İDEALI TANIMA
Məramlar ictimai cəhətdən möhkəmlənmək üçün müxtəlif üsullardan istifadə edirlər. Məqsədlərin işıqlandırılması, verilən vədələr həmin üsullardan hesab olunur. Nümunə götürmək xasiyyəti bütün insanlara aiddir. İnsan başqalarının hünər və yüksəlişindən təsirlənir, özünə nümunə götürür. Hansı ki, insan nümunə seçərkən səhvə yol verir və ilğımlara üz tutur.
Din bir məram kimi insanın fitrətindən və iç istəklərindən doğulur. Bu məram çiçəklənmə üçün fürsət axtarır. Diqqətləri cəlb etmək, fikirlərdə yer tapmaq üçün iti bir dillə məramın təqdimindən əlavə ideal təqdim etmə üsulundan istifadə edilir. Din özünü kamil şəkildə təcəssüm etdiyi ilahi insanların simasını təsvir edir. İlahi sifətlərin cilvələndiyi bu şəxslər hamı üçün aşkar bir dəlil, işıqlı bir yoldur.
Yalnız həqiqətlər və fəzilətlərə əsaslanan bu üsul ən üstün və ən əsaslı bir üsuldur. O, daim rəngini dəyişən yalanlarla dolu üsullardan ucadır. Quran müsəlmanların şəxsiyyətini qorumaq üçün, onların yalançı, puç ideallardan çəkinməsi üçün alnıaçıq yaşamış və ilahi insanları təqdim edir. Bu şəxslər peyğəmbərlər və onların ardıcılları kimi nümunə olmağa layiqdirlər. Quran batil tərəfdarları və onların aqibətini nəzərə çatdırmaqla öz yolçularına xəbərdarlıq edir.
Dostları ilə paylaş: |