BİRİNCİ HİSSə Bə’SəTDəN əVVəLKİ HADİSəLəR BAXIŞ MəKKə Və YA NUR DİYARI
Həzrət Peyğəmbərin (s) doğulduğu Məkkənin tarixi İbrahim peyğəmbərin (ə) zamanına gedib çıxır. Ərəb adası Qırmızı dənizin şərq sahilində Hicaz, cənubda Təhamə (ərəbi), mərkəzdə Nəcd, şərqdə geniş bir ərazidə əruz (ərəbi), cənubi Yəmən, şimali Yəmən olmaqla bir neçə hissəyə bölünür. Bu ərazi üç tərəfdən dənizlə əhatə olunsa da, quru və yandırıcı havaya malikdir. Təbiəti zəngin deyil, lakin təkallahlığın (tövhid), vəhyin, Peyğəmbər (s) kimi qürubsuz bir günəş doğulduğu mərkəz kimi hamının diqqət mərkəzindədir və hər gün milyonlarla insan Kə’bəyə üz tutub öz mə’budu ilə danışır. Hər il yüz minlərlə insan bu vilayətə axışıb, bu eşq mə’bədini dövrə vurur, təvaf edir, öz vücudunu mə’nəviyyata qərq edir. Elə buna görə də insanlar bu ölkənin haqqında daha çox bilməyə çalışırlar. İbrahim-xəlil (ə) öz ailsi ilə bu əraziyə hicrətdən sonra Allahdan əmr aldı. İlahi göstərişə əsasən öz fədakar ailəsini Allah evinin (beytüllah) yaxınlığında qoyub, Fələstin Şamına hicrət etdi: «Ey Rəbbimiz, mən əhli-əyalımdan bə’zisini Sənin beytülharam ının yaxınlığında, əkin bitməz bir vadidə sakin etdim». («İbrahim» 37). İbrahim getdi və hacərlə İsmail quru yandırıcı çöldə tək qaldılar. Çox çəkmədi ki, susuzluq Hacəri Səfa və Mərva arasında su üçün dolaşmağa vadar etdi. Lakin su tapılmadı. Hacər quru dodaq, boş kuzə ilə oğlunun yanına qayıtdı. Lakin övladının yanında suyun fəvvarə vurduğunu görüb, heyran qaldı. «Zəmzəm» adlanan həmin bərəkətli bulağın sayəsində o ərazidə insanlar toplandı və «Məkkə» şəhəri salındı. Bu bulaq hələ də möcüzəli bir şəkildə axır, ildə minlərlə insan ondan istifadə edir. Bu su ilə özlərini səfalandırırlar. Bu şəhər əvvəldən tövhid şəhəri olmuş, çox peyğəmbərlər, eləcə də həzrət Məhəmməd (s) öz risalətini bu şəhərdə başlamışdır.
TÖVHİD EVİNİN BəRPASI
İbrahim-xəlil illər ötdükdən sonra Fələstindən Hicaza qayıdır, lakin Allah evini dağılmış görür. Görür ki, onun ailəsi ilə yan-yana insanlar məskən salıb, yeni bir şəhər əmələ gəlib. İsmail yetkinləşib. İbrahim Allah evi Kə’bənin bərpasına başladı. İsmaillə birgə Kə’bə divarlarını qaldırıb, Allah razılığı üçün əbədi eşq mə’bədini bərpa etdi. «Xatırla o zamanı ki, İbrahim İsmaillə birgə Kə’bə divarlarını qaldırdı və dua etdi ki, bizdən qəbul et». («Bəqərə» 128). İbrahim və İsmailin ilahi niyyəti ilə, əbədi qalacaq Kə’bə evi tikildi və bu insanların eşq mə’bədi oldu. Ayədə qeyd edilir ki, Kə’bənin əsasını İbrahim qoymadı, İbrahim Kə’bəni bərpa etdi. Ona görə də deyilmir ki, «Kə’bəni tikdi», «Kə’bənin divarlarını qaldırdı» deyilir. Kə’bənin ilkin tiklişi lap qədimlərə, rəvayətə görə Adəm (ə) dövrünə aiddir. («Füru-e kafi» 4-cü cild).
İBRAHİMİN (ə) İSTəKLəRİ
Kə’bə yenidən qurulandan sonra İbrahim öz istəklərini Allaha bildirdi: «Pərvərdigara, bu torpaqları əmin-aman qərar ver, bizi və övladlarımızı bütlərin ibadətindən uzaq et» («İbrahim» 35). «İnsanların qəlbini mənim övladlarıma qarşı mehriban buyur» («İbrahim» 37). «Ey Rəbbim, məni də, nəslimdən olanları da namaz qılan et, duamı qəbul buyur» («İbrahim» 40). «Xudaya, bizə ailə və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar ehsan buyur və bizi pəhrizkarlara rəhbər et» («Fürqan» 74). Öz nəsli üçün cəmiyyətə rəhbərlik və namazda sabitlik İbrahimin istəklərindəndir. Eləcə də, o, Allahdan istəyir ki, onun nəslindən ilahi ayələri tilavət edən, xalqı tərbiyələndirən bir peyğəmbər seçsin. («Bəqərə» 129).
Allah-taala İbrahimin istəklərinə diqqət yetirib, Kə’bəni öz amanında qərar verir. («Bəqərə» 125). Eləcə də İbrahim nəsilində ilahi rəhbərlər seçilir. «Biz İbarhimin övladına da kitab və hikmət vermiş, böyük mülk bəxş etmişdik» («Nisa» 54). Əksər peyğəmbərlər, xüsusi ilə də Bəni-israil peyğəmbərləri mülk sahibi olmaqla İbrahimin nəslindəndirlər. («ənbiya» 73). «Allah mö’minlərə lütf və mərhəmət göstərdi. Çünki onların öz içərisindən özlərinə Allahın ayələrini oxuyan, onları təmizləyən, onlara kitabı və hikməti öyrədən bir peyğəmbər göndərdi» («Ali-imran» 164).
Həzrət Məhəmməd (s) buyurur: «Mən İbrahimin duasının qəbuluyam». Allah-taala İbrahimin nəslindən büdpərəstlikdən çəkilmiş insanlar yaratdı və büdpərəstliyi heç zaman tanımamış bu şəxslər son peyğəmbərin babaları seçdilər.
Dostları ilə paylaş: |