Аллаһын елчиси


-əXLAQ Və XARAKTERİN əSASI



Yüklə 1,08 Mb.
səhifə78/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   74   75   76   77   78   79   80   81   ...   130

3-əXLAQ XARAKTERİN əSASI


Diqqət edilsi mühüm nöqtə budur ki, insanın xarakterinin əsası onun əqidə və imanıdır. İnsanın şəxsiyyətini onun düşüncələri formalaşdırır. Ona görə də yaxşı xasiyyətlər qazanmaq üçün onun əsaslarına diqqət etmək lazımdır. Bu əsaslı bir məsələ olduğundan Peyğəmbərin (s) xarakterini araşdırmazdan əvvəl bu nöqtəyə diqqət etməliyik ki, gözəl əxlaqa çatmağın yolu Allaha inam və yaranışa diqqətdir. Peyğəmbər (s) də malik olduğu gözəl əxlaqı iman və ibadət yolu ilə əldə etmişdir. Peyğəmbəri (s) nümunə seçən insanların da bu yolla getməsi zəruridir.

Peyğəmbər (s) kamilliklərin mənşəyinə diqqət yetirmklə, haqqın qarşısında baş əyməklə həm mərifətə yetişdi, həm də gözəl xasiyyətlər qazandı. Çünki kamilliklərin məbdəsinə üz tutmadan kamillik qazanmaq qeyri-mümkündür. Əgər Allah-taala bir insana fəzilət bağışlayırsa, həmin insan hökmən Allaha tərəf hansısa bir qədəm atmışdır. Söz yox ki, ilk addım Allah tərəfindəndir. Amma insan bir addım Allaha yaxınlaşmaqla özünü həmin feyzə layiq edir: «Bizim uğurumuzda vuruşanları öz yolumuza qovuşduracağıq» («ənkəbut» 68). «Doğru yolda möhkəm dayansanız həyatınızı bol axar sularla bəhrələndirəcəyik» («Cin» 16). Həyatın bol suyundan faydalanmağın şərti Allahın haqq yolunda dayanmaqdır. Bu halda Allah-taala və onun qeybi (gözə görünməyən) qüvvələri rəhmət qapısını açır, insanın əlindən tutub, ona nuraniyyət bağışlayır. «O bir Allahdır ki, sizi zülmətdən nura çıxarmaq üçün Özü mələkləri sizə salam göndərir» («əhzab» 43). Ona görə də əvvəlcə həzrətin (s) ibadətlərinə nəzər salacağıq.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin