Аллаһын елчиси



Yüklə 1,51 Mb.
səhifə24/40
tarix21.10.2017
ölçüsü1,51 Mb.
#8879
1   ...   20   21   22   23   24   25   26   27   ...   40

KİLSə Və DİNİ İSTİBDAD


İlahi quruluşa bu münsibətin səbəbini təkcə səhv düşüncədə axtarmaq olmaz. Çünki bu şübhələrin bir başlanğıcı da orta əsirlərdə kilsənin mənfi hakimiyyəti ilə əlaqəlidir. Həmin dövrdə məsihi başçıları öz mövhumatçı baxışları ilə elm və fəzilətlə müharibə aparmış, xalqın azadlıqlarını ayaq altına salmışlar. Din adı altında müstəbidlik etmiş, xalqda dini hökumətə qarşı mənfi münasibət yaratmışlar. Din siyasətdən ayrılması da bununla bağlıdır.

Tam aydındır ki, belə rəhbərliyin həqiqi dini rəhbərliklə heç bir əlaqəsi yoxdur. Peyğəmbər (s) və əli (ə) hökumətində öz həqiqi əksini tapan dini siyasət xalq üçün həqiqi azadlıq, tərəqqi əsasını qoyur. Xalq heç zaman peyğəmbər siyasətindən yorulmamışdır. Onların istəklərində və azadlıqlarında heç bir məhdudiyyət yaranmamışdır. Dini siyasi rəhbərlər həzrətin (s) üsulunu nümunə götürməlidirlrə. Xalqın hüquqlarını məhdudlaşdırmaq olmaz. Böhtanlara şərait yaratmamaq üçün iste’dadların çiçəklənməsinə, iqtisadi dirçəlişə yardım göstərmək lazımdır.



ÜÇÜNCÜ HİSSə


TəRBİYəİ Və İCTİMAİ RəFTARLAR

VəHY İDEYALARININ GERÇəKLəŞMəSİ


Peyğəmbər öz məqsədləri yolunda xeyli müvəffəqiyyət əldə etmişlər. Cəmiyyət çox müxtəlif cəhətlərdən bu risalətlərdən faydalanmışdır. Fəzilət haqqında bütün söhbətlər peyğəmbər məktəbindən faydalanır. İndi əksər cəmiyyətlərdəki inama gəldikdə hansı formadasa Allah, məad, peyğəmbərlik haqqında təsəvvür vardır. Əlbəttə ki, şirkin, riyanın mərtəbələri olduğu kimi tövhidin də mərtəbələri vardır. Hamı eyni bir səviyyədə müvəhhid (təkallahçı) deyildir. Amma Allahdan və peyğəmbərdən tamamilə xəbərsiz olanlar azdır. Lakin onların da malik olduqları insanı fəzilətlər dolayı da olsa peyğəmbər və də’vətlərindən ilahmlanmışdır. Bu də’vətlərdən tamam xəbərsiz üzürlü adamlar isə olduqca azdır.

Bəşər nizamında gözə dəyən nə qədər həqiqi fəzilətlər və ölçülər vardısa, hamısı peyğəmbərlərin risalətinin bərəkətindəndir. Buna görə də həqiqi bir baxışla bu həqiqət aşkar olur ki, bütün görünən fəsadlar baxmayaraq peyğəmbərlərin əsil məqsədi cəmiyyətlərdə həyat keçib.

Bu məqsədlərə çatmaq üçün gözəl bir dillə ilahi də’vətləri aydınlaşdırmaqdan əlavə peyğəmbərlərin həyatı, ilahi siması əhəmiyyətli rol oynamışdır. Risalətin gerçəkləşməsində bəşər fitrətinin işıqlandırılmasından əlavə peyğəmbərlərin nümunəvi şəxsi rəftarı da tə’sirli olmuşdur. Onlar öz dediklərinə bağlı olmuş, bir an da olsun dəyərlərdən uzaqlaşmamışlar.

Peyğəmbərlər din açıqlayan və dinə inanan olmuş, onların inamı, rəftarı vəhy də’vətini tamamlamışdır. Ona görə də inananlarla yanaşı qələbə zirvəsinə pərvazlanmış, əzəmətə çatmışlar. Ona görə də din rəhbərlərindən nümunə götürülməsi təkcə onların e’tiqadı ilə yox, eləcə də rəftarları ilə bağlıdır. Qarşıda bu nümunəvi şəxsin əqidəsinə, həyatına, rəftarına nəzər salacağıq. Ümid edirik ki, bu söhbətlər tə’sirli olacaq. Əvvəlcə üç nöqtəni xatırlayacağıq.


1-YAXŞI SİFəTİN ÖLÇÜSÜ


Qur’an Peyğəmbərin (s) xasiyyətini belə tə’rifləyir: «Sən xasiyyətcə əzəmətlisən» («Qələm» 4). Allah-taala kimsəni bu sayaq tə’rif etməmişdir. Həzrət (s) ən yaxşı insan kimi təqdim olunur. Peyğəmbər yaxşı xasiyyətin ölçüsünün belə bəyan edir: «Yaxşı xasiyyətin ölçüçsü Allah sifətləridir». Yə’ni o şəxsin xasiyyəti yaxşıdır ki, ilahi əxlaqla bəzənmiş olsun. «ən yaxşı adlar xasiyyətlər Allahdandır» («Nəhl» 60, «ə’raf» 180). «İlahi rəngən gözəl rəng varmı?!» («Bəqərə» 138). İnsan üçün ən gözəl rəng ilahi rəngdir. İnsan ilahi sifətlərə canişin olmalı və bu canişin ilahi nişanələrlə zinətlənməlidir. Əgər Allah rəuf, rəhim, alim, kərim, əziz, həkim, bağışlayandırsa onun canişini də bu xasiyyətlərə malik olmalıdır. Allah-taala Qur’anda öz gözəl adları ilə təcəlli edir. Bu sifətlərə ən çox yiyələnən insan isə həzrət Peyğəmbərdir (s). onun haqqında belə deyilir: «Peyğəmbərin (s) xasiyyəti Qurandır».

Qur’an bu xasiyyətləri belə aydınlaşdırır: «Aranızdan bir peyğəmbər gəlib ki, sizi çətinliyə salan şeylər onu incidir. O, sizin hidayətinizi, səadətinizi istəyir. minlərə rauf rəhimlidir» («Tövbə» 128). «Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər sərt olsaydın, ətrafından dağılardılar» («Ali-imran» 159). «Məhəmməd (s) Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, bir-birləri ilə isə mərhəmətlidirlər» («Fəth» 29). Bu sifətlər mö’min və xalis bəndədə təcəlli etmiş ilahi sifətlərdir.



Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin