İlahi vəhyə bu münasibət Bəni-israil ruhiyyəsi və mədəniyyətindən qaynaqlanır. Onlar öz ilahi rəhbərləri Musa (ə) dedilər: SənözAllahınlabirgəfironlarladöyüşəget, biztamaşaedirik. Onlaraqalibgəlsəniz, sizəəhsəndeyəcəyik. («Maidə» 24). İlahi vəhy insanları məsum bilir. Peyğəmbərlər və onların varisi olan ruhanilər də özlərinə vəhyə əsasən öhdəlik götürmüşlər. Vəhy qarşısında guşənişinlik müqəddəslik deyil. Dini siyasətdə heç bir çirkinlik yoxdur. Həzrət Peyğəmbərin (s), imam əlinin (ə) siyasi rəhbərilyində bir qüsur olsaydı, məsum insanlar bu işə qoşulmazdılar. Belə bir siyasət çirkinlik yox, iftixardır. Bundan da böyük bir iftixar ola bilərmi ki, insan mühüm siyasi məsuliyyətləri qəbul etməklə xalq üçün yarısın, xalqın həyatının ilahiliyində, inkişafında bir rol oynasın?! Uyğun baxış siyasəti çirkin bilməkdə yanıldığı kimi, müqəddəsliyi də tərkidünyalıq kimi qəbul etməklə yanılır. Bu iki fikirin heç biri dini maariflə uyğun deyil. Dini siyasət namaz, həcc, cəhad kimi müqəddəsdir. Qəzavət oruc və etikaf kimi, mühakimə, məscid və məbud kimi müqəddəsdir. Taxtda oturub, nəfsi boğaraq xalqa yanmaq bir hünərdir. Bir dərənin dibindən müqəddəslik şüarı söyləmək isə mövhumatdır!