Аллаһын елчиси



Yüklə 1,08 Mb.
səhifə81/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   77   78   79   80   81   82   83   84   ...   130

ORUC


Maddi nemətlərdən istifadə cismin hərəkəti üçündür. Beləcə, ibadət də ruhu qüvvələndirir. Din bu iki şey arasında tarazlıq yaradır. Bədənə qulluqla məşğul olan ruhu yaddan çıxarır və qarşısıalınmaz zərərlər gətirir. Cismi ifrat dərəcədə yaddan çıxarmaq da məzəmmət olunub. Bu diqqətsizlik röhbaniyyətdir və insanı əsil məqsəddən yayındırır. Dünya həyatını tərk edib, yalnız ibadətə uymuş Osman ibni Məğun haqqında həzrət Peyğəmbər (s) buyurur: «Bizim üçün röhbaniyyəttərkidünyalıq yoxdur (qərarlaşmayıb. Osmanın bu hərəkəti həzrətə (s) deyiləndə onu bu əməldən çəkindirərək buyurdu ki, mənim ümmətimin tərkidünyalığı Allah yolunda cihaddır. («Bəhar» 8).

Oruc orqanizm qüvvələrinin tarazlaşdırılması baxımından ruhun inkişafı üçün böyük rola malikdir. Oruc ehtiyacdan artıq qidaları tənzimləyir, ruhun diqqətini bəndəlik və pərəstişə yönəldir. Qüvvələrin tarazlaşması ilə ruh pərəstişi canlandırır. Ona görə də səmavi din buna layiqincə diqqət yetirir. Səmavi hökumətlərdə oruc əsas yerlərdən tutur və ruhun tərbiyəsi, təqvaya doğru hərəkətinə şərait yaradır. Bu işdə orta hədd – cismin qüvvələrindən istifadə etməklə ruhun paklanması Peyğəmbər (s) yoludur. O, yeyirdi ki, qüvvəli olsun və ibadət etsin. O, diri qalmaq üçün yeyirdi. O, yaşamaq üçün yeyirdi, yemək üçün yaşamırdı. Bu iki yanaşmada fərq çoxdur. O, iki gündən bir oruc tuturdu (?). Şəban və Ramazan aylarını ardıcıl oruc olurdu.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin