlərindən çəkinin». («Nəhl» 36).

Əlbəttə ki, bu məsuliyyətlərin icrasında hamı eyni deyildir. Hərə öz sahəsində məsuldur. «Bu peyğəmbərlərin bəzisini digərindən üstün etdik». («Bəqərə» 253). Ən böyük məsuliyyəti isə bu risalət silsiləsini başa çatdıran son peyğəmbərin öhdəsinə düşür. «Bu gün sizin üçün dini kamil etdi nemətləri tamamladım. Bir din kim islamı sizin üçün bəyəndim». («Maidə» 3). O, yeni bir mədəni və siyasi inqilab üçün çalışır. Düşüncələri vəhy maarifinə bağlamaq, insan fitrətini oyatmaq istəyir.

Belə bir dərin dəyişiklik qısa müddətdə bir dəfəyə başa gələsi deyil. Əvvəlcədən hazırlıq görülməlidir. Böyük səy və hazırlıqla qədəm götürülməlidir ki, bu məqsəd həyata keçsin. Peyğəmbərlərin xüsusiyyətlərindən biri budur ki, onların hər biri özündən əvvəlki peyğəmbərlərə sübut, özündən sonrakı peyğəmbərlərə müjdəçi olmuşdur. Çünki onların məqsədi eynidir və aralarında heç bir ixtilaf yoxdur. Həzrətin (s) risaləti bəşəri olduğundan onun zühuru üçün hazırlıq əvvəlki peyğəmbərlərin öhdəsinədir. Buna görə də əsirlərcə əvvəllər böyük peyğəmbərlər bu zühuru xəbər vermişlər. İbrahim-xəlil (ə) üç min ildən çox əvvəl peyğəmbərin zühuru ilə müjdələyir: «Onların arsında elə birini onlara peyğəmbər göndəri ki, ayələrini onlara oxusun, onlara kitab və hikmət öyrətsin, onları təmizləsin. Bu istəklə cəmiyyəti böyük bir zühura müntəzir edir. Digər peyğəmbərlər də bu yolu hamarlamağa çalışırlar ki, sonuncu səma səfiri Məsih (ə) gəlsin. O, son nöqtəni qoymalı, son peyğəmbərin xüsusiyyətlərini ətraflı şəkildə bəyan etməlidir. O, öz səmavi kitabında əsaslı şəkildə xüsusiyyətləri bildirməlidir ki, cəmiyyət bu zühura hazırlıq görsün. «Bir vaxt Məryəm oğlu İsa belə demişdi: Ey İsrail oğlulları! Həqiqətən mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən məndən sonra gələcək əhməd adlı bir peyğəmbərlə müjdə verən Allahın elçisiyəm». («Səff» 6). İncildə Əhməd adı ivritçə «fərqəlit» (ərəbi) kimi verilmişdir.

Həzrətin (s) xüsusiyyətləri o qədər xırdalıqlarınadək xəbər verilmişdir ki, bəhanəyə yer qalmasın. Onlar öz kitablarında həzrəti (s) öz oğullarını tanıdıqları kimi tanıyırdılar. İnsan öz övladını tanımaqda səhv etmədiyi kimi kitab əhli də həzrəti (s) bu sayaq tanıyırdı. «Kitab verdiyimiz şəxslər onu [Məhəmmədi] öz oğullarını tanıdıqları kimi tanıyırlar». («Bəqərə» 146). Bu hazırlıqlar və ardıcıl təbliğlər cəmiyyətə, xüsusi ilə Fələstin və Hicaz ətrafında yaşayan yəhudi və məsihilərə xəbərdarlıq etmişdi. Hamı bu zühurun intizarında idi. Bu həqiqət hamıya günəş kimi aydın idi.

Digər bir tərəfdən onun doğum xüsusiyyətləri, əmanətdarlığı əhali arasında elə məhşur idi ki, həqiqətlərdən agah olan bütün ariflər onu görən kimi peyğəmbərliyini təsdiq edirdilər. Onun hira və başqa yerlərdə gün uzunu ardıcıl ibadətləri, işıqlı keçmişi, ruhi hazırlığı da uyğun zühur üçün bir xəbərdarlıqdı: «O, hər il hira mağarasına gedəndə yalnız mən onu görürdüm»- deyir əli (ə). Bütün bunlar uyğun böyük hadisə, Peyğəmbərin besəti üçün hazırlıq idi.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin