NəTİCə
İlahi hökumətin məqsədinə diqqət yetirməklə bu məqsədin həqiqətə çevrilməsi siyasi həyata vəhyin müdaxiləsi olmadan mümkün deyil. İkinci nöqtəyə diqqət yetirilərsə, dini rəhbərin tə’yini yalnız Allahın haqqıdır. Üçüncü nöqtəyə əsasən xalqın həyatında da dini rəhbər xalq üçün tə’yin edilir. Bu müqəddimədən belə bir nəticə alınır ki, hökumət üsulunun və rəhbərin tə’yini Allahın ixtiyarındadır. Din bu işlərə müdaxilə etməlidir. İstər peyğəmbər, istər imam, istərsə də fəqih vilayətində Allah tərəfindən rəhbərin tə’yini dini-siyasi quruluşu qanuni edir. Rəhbər və quruluşun qanuniliyində xalqın münasibətinin rolu yoxdur. Xalqın rolu vilayətin qəbulu və hökumətin formalaşmasındadır. Xalq rəhbərin qüvvəsidir. Əgər xalq meydanı tərk edərsə, rəhbər gücünü itirir və xanənişin olur. Həzrət əli (ə) belə rəhbəri «əli kəsik» adlandırır. Əli (ə) kimi rəhbərlərin evdə oturması ilə müaviyələr fürstə tapır və zülm aparatı işə düşür. Xalq hər hansı bir hakimiyyətin qəbulunda səlahiyyətlidir. Hakimiyyətin qanuniliyində isə onun rə’yi əsas deyil. Xalq hökumətin qanuniliyinin tə’yinində yox, qurulması və idarəsində iştirak edir. Peyğəmbər və imam dövründəki hökumət quruluşu ilə fəqih dövründəki quruluşla heç bir fərq yoxdur. Şiələrin baxışına görə peyğəmbərdən sonra rəhbərlik və imamət ilahi göstərişlərdir. İmamətdən sonra həmin üsuli vilayəti – fəqih formasında davam edir. Bu baxışın sübutu üçün dəlillər çoxdur, onların bə’zilərini qeyd edirik.
1-AĞILIN GÖSTəRİŞİ
Bu mövzuda ilk dəlil ağılın göstərişidir. Cəmiyyətin varlığı və davamı siyasi quruluşdan asılıdır. Hakimiyyət olmasa ictimai həyatda yoxdur. Cəmiyyət üçün «istər ləyaqətli, istərsə də günahkar, bir siyasi hakim labüddür»- deyə buyurur həzrət əli (ə). Cəmiyyətin islahı isə ilahi siyasət əsasında mümkündür. Əvvəlki hissədə bu məsələ sübuta yetirildi. Cəmiyyət dinsiz islah ola bilməz və bu dini ilahi canişin icra edir. Mümkündür ki, dünyəvi bir quruluşda rəhbərlərin bir hissəsi mö’min olsunlar. Lakin fərdi əqidə o zaman islah olur ki, din müxtəlif sahələrdə əks olunsun. Dini-siyasi quruluş bu məqsədin gerçəkləşməsinə şərait yaradır. Əqidəni qoruyan fitrətə uyğun dəlillərdir. Əqidəni qılınc qoruya bilməz. Əqidə sübutlarla qəlbə yatır. «Dində məcburiyyət yoxdur. («Bəqərə» 256). Lakin cəmiyyətdə ictimai ədalətin bərpası, insan haqlarının tə’mini, cinayətkarlıqla mübarizə sübut gətirilməklə əldə edilməz. İlahi siyasi quruluş bütün bu ictimai zərurətlərin tə’mini üçün barışmaz mövqe tutur. Xüsusi ilə başqalarının hüquqlarını pozanlar, cəmiyyətin islahına mane olanlar ciddi cəzalandırılırlar. Bu məqsədə çatmaq üçün (əqidəni qoruya bilməyən) qılınc işə düşmüdür.
Bu nöqtələrə nəzərən əql baxımından Peyğəmbərin (s) hansı məs’uliyyəti vardır? Onun vəzifəsi təkcə yol göstərməkdirmi? Yoxsa siyasi quruluşa da müdaxilə etməlidir? Hakim quruluş kim olursa-olsun, Peyğəmbər (s) xalqın əqidəsi uğrunda zülm aparatı ilə vuruşur. Fir’onların zülmü altında cəmiyyət islah ola bilərmi? Yaxşı, zalim hakimiyyəti iflasa uğradıqdan sonra onun yerində Peyğəmbər (s) hansı quruluşu qurmalı idi? Özü siyasətə qarışmalı, yoxsa başqa bir zalımı də’vət etməli idi? Bu vəzifəyə ən layiqlisi Peyğəmbər (s) özü idi. Peyğəmbərlik risalətlə yanaşı rəhbərlik (imamlıq) vəzifəsi də olmuşdur. Hər bir peyğəmbər öz gətirdiyi dini ailə içində də olsa, icra etməlidir. Peyğəmbər həm də’vət gətirəndir, həm də onun icraçısı. Demək, əql ilahi siyasi quruluşun zərurətini təsdiq edir.
2-PEYĞəMBəR YOLU
Qur’anda başqalarına yol göstərmək üçün böyük, ülul-əzm, qeyri ülul-əzm peyğəmbərlərin mübarizə yolu təhlil edilir. Bu yol tağutla mübarizə və tövhidə də’vət yoludur. Heç bir peyğəmbər bu risalətdən uzaq deyildir. «Hər bir ümmtə peyğəmbər göndərdik ki, onun risaləti tövhidə də’vət və tağutdan çəkindirmək olsun» («Nəhl» 36). Tağutu əzmədən tövhid mümkün deyil. Peyğəmbərlər tövhidin gerçəkləşməsi üçün bu mübarizəni aparmış və xeyli bu əziyyətlərə dözmüş, İbrahim (ə) əlində balta tağutun şərini azaltmağa çalışmışdır. Musa cəhad edib, Fir’onu dəryada qərq etmiş. Qur’an bu insanları nümunə, hətta müsəlman kimi təqdim edir. «Ey mö’minlər, İsanın həvariləri kimi Allaha yar olun» («Səf» 14). Bu bütün peyğəmbərlərin getdiyi yoldur və çoxları bu yolda şəhid olmuşlar. «Peyğəmbərləri haqsız yerə öldürdülər» («Bəqərə» 61). Görən peyğəmbərlər xalqa yalnız məsələ, din öyrətdikləri üçünmü şəhid edilirdilər? Hansı cahil belə bir qətlə əl atar?! Peyğəmbərlərin yolu tağut və onların cəhənnəm siyasəti ilə mübarizdir. Məqsəd Allahın bəndələrini tağut hakimiyyətindən azad etməkdir. «Öz peyğəmbərləri ilə birgə cəhad edən ilahi havadarlar nə çoxdur» («Ali-imran» 146). Tağut hakimiyyətindən qurtulan kimi ilahi qurtuluş yaradılır. Qəbul etmək olmaz ki, tağutla mübarizədən sonra xalq özbaşına buraxıla. Musanın (ə) risaləti haqqında danışılarkən buyurulur ki, Musa Allahın bəndələrinin ona tapşırılmasını istəyir: «Allahın bəndələrini mənə verin» («Düxan» 18). Cəmiyyətdən öz cəhənnəm hakimiyyətini qır. («Naziat» 24). Qoy mən xalqı öz Rəbbinə tərəf aparım. «Zorlulara baş ucalığı, hamının üzərində qələbə» şüarını buraxın ki, mən onları «ucalıq nəfsi paklıqdandır» şüarına sövq edim. Musa Fir’ondan xalqa azadlıq istəyir. Fir’on hakimiyyəti cəmiyyətə həmin bu siyasi və ictimai müdiriyyətdir. O, deyir: «Qanun mənim qanunumdur, mən sizin rəbbinizəm». Özün xalqa Allah e’lan edən Fir’on özü bütpərəst idi. Fir’ona dedilər: «Musanı və tayfasının fitnə-fəsad törətmək, həm səni, həm də tanrılarını atıb getmək üçünmü buraxacaqsan?» («ə’raf» 127). Musanın Fir’onla mübarizəsinin əsas tərəfi ictimai-siyasi tərəfdir. Musa xalqın başı üzərində bu zülmü qaldırıb, ilahi bir quruluş qurmaq istəyir. Onun Fir’onu süquta yetirib, «bu yerə kim gələcək» deyə sakitcə gözləməsi məqbul bir hərəkət olmazdı. Peyğəmbərlərin həyatını geniş təhlil edən bu ayələrdən mə’lum olur ki, onların ictimai-siyasi fəaliyyəti peyğəmbərlik məqamı ilə yanaşı olmuşdur.
Dostları ilə paylaş: |