RəSULULLAH (S) Və əDALəTİN MÖHKəMLəNMəSİ
Peyğəmbərin həyatında aydın görünən ictimai əsaslardan biri insanların hüquqlarına riayyət və ədalətin gerçəkləşməsidir. O, çox sə’y göstərirdi ki, ilahi quruluş çərçivəsində, ictimai münasibətlərdə kimsənin ən kiçik hüququ belə pozulmasın. Haqların qorunması ilə ədalətin möhkəmləndirir. Çünki ədalətin əsil mə’nası insan haqlarının qorunmasıdır. Ədalət bu deyil ki, hamı eyni imkana malik olsun. Bir insan imtiyaza malik olduğu üçün daha artıq hüquqa malik ola bilər. Bu halda bərabərlik yaratmaq özü də zülmdür. Məsələn, sinifdə müxtəlif şagirdlər iştirak edir. Əgər müəllim şagirdləri müxtəlif hazırlıqlarına görə fərqli qiymətləndirirsə bu özü ədalətdir. Amma fərq qoymadan hamını eyni cür qiymətləndirmək zülümdür. Mümkündür ki, imtiyaz olmadıqda bərabərlik ədalət ölçüsü olsun. bu hala Peyğəmbərin həyatında da təsadüf edilir. Həzrət məclisdəkilərə baxarkən öz nəzərlərini bərabər bölərdi.
«Rəsulullah (s) öz vaxtını əshab arasında bərabər bölər və hamıya eyni cür baxardı». Lakin ləyaqət və xidmət baxımından həzrət bu keyfiyyətləri ədalət ölçüsü götürərdi. Həzrətin xidmətinə təam gətiriləndə onu bütün süfrədə oturanalara bərabər bölərdi. Lakin bu təam hamıya çatmayacağı təqdirdə onu daha çox ehtiyacı olanlara verər və başqalarından üzr istəyib, buyurardı: «Daha çox ehtiyaclı olduqları üçün onlara verdim» («Bəhar» 16). O, öz risalətinin icrasında çalışar, ögey münasibət göstərməz, kimsənin hüququn pozmazdı. Müsəlmanların işləri, beytül-mal onun ixtiyarında idi və bu büdcə tə’yinatı üzrə sərf olunmalı idi. Həzrət (s) çalışırdı ki, ehtiyaclı insanlar varkən pul yerdə qalmasın.
Həzrət (s) hansısa bir ehtiyaclını ona müraciət etməsini gözləməzdi. Özü belələrini arayıb-axtarardı. «Hara xərclənməsi bilinməyən bir pul olanda və gecə düşəndə həzrət (s) ehtiyaclı bir adam tapmayınca evə qayıtmazdı». Hüquqların tə’mini üçün həzrətin bu qədər çalışması öyrədir ki, cəmiyyətə rəhbərlik edən şəxsin öhdəsinə necə böyük bir məs’uliyyət düşür. Həzrət (s) xalqa tapşırardı ki, fəryad çəkməyə gücü olmayanların istəklərini ona çatdırsınlar. «Öz ehtiyaclarını bildirməyə qadir olmayanların istəklərini mənə çatdırın» («Bəhar» 16).
Bu elə bir me’yarın təcəllisidir ki, heç bir məramda yoxdur. Bu elə bir məramdır ki, başqalarına laqeyil olanları dindən kənar e’lan edir. «Müsəlmanların işlərini qaydaya salmaq barədə düşünməyən kəs müsəlman deyil» («Üsule-kafi» 2-ci cild). Həzrət (s) beytül-mala elə nəzarət edirdi ki, oradan bir iynə də itməsin. Hüneyn döyüşündə müsəlmanlar xeyli qənimət ələ keçirdilər. (İyirimi dörd min dəvə, qırx min qoyun və s.). Əqil ibni Əbu Talib icazəsiz olaraq bir iynə götürmüşdü. Birdən nida olundu ki, hər kəs qənimət nə götürübsə, geri qaytarsın, hətta iynə də olmuş olsa. Əqil iynəni həzrətə verdi o, da alıb qənimətin üstünə atdı. Həzrət yanındakı dəvənin tükündən qoparıb, xalqa göstərərək buyurdu: «Mənim qənimətdən, hətta bu tükdən payım beşdən birdir». Həzrət ümumi büdcəyə belə məs’uliyyətlər yanaşardı.
Həzrət (s) vəfatı ilə nəticələnən xəstəlik zamanı xəbər tutur ki, ixtiyarında bölüşdürülməmiş bir neçə dirhəm qalır. Adam göndərdi pulu gətirtdi. Lazımı şəkildə böləndən sonra özünə müraciətlə buyurdu: «əgər bu pullar öhdəndə qala-qala Allahın görüşünə getsəydin, nə olardı!»
Həmin xəstəlik halında dəfələrlə məsciddə söhbət etmiş, xalqdan hallıq istəməşdi. Onlara buyurmuşdu ki, «hər kəsin məndən bir tələbi varsa qoy bu dünyada tələb etsin. dünyadakı qisas axirətdəkindən asandır». Bu vxat Səvadə ibni Qeys qalxıb deyir ki, Taif döyüşündən qayıdarkən dəvəyə vurduğun çubuq mənə dəydi. Həzrət (s) bu şəxs haqlı olmasa da (çubuq bilərəkdən dəyməmişdi) qisas üçün hazır olduğunu bildirdi.
HəDİYYəLəR
əlbəttə ki, Peyğəmbərin (s) beytül-malı bölməsi və bə’zilərini islama həvəsləndirmək üçün hədiyyələr verməsi uyğun əsasa nöqsan gətirmir. Çünki beytül-malın ixtiyarı müsəlmanların rəhbərinin əlindədir. Bu rəhbər müsəlmanların xeyri və dini yayılması üçün pul sərf edə bilər. Bu qərarların ədalətə zidd olmayan me’yarı vardır. Hüneyn döyüşündə ələ keçən qənimətin bölünməsində həmin fərq aydın görünür. Necə ki, götürülümüş iynə beytül-mala qaytarıldığı bir zamanda əbu Süfyan, Müaviyə, Hikəm ibni Hizamın hər birinə yüz dəvə bağışlanır. Hətta bə’zi qənimətlər yalnız mühacirlər arasında bölüşdürülür. Ənsara ayrılmaması e’tiraza səbəb olur. Necə olur ki, qılıncından qan çilənənlərə pay ayrılmır? Həzrət buyurur: «Gözünüzü qoyuna, dəvəyə dikmişsiniz? Sizin üçün bəs deyilmi ki, hamı evinə qoyunla, dəvəylə qayıtdığı halda, siz evinizə Rəsulullahla (s) qayıdırsınız?!» («Sireyi ibni Hişam» 5).
Bə’zi acıdil münafiqlər bu bölgüyə görə həzrəti ədalətsizlikdə günahlandırdılar. Həzrət (s) narahatlıqla bildirdi ki, məndən ədalət yoxdursa, bəs kimdə var?! Rəhbər öz məsləhətinə uyğun beytül-malı islam və müsəlmanların xeyriən sərf edirsə, e’tiraz üçün yer qalmır. Beləcə, Rəsulullah (s) hökumətində risalətin digər mühüm hədəfi olan xalqın ədaləti gözləməsi kamil surətdə gerçəkləşdi.
Dostları ilə paylaş: |