Аллаһын елчиси


RəSULULLAH (S) AĞIL NURU Və GÜZəŞTə GETMə



Yüklə 1,08 Mb.
səhifə94/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   90   91   92   93   94   95   96   97   ...   130

RəSULULLAH (S) AĞIL NURU Və GÜZəŞTə GETMə


Qeyd olundu ki, böyük məsuliyyətlərə dözmək üçün insanda böyük dözüm, tutum lazımdır. Rəsulullah (s) məsuliyyəti isə ən çətin ictimai, siyasi və icrai məsuliyyət idi. Çünki bəşər həyatının müxtəlif sahələrinə rəhbərlik onun öhdəsində idi. Həzrət (s) uyğun məsuliyyətə dözə biləcək bir tutuma malik olmalı idi. Onun ağıl nuru bütün dəyərlər üçün güzgü olmalı idi. Cəmiyyətə rəhbərlik çox böyük hadisədir və onun gerçəkləşməsi üçün ağıl nuru əsas şərtdir. Ona görə də cəmiyyətə rəhbərlik məsuliyyətini peyğəmbərin çiyininə qoymuş Allah-taala onun tutumu və ağıl nuru haqqında belə buyurur: «Məgər biz sənin köksünü açıb genişləndirmədikmi?!» («Şərh» 1). Həmin bu ağıl nuru və tutum Quran kimi bir vəhy maarifini qəbul etdi. Həmin bu ağıl nuru növbənöv döyüşlərlə cəmiyyətə rəhbərliyi öhdəsinə götürdü. Həqiqətə uyğun düzgün mövqe seçməklə hamı üçün nümunə olası dəyərləri rəhbər tutdu.

Peyğəmbər ağıl nuru və kamil tutuma malik olduğu üçün cəmiyyətə rəhbərlikdə düzgün mövqe tuta bilmişdi. Din hüquqları qarşılıqlı şəkildə gözlənilməsini göstəriş versə də, bəşər həyatında büdrəmələr olur. Əgər bir adam səhv edirsə və onun bu səhvi bir başqasının hüququnu tapdayırsa, büdrəyən adamla hansı formada rəftar olunmalıdır? İntiqam almaqlamı, yoxsa bağışlamaqla? İmkan olan yerdə bağışlamaq qəlblərin yumşalmasına, insanların ilahi dəyərlərə yaxınlaşmasına bais olur və bu ən yaxşı yoldur. Allah-taala da bağışlamağı üstün qiymətləndirir. Amma bu bağışlamağın səbəbi insanın zəifləməyi olmamalıdır və eləcə də bu bağışlama günaha rəğbətləndirməlidir. «Məgər bilmirsən ki, göylərin yerin hökmü Allaha məxsusdur. O, istədiyinə əzab verir, istədiyini bağışlayır. Allah hər şeyə qadirdir» («Maidə» 40).

Peyğəmbərin (s) həyatı həm fərdi, həm ictimai, həm də siyasi cəhətdən bir dərsdir. Peyğəmbər (s) ilahi göstəriş əsasında bağışlamağı əsas götürmüşdü: «əfv bağışlamağı əsas götürür yaxşı işlərə rəğbətləndirir» («əraf» 199). «Onların səhvlərini bağışla, xoş üzlü dözümlü ol ki, Allah bağışlayan xeyirxah insanları dost tutur» («Maidə» 13). Peyğəmbər onun haqqını tapdalayanların fərdi hüquqlarında cəza və tənbehə yol verməzdi. «O, kimsədən öz şəxsi haqqına görə intiqam almazdı. Bütün xəta edənləri bağışlayardı» («Bəhar» 66). Bu hadisələr zamanı peyğəmbər cəmiyyətə rəhbər idi və ona qarşı çoxlu səhvlər buraxılırdı. O, müxtəlif fikirli insanların – müşriklərin, kitab əhlinin mövqelərinə dözər, hətta müəyyən zamanadək onlara öz fikirlərinin təbliği üçün imkan verərdi. Ən qatı düşmənlərini belə lazım gələndə bağışlayardı.

əbu Süfyan bir ömür peyğəmbərlə düşmənlik etmiş, onun əleyhinə Ühüd, əzhab kimi döyüşlərə rəhbərlik etmişdi. Hətta Mədinədə də müsəlmanlara qarşı fitnələr qurmuşdu. Düz iyirmi il islamla düşmənçilik etmişdi. Hicri səkkizinci ildə Məkkə fəth edildi və bütpərəstlər süquta uğradı. Küfr başçıları peyğəmbərin hakimiyyəti altına düşdülər. Onların hər biri peyğəmbərin onlara qarşı necə rəftar edəcəyini gözləyirdilər. Bir dəstə insan «Bu gün döyüş intiqam günüdür» şüarını verəndə peyğəmbər tərəfindən «Bu gün rəhmət günüdür» buyuruğu ilə ümumi əfv elan olundu. Düşmənlərə «gedin hamınız azadsız» deyildi. Bu ümumi əfv elan olunanda artıq əbu Süfyandan bir qorxu yox idi. Bu bağışlama çoxlarının qəlblərini yumşaltdı və ilahi dəyərlərə rəğbətləndirdi. Bu bağışlama məqamını seçmək rəhbərdən böyük düşüncə tələb edir. «əfv daim insanın izzətinə səbəb olur» («Üsuli-kafi» 1-ci cild). Əlbəttə ki, bu bağışlama yersiz deyildi.

Peyğəmbər (s) əmisi Həmzənin qatili Vəhşini Məkkənin fəthindən bir müddət sonra bağışladı. Ona buyurdu: «Mənim gözümə görünmə». Aydındır ki, Vəhşi çox böyük cinayət etmişdi və onu bağışlamaq həzrət üçün çox çətin idi. Həzrət (s) Taif döyüşü əsirlərindən altı min nəfərini bir dəfəyə bağışladı. Bütün bu güzəştlər insanların qəlbinə təsir edirdi və daim onun əzəmətini ucaldırdı. Siyasi və ictimai rəhbərlikdə ondan nümunə götürülməlidir.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin