Аллаһын елчиси



Yüklə 1,08 Mb.
səhifə84/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   80   81   82   83   84   85   86   87   ...   130

ZÖHD NəDİR?


Zöhd o demək deyil ki, insan dünya nemətlərindən faydalanmasın. Çünki bu nemətlərdən düzgün istifadə qorxulu deyil. Allah bu nemətləri insan üçün yaratmışdır. Amma bu nemətlərdən düzgün istifadə etmədikdə Allah zikrinin unudulmasına səbəb olur və insan əbədi axirət həyatından xəbərsiz qalır. Din dünyaya bağlılığı qorxulu sayır. Dünya malından bircə xalçası olan insan bu xalçaya bağlanmaqla dünyagir olar bilər. Amma başqa biri malik olduğu böyük var-dövlətə bağlanmadığı üçün zahid insan ola bilər. Quran zahid insanı belə tanıtdırır: Zahid o kəsdir ki, dünya malı əlindən çıxanda təəssüf etməsin və əlinə dünya malı gələndə fərəhlənməsin. («Hədid» 23).

Zahid insanı onun ruhiyyəsi və həyatından yaxşıca tanımaq olar. Elə bir şey yoxdur ki, onu gizlətməy olsun. dünyaya bağlanmadan Allahdan halal ruzi istəyib çalışan adam dünya malını əldə etmək üçün gecə və gündüz bilməyən insandan tamam fərqlənir. İnsan vücudunun yönümləri çox vaxt uyğun gəlmir. İbadət və zöhd yarananda insan siyasi və ictimai qalmaqallardan uzaq dayanır. Digər tərəfdən siyasət meydanı özü də təbii şəkildə təqvadan uzaqlaşır. Zöhd və siyasəti bir araya gətirmək hər insanın hünəri deyil. Həzrət Peyğəmbər (s) bunların arasında ülfət yaratdı. Belə ki, ibadət mehrabında da onun məqamına abidlər, döyüş və siyasət meydanında qəhrəmanlar heyran qaldılar. Çətinliklər zamanı onun möhkəmliyindən dözümlülük, qüdrətli vaxtı onun səxvətindən əfv və bağışlama xəcalət çəkir.



Həzrət Peyğəmbər (s) siyasət döyüş meydanında ən zahid insan idi. Sadə yaşar, təm-təraqdan uzaq olardı. Onun evi barəsində nəql olunub: «Peyğəmbər (s) elə bir anda dünyadan köçdü ki, həsiri-həsir üstündən salmışdı» («Bəhar» 16-cı cild). Onun yeməyi barədə nəql olunub: «Buğda çörəyi yemədi, arpa çörəyindənsə doyunca meyl etmədi». «Dünyadan köçənə qədər süfrəsində arpa çörəyi oldu». («Bəhar» 16-cı cild). Onun evinin döşənəcəyi haqqında nəql olunub: «əba həzrətin xalçası idi!». Həzrət bütün vücudu ilə dünyadan üz döndərdiyini göstərdi. «Nəhcül-bəlağədə» yazılır: «Dünyanı kiçik həsir sandı, bütün vücudu ilə ondan üz döndərdi. Dünyanın adını öz varlıq səhnəsindən sildi».

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin