ÖVLADLARA AD QOYMA
Mühüm nöqtələrdən biri də fərdlərə ad qoymanın əhəmiyyətidir. Bütün cəmiyyətlərdə adlar yerli mədəniyyət və inamlardan yaranır. Yaxşı və mə’nalı adlar bir millətinin mədəniyyətinin zənginliyidir. Necə ki, yüngül və mə’nasız adlar yoxsulluğa dəlalət edir. İctimai münasibətlərdə və fərdlərdə ad qoymada bir millətin azadlığı və ya biganə mədəniyyətlərdən asılılığı yaxşıca aydın olur. Qur’ani-məcidin ad qoymada belə ehtiyatlı olduğunu, Peyğəmbərə (s) illərcə doğumundan əvvəl ad qoyduğunu, «onun adı Yəydadır, ondan əvvəl kimsəni belə adlandırmadıq» ayəsini, övlada yaxşı ad qoyulmasının ata-ana üçün vəzifə olduğunu nəzərə almaqla müsəlman millətlər diqqətli olmalı, övladlarına, ictimai yerlərə və s. ad qoyarkən zəngin islam mədəniyyətindən faydalanmalıdırlar. Qərb və şərqdən gəlmiş adların istifadəsi islam mədəniyyəti ilə qətiyyən uyuşmadığından ondan çəkinmək lazımdır. Ad qoyarkən başqalarının istəyinə, müdaxiləsinə əhəmiyyət verilməməlidir.
SÜDəMəRLİK VAXTI
Həzrət Peyğəmbərdən (s) ana südü haqda nəql olunub ki, körpə üçün ən yaxşı qida ana südüdür. («Bəhar» 100-ci cild). Allah-taala körpənin doğumu ilə eyni vaxtda ana döşündə süd qərarlaşdırır. Əgər ana südünün əhəmiyyəti müxtəlif yönümlərdən bəşər bu gün aydın olmuşsa, əsrlərcə əvvəl ilahi vəhy və sirrin üstündən pərdəni götürmüşdür. Əlbəttə indi bu söhbətin yeri deyil. İndi söhbət ondan gedir ki, Peyğəmbər (s) südəmərlik dövrünü necə keçirib, özü ana südündən bəhrələnmibmi?
Həzrətin (s) tamamilə ana südü görmədiyini sübut etmək çətindir. Xüsusi ilə doğum südü uşağın talehində mühüm rol oynayır. Əgər həzrətin (s) anasının südü yoxidisə də, doğum südü olmalıydı. Peyğəmbər (s) anadan olandan sonra bir müddət anasının yanında qalıb, onun kifayət qədər südü olmayıb. («Bəhar» 15). Əbdül Mütəllib bu uşağı adi bir insan bilmədiyindən ona xüsusi münasibət bəsləyir və nəzarət edirdi. Ona görə də süd verən qadın axtarırdı. Həzrətin (s) dayələrinin sayı mübahisəlidir. Bə’zən bu say səkkiz, bə’zən də on gətirilir. (Sireye hələbi, 1-ci cild). Onlardan ikisi daha çox tanınır. Anasından sonra ilk süd verən əbu Ləhəbin kənizi Səvibə (ərəbi) olmuşdur. («Tarixe Yə’qubi» 1-ci cild). O, Peyğəmbərə (s) dörd ay süd vermişdir və Peyğəmbər (s) lütfü heç zaman unutmamış, onu əbu Ləhəbdən alıb azad etmək istəmişdir. Nəhayət bir vaxt əbu Ləhəb onu azad etmişdir. Nəql olunur ki, onun azad edilməsi əzabının yüngülləşməsinə səbəb olar. («Bəhar» 15-ci cild).
Sonra Əbdül Mütəllib digər bir dayə axtarmış, öz qızları Atikə (ərəbi) və Səfiyyə həzrətə süd vermək istəmişlər. Amma Həzrət (s) nə onların, nə də digər Bəni-haşim qadınlarının südünü istəmişdir. Əbdül Mütəllib nə edəcəyi barədə tərəddüdə qalmışdı. Ona pak, əxlaqlı Həliməni seçmək təklif olunur. Əbdül Mütəllib Həlimənin atası Əbdüllah ibni Harisin yanına adam göndərir. Əbdüllah bu təklifi qəbul edib, Həliməni müjdələyir. Həlimə böyük sevinclə uşağı təhvil almaq üçün Məkkəyə yola düşür.
HəLİMə SəDİYYə
Həlimə nəsli ədnana yetişən Əbdüllahın qızıdır. Onun nəsli Peyğəmbərin (s) on yeddinci babası Nizarda Peyğəmbərə (s) bağlanır. Həlimə ağıllı, kamil, gözəl, natiq, pak, əsilli ailədən, südlü bir qadın olmuşdur. Qüreyş onu məhz ləyaqətinə görə seçmişdir. Şəhidlər ağası Həmzə əsədüllah da bu qadının döşündən süd əmmişdir. Həmzə Peyğəmbərin (s) əmisi olmaqla yanaşı, həm də onun süd qardaşıdır. («Bəhar» 15-ci cild).
Həlimə fiziki və ruhi cəhətdən də Peyğəmbər (s) kimi bir uşağa süd verməyə layiq idi. Olsun ki, məhz Həlimənin ləyaqətinə görə həzrət digər qadınların südündən imtina etmişdir. Həliməyə bu iftixar da nəsib olur ki, Peyğəmbərə (s) süd verməyin bərəkətindən Cəhənnəm odu ona haram olur. Çünki Peyğəmbər (s) həm bu qadının südündən bəhrələnmiş, həm də dörd ilə qədər onun qoynunda böyümüşdür. «Allah-taala səni yedirən döşə, səni tərbiyə edən qucağa Cəhənnəm odunu haram etmişdir» hədisi ona aiddir.
Peyğəmbər (s) Həlimənin məhəbbətini daim xatırlayır, ona ehtiram göstərirdi. Hətta Mədinəyə hicrətdan sonra Həliməyə, Məkkəyə hədiyyələr göndərir. Həlimə Xeybərin fəthindən sonra Hicrətin yeddinci ilində vəfat edir. Mədinənin Bəqi qəbristanlığında dəfn olunduğu mə’lumdur. Qəbri indi də ziyarət edilir. Peyğəmbərlə (s) birgə keçirdiyi günlərdən Həlimənin şirin xatirələri nəql olunur. Bu xatirələrin bə’zisini zikr edirik.
HəLİMəNİN XATİRəLəRİ
1-Həzrət Peyğəmbərin (s) həyatı başdan-başa – istər be’sətdən qabaq, istərsə də be’sətdən sonra, hətta uşaqlıq dövründə əsrarəngiz hadisələrlə zəngindir. Həlimə bu uşağa süd verdiyi dövrdən həmin hadisələrə şahiddir. İlk dəfə Əbdül Mütəllib körpəni Həliməyə verəndə o yaxasını açıb sol döşünü körpəyə verdi. Onun sağ döşündə süd yox idi. Lakin uşaq imtina edib, sağ döşə meyl etdi. Həlimə yenə də sol döşünü vermək istədi, yenə də körpə sağa meyl göstərdi. Həlimə qorxdu ki, körpə sağ döşdə süd olmdığını görüb sol döşü də əmməsin. Uşaq tə’kid sağ döşü əmməyə başladı və illərcə süd görməmiş döşdə bolluca süd yarandı. Bu həzrətin (s) meylinin bərəkətindən idi. («Bəhar» 15-ci cild)
2-Elə uşaqlıq dövründə Həzrətin (s) böyüklüyü mə’lum idi. Həlimə öz itkisini bu uşağa süd verməkdə tapdığından bu vəzifəni sevinclə qəbul etmişdi. Həlimənin digər bir südəmər uşağı da vardı və hər iki uşağı bir döşdən əmizdirməli idi. Həzrətin (s) sağ döşə süd gəldiyindən hər uşaq bir döşü əmirdi. Amma Həzrət (s) yalnız sağ döşü əmir və süd qardaşınnı haqqına toxunmurdu. İnsanlığın səciyyəsi olan ədalət və insaf əvvəlcədən bu körpədə aşkar idi.
3-Həlimə sadə həyat tərzi keçirirdi. Bəlkə də, iqtisadi baxımdan kasıb idi. Bir-neçə artıq qoyundan savay bir şeyi yox idi. Həzrət Peyğəmbər (s) onun evinə qədəm qoyandan bu evə bərəkət gəlmişdi. Qoyunlar əkiz doğur, bolluca süd verirdilər. Ev əhli və camaat bu işin qarşısında e’tiraf etməli olurdular ki, uşağın gəlişi ilə onların yaşayışı dəyişib. Nəql edilir ki, bu uşaq «Bismillah» deməmiş bir şeyə toxunmazdı, bə’zən ondan zikrlər eşidərdilər.
Həzrətin (s) südəmərlik dövrü keçdi. Amma o, hələ də Həlimənin yanında idi. Həlimə onu dörd və ya beş yaşından sonra anasına qaytardı. Amma çox çəkmədi ki, yenə anasından ayrılmalı oldu. hansı ki, bu yaşda ana məhəbbətinə böyük bir ehtiyacı vardı. Bəlkə də bu ilahi bir hikmət idi ki, fəzilətli bir uşaq çətinliklərlə imtahana çəkilsin, onun ruhu məs’uliyyətlərin qəbuluna hazır olsun. Əvvəlcə atası, az sonra anası ondan ayrıldı. Əbdül Mütəllib Aminənin vəfatından sonra onu öz yanında saxlayır. İki il ötmür ki, Əbdül Mütəllibin vəfatı ilə səkkiz yaşlı uşaq babasının mehr-məhəbbətindən məhrum olur. Sonra Həzrətin (s) himayəsini Əbu Talib öhdəsinə götürür.
Dostları ilə paylaş: |