İbrahim-xəlil illər ötdükdən sonra Fələstindən Hicaza qayıdır, lakin Allah evini dağılmış görür. Görür ki, onun ailəsi ilə yan-yana insanlar məskən salıb, yeni bir şəhər əmələ gəlib. İsmail yetkinləşib. İbrahim Allah evi Kəbənin bərpasına başladı. İsmaillə birgə Kəbə divarlarını qaldırıb, Allah razılığı üçün əbədi eşq məbədini bərpa etdi. «Xatırlaozamanıki, İbrahimİsmailləbirgəKəbədivarlarınıqaldırdıvəduaetdiki, bizdənqəbulet». («Bəqərə» 128). İbrahim və İsmailin ilahi niyyəti ilə, əbədi qalacaq Kəbə evi tikildi və bu insanların eşq məbədi oldu. Ayədə qeyd edilir ki, Kəbənin əsasını İbrahim qoymadı, İbrahim Kəbəni bərpa etdi. Ona görə də deyilmir ki, «Kəbənitikdi», «Kəbənindivarlarınıqaldırdı» deyilir. Kəbənin ilkin tiklişi lap qədimlərə, rəvayətə görə Adəm (ə) dövrünə aiddir. («Füru-e kafi» 4-cü cild).