əhli-beyt rəvayətləri də dinin siyasətdən ayrı olmadığını təsdiqləyir. Peyğəmbərlərin, xüsusi ilə də həzrət Məhəmmədin (s) risaləti bəşəri quruluşları ilahi siyasətlə əvəz etməkdir. İmamət baxımından onların rəhbərliyi Allah bəndələrinə müdiriyyətdir. Bu müdiriyyət ölkənin, iqtisadiyyatın idarəçiliyi ilə məhdudlaşır, əsasən insanların paklığı və tərbiyəsinə yönəlir. Elə digər sahələr də ilahi quruluşda öz yüksəlişinə çatır. Yalnız ilahi quruluşda mədəniyyət və iqtisadiyyat üçün ən üstün üsullar seçilir və həyata keçirilir. İmam Sadiq (ə) buyurur: «Peyğəmbərin (s) risaləti xalqa müdiriyyət və ilahi siyasətdir» («Üsule-kafi» 1-ci cild). Allah-taala dinin ixtiyarını və onun icrasını həzrətə (s) tapşırmışdır ki, bəndələrə müdiriyyət etsin və yol göstərsin. «Ziyarətecame»də imamlar belə təqdim olunur: «SalamolsunsizəPeyğəmbərəhli-beytinə, ilahirisalətcanişinlərinəvəxalqınsiyasətaparıcılarına». Digər yerdə buyurulur: «İmam Rza (ə), imamət dininə rəhbər, müsəlman cəmiyyətini nizamlayan, dünyanın islahı və dinin izzətidir. İmamətlə dini əməllər – namaz, oruc, zəkat, həcc ayaq tutur. İmamətlə hüdudlar və hökmlər icra edilir. İslami ümmətin sərhədləri qorunur» («Üsule-kafi» 1-ci cild).
İKİNCİ HİSSİ BURADAN BAŞLAYIR.