* * *
66a
1 Nejə kim, zülfin kimi xatir pərişandır mana,
Yüzini görsəm yenə aləm gülüstandır mana.
2 Bərqü baran sanma kim, halimni görgəj ruziga[r],
Gəhi xəndan və gahi çeşmi giryandır mana.
3 Ta ki, gördüm surətini surəti-divar tək,
Mən sana heyranü el hər yani heyrandır mana.
66b
4 Ləhzə-ləhzə bağliyən aşiqliginin töhməti,
Sineyi-sədparəvü çaki-giribandır mana.
5 Nədin ötrü qalmışam vallah bu viran dünyada,
Yoxsa ölmək bir dəm ab içməkdin asandır mana.
6 Ver zəkati-hüsn üçün, jana, mana bir busə kim,
Aşiqü pirü qəribəm, jayi-ehsandır mana.
7 Həsrətindin öldü dedim Kişvəriyi-dərdmənd,
Dedi kim, yüz Kişvəri olsa nə nöqsandır mana.
* * *
66b
1 Yüz bəlayə uğradım, ta aşina boldum sana,
Niy bəla boldu mana kim, mübtəla boldum sana.
67a
2 Tövbə qılmısdım ki, daği hiç adəm nəslinə,
[O]lməyim aşiqü likən haliya boldum sana.
3 Sən mənimçün zarü mən giryan səninçün, ey könül,
Sən bəla boldun manavü mən bəla boldum sana.
4 Dəst[ü]-pabusin üçün, ey günəş yüzlü sənəm,
Sayə tək toprağə düşdüm, xaki-pa boldum sana.
5 Janfədayi aşiqəm, ey ləblərin jan parəsi,
Janü dil tərkin qılıb üştə fəda boldum sana.
Eşigindir təxtimü tajım ayağın torpağı,
Padişahi-tajü təxtəm, ta gəda boldum sana.
67b
Kişvəri tək ta ki, könlüm düşdü eşqin çənginə,
Rişteyi-janım yüzüldi ney nəva boldum sana.
* * *
67b
1 Gözlərimdin qətrə qanlar sanma hər yandin gəlib,
Hər biri bir ləldir, kuhi-Bədəxşandin gəlib.
2 Könlümün viranəsidir əvvəlin sərmənzili,
Hər bəla kim, yerka insə çərxi-gərdandin gəlib.
3 Ey jəmalın pərtövi-ayineyi-İskəndəri,
Xızrdır xəttin, kənari-abi-heyvandin gəlib.
68a
4 Ləblərin jami-sirabindin könül sirab iməz,
Susmamış bir təşnə[yə] bənzər biyabandin gəlib.
5 Səndin, ey əbru kəman, hər tiri-ğəm mən xəstəyə,
Hüdhüdi-fərxəndə peykərdir, Süleymandin gəlib.
6 Məjlisimdin zirü bəm nalə işitsən, çəng iməz,
Tilbə könlüm naləsidir, rişteyi-jandin gəlib.
7 Kişvəri divanidin hər beyti-əhli-dərd üçün,
Sanki bir peyki-Nəvaidir, Xorasandin gəlib.
* * *
68a
1 Ey Məsihənfas dilbər, vey mələksima həbib,
Sənsizin təlxab həsrətdir nəsibim, ya nəsib.
68b
2 Bir nəzər qıl gəl mana, Allah üçün, kim, qalmışam,
Bidilü bixanü manü aşiqü pirü qərib.
3 Bolmaz adəm nəsli sən tək nazikü nazikbədən,
Qaşı kafir, çeşmi sahir, zülfü xalı dilfirib.
4 Yüzi dönsün Kəbeyi-kuyindin, ey jan qibləsi,
Kim səni döndərdi məndin, Tanrıdin dönmüş rəqib.
5 Alu ala könlək irməz qönçənin könlündəki,
Bərgi-güldür kim, boyayi göz yaşındin əndəlib.
6 Yazmayıbdır dərdinə dərman həkimi-ləmyəzəl,
Bu dəvasız dərdə dərman neyləsün miskin təbib.
69a
7 Nərgisi-bimarına bolsun fəda qul Kişvəri,
«Əstəjəb həzəd-dua fi şanə, ya müstəjib».
* * *
69a
1 Ey çəkib şaxi-sənubər tək qədü bala yigit,
Arizin firdövs bağının güli-həmra yigit.
2 Gülşəni-jənnətdə bitkən naz ilə nazik nihal,
Hüsn bürjündin doğub mahi-mələksima yiğit.
3 Dili bülbül, zülfi sünbül, xalı filfil, boyu sərv,
Xəti səbzə, yüzi lalə, gözləri şəhla yigit.
69b
4 Sən mələksən, ya pəri, ya huri, ey nəxli-behişt
Kim, bəni-aləmdə bolmaz sən təki rəna yigit.
5 Sərxoşan beli açuq, aşüftə kakil, məst naz,
Eyb iməz sormağ gəliş handindir, ey mirza yigit.
6 Başıma basgil qədəm bir qatla, başın sədqəsi,
Qoymagil mundaq məni giryanü büryan ha yigit.
7 Nola, ya Rəb, Kişvərinin halı sən bədmehr ilə,
Ol qərib pirü sən bir məstü bipərva yigit.
* * *
69b
1 Hər kimin kim, sən təki bir dilbəri-ruhani yox,
Kafəridir kim, anın bir zərrəjə imanı yox.
70a
2 Jövhəridir eşq kim, heç kimsə bilməz qədrini,
Adəm oğlu eşqsiz bir jismdir kim, janı yox.
3 Xətti-səbzin içrə hiç tapmazmən ağzındin nişan,
Xırzdin ni faidə kim, çeşmeyi-heyvanı yox.
4 Eşq gedərdi mən dərvişə bir təşrif kim,
Yakası hər yanidindir, parəvü damanı yox.
5 Səndin ayrı əqlü dinü səbrü huşü janü dil,
Bir pərişan ləşkəridir kim, anın sultanı yox.
6 Vəh ki, bu dərdi-məhəbbət nə bəlalığ dərd imiş
Kim, ana ölməkdin özgə çarəvü dərmanı yox.
70b
Həsrətindin guiya təslim boldu Kişvəri
Kim, bu gejə naləsi çıxmaydırü əfğanı yox.
* * *
70 b
1 Ol gül əndamın ki, tubi tək qədü balası bar,
Ğəbğəbindin meyveyi-jənnət kimi alması bar.
2 Yüzinin hər yanidin asılğan ol zülfi-siyah,
Bir günəşdir kim, anın iki şəbi-yeldası bar.
3 Tilbə könlüm başına kim çizginür kakil kimi,
Sərnəviştin gör anın kim, nə əsəb sevdası bar.
71a
4 Mətbəxi-hüsnün içində bir gədadır aftab
Kim, əlində asimani-nilgundin tası bar.
5 Arizin ayinəsində ol qübari-xətti-səbz,
Bənzər ol güzguyə kim, yüzündə anın pası bar.
6 Xuşəçin xərməni-hüsnün dərir, ay nejə kim,
Məzrei-səbzi-sipehrü mahi-nohdin dası bar.
7 Kişvəri tək olsa yüz aşiq, nə dərdi bar anın,
Şəm üçün jan versə min pərvanə ni pərvası bar.
* * *
71a
1 Ey mana sənsiz gülüstan beytül-ehzandin betər,
Gözlərimdə bərgi-gül xari-müğilandin betər.
71b
2 Xarlər kim sanjılur bağrımğa, ey gül dəstəsi,
Sənsizindir hər biri bir növki-peykandin betər.
3 Ey bahar növjəvanı, gəl ki, qıldı tiği-hijr,
Könlüm içrə çaklər çaki-giribandin betər.
4 Düşmüşəm julidəmu Məjnun təki üryanbədən,
Vadiyi-eşqin ara ğuli-biyabandin betər.
5 Ruzigari-səngdildin köp çəkib min dağlar,
Bolmaz irmiş dağ, vallah, daği-hijrandin betər.
6 Xaki-pakindin irax qəmdir nəsibim, bil ki, dərd
Ləblərindin ayru qandır içdügim qandin betər.
72 a
7 Günbəgün bədtər görürmən Kişvərinin halini,
Sənsizin qaldı diri ana gərək andin betər.
* * *
72a
1 Gözlərim suyi bilən biti yüzümdə lalələr,
Lalələrnin qönçəsi boldu jigərgun calələr.
2 Qanlu könlümnin həzar bir parəsidir guyiya,
İtlərin ağzunda dil yanlığ qızıl pərkalələr.
3 Ləblərin meyxanədir xassə əhli-dər[d] üçün
Kim, irür meydin ləbaləb şişə tək təbxanələr.
72b
4 Natəvan jismim mənim bənzər məzəllət kuydə,
Bir sınıq bərdağə kim, il anı gözdən salələr.
5 Xublərə yar olma, ey dil, kim bu zalim taifə,
Olmaya nəqdi-həyatini əlindin alələr.
6 Vay kim öldürdilər tənsiz məni-biçarəni,
Türkmanın qızları şol baxışı qəttalələr.
7 Kim tapardı Kişvərinin guri guristan ara,
Mərqədindin çıxmaseydi otlu-otlu nalələr.
* * *
8 Pərivəş dilbəri kim, çeşmeyi-heyvandin artuxdur,
Nə kim qılsan təsəvvür xubluğundin andin artuxdur.
* * *
73a
Həyatindin qərəz sənsən bu fani dünyada, yoxsa,
Nə istər Kişvəri bu xaneyi-viran ara sənsiz.
………………………………………………….
………………………………………………….
* * *
1 Sənsiz ol bixanüman kim, var idim, varəm hənuz,
Şöylə rüsvayi-jəhan kim, var idim, varəm hənuz.
2 Çeşmi-xunəfşan bilə sən nazənindin ayrılıb,
Həmdəmi-ahü fəğan kim var idim, varəm hənuz.
3 Qönçə yanlığ bağlu ağzım lələ nisbət qərqi-xun,
Həsrətindin həmçinan kim, var idim, varəm hənuz.
73b
4 Nərgisi-bimarına türlü təvanlığ bilə,
Ol birünqi natəvan kim, var idim, varəm hənuz.
5 Sən vəfavü əhdini tərk etsən, ey bədmehr yar,
Yoxsa mən miskin həman kim, var idim, varəm hənuz.
6 Xətti-səbzin birlə ağzın vəsfini şərh etməyə,
Tutiyi-şirinzəban kim var idim, varəm hənuz.
Keçmə, jana, mehribanlığdin ki, mən qul Kişvəri,
İtlərina mehriban kim, var idim, varəm hənuz.
* * *
73b
1 Bu jəhan bağında bir sərvi-rəvanımdır həvəs,
Bir saçı sünbül güli-qönçədəhanımdır həvəs.
74a
2 Növhəgirlər tək gejə-danğavü künji-matəm bilə,
Muyeəm andindir kim, ol muyi-miyanımdır həvəs.
3 Jan gedər çağı dürür mən piri-biimanının,
Ağzıma iman qoyub bir novjəvanımdır həvəs.
4 Neçə bu namehribanlardin çəkay jövrü jəfa,
Bu günəş tələtlü mahi-mehribanımdır həvəs.
5 Xanki- payını ki, göz suyu bilə qıldım xəmir,
Mərhəmi-daği-dəruni-natəvanımdır həvəs.
6 Ətləsü sənjabi-şahidin mana nə faidə,
Daşına başım qoyub ol asitanımdır həvəs.
74b
7 Nejə tartay Kişvəri təlxabi-hijran şərbətin,
Bir jojuk sözlü büti-şirinzəbanımdır həvəs.
* * *
74b
1 Saqınırdım yarı kim, bir qəmgüsarım bar imiş,
Bilməz irdim kim, bəlayi-ruzigarım bar imiş.
2 Yüzümə göz qanidin güllər düşüb, il bildi kim,
Sevgilü namehriban bir gül’üzarım bar imiş.
3 Bəxt qıldı yarlığ kim, yar gəldi başıma,
Nikbəxta mən ki, yari-bəxtiyarım bar imiş.
75a
4 Gözümə girgil nihan göz mərdümindin, ey pəri,
Gör ki, hijrində nə çeşmi-əşkbarım bar imiş.
5 Xəlvəti-könlümğə qongil bir gejə, ta bil ki, sən
Kim, nə qanlu bağrımü jani-fikarım bar imiş.
6 Şami-qəm sənsiz xəmuş iti məni bihuşluğ,
Xəlq sanur kim məgər səbrü qərarum bar imiş.
7 [Kişvəri]ni gördü Məjnun vadiyi-hijran ara,
………………………………baharım bar imiş.
* * *
75a
1 Ey gözün zaği-siyahü zülfi-mişkinin duzağ,
Daneyi-xalın üçün düşmüş duzağınğa duzağ.
75b
2 Könlümün dağında zahirdir jəmalın gülşəni,
Bu məsəldir kim, irür divanəyə dağ üstə dağ.
3 Eşigində it kimi hər gejə [kim] xarəm, vəli,
Kuhi-qəm qaplanıyam uş pay ta sər dağ-dağ.
4 Xanı dövlət kim, əyağ içib əyağını öpəm,
Bir əlimdə bu əyağü bir əlimdə ol əyağ.
5 ……. şinğə irür yaquti-rümmani əsir,
…………………………………ni qulağ.
6 Şahidü şəm'ü şərabi qoyma əldin, zinhar,
Bir deməkdir məndin üştə ma rəsül illəl-bəlağ.
7……………………………………………..
………………………………………………
76a
1 …bədr ilə hilalım, yüzin ilə əgri qaşın,
Şəbi-qədr ilə bəratım, qara zülfü hindu xalın.
2 Çəkə bilməzəm qəmini, dönə bilməzəm yolundin,
Ala bilməzəm niqabın, görə bilməzəm jəmalın.
3 Mana qönçədə nəzər yox, mana neyşəkər həvəs yox,
Nəzərim jojuk dodağın, həvəsim qədi-nihalın.
4 Yeridükjə sərxoş, ey gül, sana jan verüm derəm mən,
Budürür mənim zəmirim, nədürür sənin xəyalın.
5 Yüzüni gözündə, ey gül, ərəq eyləyib qızardın,
Daği hünsdin dəm urma ki, yetər bu infialın.
76b
1 Bu şikəstə Kişvərinin qəmi-dilni ərzə qılgil,
Əgər, ey səba, düşərsə ana sözləşür məjalın.
* * *
76b
1 Görmüşəm bir mahçöhrə dilbəri-əbruhilal
Kim, verür xurşidə abu rəng ilə nur infial.
2 Yüzi ayü qaşı yay, közgə bayü nazı çox,
Zülfi jadu, xalı hindu, çeşmi ahu, rəngi al.
3 Sözi jəngü qəddi şəngü ağzı təngü dişi dürr,
Xuyi darü ruyi narü muyi marü boynu dal.
77a
4 Yüzi bədrü saçı qədrü köksü sədrü könlü daş,
Jismi mərmər, qəddi ər'ər, ləli şəkkər, sözü bal.
5 Atı əbrəş, özü sərkəş, hüsnü dilkəş, boyü sərv,
Yüzi rəngin, sözü şirin, xətti mişkin, zülfi dal.
6 Gözü jeyran, xətti reyhan, qəmzə fəttan, çeşmi şux,
İşvə kafər, xalı ənbər, zülfü çənbər, beli nal.
7 Könlü dağlu, yolu bağlu qaldı sənsiz Kişvəri,
……………….üryan, çeşmi giryan nitqi lal.
* * *
77a
1 Zəhi ləli-ləbin şəkər, sözün bal,
Şəkər üzrə çibin qonmuş qara xal.
77b
2 Sana, ey qönçeyi-xəndan yaraşur,
Qəbayi-səbz ilən pirahəni-al.
3 Topuqindin çıxargil tövqi-zərrin
Ki, nazikdir, götürməz bari-xəlxal.
4 Həzar bir rişteyi-jandır saçağın,
Yeriməkdə olar ni qüllə pamal.
5 Qərarım xalü səbrim qatı xəttin,
Nə qaldı oğridin, apardı rəmmal.
6 Məni-bülbülzəban yasidir ol kim,
Taxıbdır boynuna qumri qara şal.
78a
7 Sənin məkrinlə alini nə bilsün,
Qələndər Kişəri, bir sadə abdal.
* * *
78a
1 Ləbaləb qandürür bağrımla çeşmi-əşkbarəm həm,
Qaradır yüzi bəxtimin pərişan ruzigarəm həm.
2 Şəbi-qəm iştiyaqındin tütün çıxdı vüsaqimdin,
Köyüb könlüm fəraqındin bu jani-biqərarəm həm.
3 Yıxıldı səbrü samanım, pozuldu əhdü peymanım,
Yüzüldi rişteyi-janım, inani-ixtiyarəm həm.
78b
4 İlahi dərdi-hijr etsün, səfərdin yar qayitsün,
Ləbim pabüsinə yetsün dili-ümmidvarəm həm.
5 Güzər qılsan, derəm: ey məh,
pozuq külbəm sarı nagəh,
Qulağım yoldadır, vallah, dü çeşmim intizarəm həm.
6 Xəti-səbzin mütəvvəsdir, qədin bir nəxli-növrəsdir,
Jəmalın gülşəni bəsdir mana bağü baharım həm.
7 Bolub mən eşqdin fani deməz ol jismi-ruhani:
Əsirim Kişvəri xani, fəqiri-xaksarəm həm.
* * *
78b
1 İstəməzdim yar, vallah, yarım olsaydı mənim,
Basmas irdi qəm məni, qəmxarım olsaydı mənim.
79a
2 Sərvü gül yüzinə baxmazdım, gələydi yüz bahar,
Bir səmən, bir sərvi-gülruxsarım olsaydı mənim.
3 Qəm iməzdi bağrıma sajılsa yüz xari-bəla,
Arizin tək tazə bir gülzarım olsaydı mənim.
4 Kafərəm gər yüzməsəydim rişteyi-təsbihini,
Həlqeyi-zülfin sənin zünnarım olsaydı mənim.
5 Çəkməz irdim həşr güni minnəti-hurü qüsur,
Eşigində bir pozuq divarım olsaydı mənim.
6 Jan verürdüm atəşin ləli-ləbi-şirininə,
Kuhkən tək gərmi bazarım olsaydı mənim.
79b
7 Kişvəri tək verməz irdim hər xəbərsiz yarə dil,
Dərdi-dildin baxəbər dildarım olsaydı mənim.
* * *
79b
1 Ey şəm'i-qəmindin dili-büryan bilə oldum,
Yüzündin irax, dideyi-giryan bilə oldum.
2 Sanjıldı bu qönçə təki könülğə tikanlar,
Ağzım dolu qan, çaki-giriban bilə oldum.
3 Verdim sana ümmid ilə dil, vay ki səndin,
Nomid bolub həsrətü hərman bilə oldum.
80a
4 Bağrımğa tikan xənjəri kim, sanjdın, ey gül,
Bülbül kimi yüz naləvü əfğan bilə oldum.
5 Peykanləri kim, qaldı oxundin tənim içrə,
Bu xaki tənim dobdolu peykan bilə oldum.
6 Jan verdim üşol ləli-ləbin yadı bilən şükr,
Kaxər nəfəsi şərbəti-iman bilə oldum.
7 Ey Kişvəri, ol türreyi-mişkin həvəsindin,
Mən bəxti qara hali-pərişan bilə oldum.
* * *
80a
1 Bu kim ölməkdürür adı, fəraqi-yar imiş, bildim,
Bu qan yudmaq ki derlər, qeyrəti-əğyar imiş, bildim.
80b
2 Bu kim qalur gözi açüx, ölür çağında aşiqnin,
Səvər dildarın, ol həsrəti-didar imiş, bildim.
3 Səri-kuyin behişti-javidanidir, yəqin qıldım,
Gülü firdovsü tubi ol qədü rüxsar imiş, bildim.
4 Zəmanə bəzmidə hər kim ki, içdi şərbəti-vəslin,
Fəraqın zəhrini dadmaq ana naçar imiş, bildim.
5 Rəqib sözinə baxmazdım vüsalın istəyib, əmma
Məni məhrum qılğan bəxti-nahəmvar imiş, bildim.
1
6 Dəhanın fikridin hər dəm ədəm saru uçar könlüm,
Bu açux dünyada anın məqamı dar imiş, bildim.
81a
7 Jəhanü janidin, ey Kişvəri, keçmək irür asan,
Vəli məhbub janidin keçib düşvar imiş, bildim.
* * *
81a
1 Ey müsəlmanlar, fəğan bir namüsəlman əlkidin,
Namüsəlman demə kim, bir afəti-jan əlkidin.
2 Yoxdurur jəm'iyyətim, söylətmə, ey həmdəm məni
Kim, pərişanəm üşol kakil pərişan əlkidin.
3 Xəlqə zülm olsa, varıb sultanə qarşu dad edər,
Kimə dad etsəm məni-məzlum sultan əlkidin.
81b
4 Nejə kim jövrü jəfa qıldın, peşiman bolmadın,
Vəh ki, bağrım qandürür sən napeşiman əlkidin.
5 Küsmə gər desəm rəqib ilə müsahib bolmagil
Kim, səni saxlarmən iman kimi şeytan əlkidin.
6 Ləblərin ləli ki, aldı müddəi məndin irür,
Xatəmi kim, Əhrimən qaptı Süleyman əlkidin.
7 Kişvəri, bir jür'ə içsən, yoxdur ölməklik sana,
Jami-zərdin Şahi-İsmaili-Sultan əlkidin.
* * *
81b
1 Bağrımda tim-tim bağladı qan bir pərivəş yar üçün,
Könlümdə ot lav-lav yanar bir atəşi-rüxsar üçün.
82a
2 Vəh kim, jüdalığ zəhrdin qıldı sipehri-bivəfa,
Kami-dilini təlx bir sərvi-şəkərgöftar üçün.
3 İnjəldi jismim ney tək ol qəddi qələmnin hijridin,
Qəddim büküldü namə tək ol xəti ənbərbar üçün.
4 Ləli-ləbin şövqidin mərjan tökərkən ah kim,
Axardı çeşmim inju tək bir lölöyi-şəhvar üçün.
5 Badi-səbayə öylib çırmaştı könlüm zülfinə,
Çinə gedər tajir kimi sövda qılıb ipar üçün.
6 Dedi nəsimi-sübhdəm vəsfi-jəmalın hüsn ara,
Çəkdi müsəvvər şəklini arayişi-bazar üçün.
82b
7 Demə şəfəq kim, şami-qəm qul Kişvəri halın görüb,
Çeşmi-fələk qan ağlar ol bixanü man bimar üçün.
* * *
82 b
1 Səndin ötrü qalmışam ayru diyarü yardin,
Janidin nomidmən məhrum dilü dildardin.
2 Ömrü zaye, fikri batil, ruzigaridir qara,
Adəm oğlu kim, vəfa umar pərivəş yardin.
3 Sözünə şirinlədim əvvəl ki, yarımdır mənim,
Vəh ki, qaldım təlxkam ol ləli-şəkkərbardin.
83a
4 Çün yüzin görsətdin imdi, sürmə kuyindin məni,
Gül açılğaj bülbüli mən' etməgil gülzardin.
5 Ver mana bir busə kim, pərhiz buyurmaz təbib,
Çün tapar ölmək nişani natəvan bimardin.
6 Bu vəfasızlığ ki, mən gördüm üşol bədmehrdin,
Zinhar, ey düstlar, tövbə vəfasız yardin.
7 Əzm qılmış nisti mülkinə, jana, himməti,
Yol iraxdır, gərçi doymaz Kişvəri didardin.
* * *
83a
1 Açılmış laleyi-jənnət üşol gülgün yanağındin,
Axar jan şireyi-hər yan iki şirin dudağındin.
83b
2 Nəsimi-sübhə qurbanəm ki, çeşmi-xunfəşanımğə,
Gətürdi rövşənalığ kəhli torpağı əyağındin.
3 Qara yüzlik dəlü könlüm ki, dami-zülfinə düşdü,
İməz qurtulməgi mümkün buzaği ol duzağındin.
4 Məni-möhtajə, ey baği-behiştin sərvi-azadi,
Nola versən zəkati-hüsn üçün bir meyvə bağındin.
5 İməs ol sərğələr hər yan ki, salmış yüzünə pərtöv,
İki tabəndə kövkəbdir kim, asılmış qulağındin.
6 Sən, ey saqiyi-məjlis kim, içərsən mey, xəbərsizsən
Ki, nə xunabə həsrət yudaydırmən əyağındin.
………………………………………………
………………………………………………
* * *
84a
2 İrağ yüzündin, ey firdövs bağın tazə gülzari,
Mənəm bir bülbüli-nalan düşüb gülzardin ayru.
3 Nəzər qıl, ey gözi nərgis, məni-bimarə kim, qaldım,
Zəifü natəvan ol nərgisi-bimardin ayru.
4 Nə jan qaldı, nə dil məndə ki, ya Rəb,
qalmasun hərgiz,
Nə jan bir ləhzə janansız, nə dil dildardin ayru.
5 Qurudu natəvan jismim, sədəf tək ağzım açılmış,
Sən, ey yekdanə, qiymətsiz düri-şəhvardin ayru.
6 Giriftari-qəfəs boldum yenə tutisifət, leykən,
Zəbanım laldır ol ləli-şəkkərbardin ayru.
84b
7 Jigərxun Kişvəridin ayrusan, ey gül, vəli bil kim,
Gülə qalmaz təravətliğ çü düşdü xardin ayru.
* * *
84b
1 Gərçi mən avarə boldum, ey pəri, yadın bilə,
Xoşja qal əhbab ara sən xatiri-şadın [bilə].
2 Göz qanındin yazmışam mənşuri-hüsnün hər yana,
Eşq mülkini müsəxxər qılmışam adın bilə.
3 Sərvinin başı ləgəd köb jəfadır quşlara,
Biədəb ta kim, uçuşdu sərvi-azadın bilə.
85 a
4 Zülf açıb qılsa xüram, ey bağban, ol nəxli-tər,
Bolğusu şərməndə sünbül barça şümşadın bilə.
5 İç məhəbbət jamın, ey zahid ki, bolmaz dəstgir
Həşr divanında şol təsbihi-övradın bilə.
6 Mən ki, keçdim möhnətabadi-jəhandin, ey fələk,
Başına küllər sənin bu möhnətabadın bilə.
7 Kişvəri, divanəliğni qoy, ədəb yolini tut,
Həmdəm olsun bir gün ol huri-pərizadın bilə.
* * *
85a
1 Mən ol divanəyəm kim, gər bir az jami-şərab olsa,
Mana bir jujə qayğu yox, əgər aləm xərab olsa.
85b
2 Yüzinğə gərçi bənzər aftabi-asiman, likən,
Yüzin ayruxsidir, vallah, əgər yüz aftab olsa.
3 Ləli-ləbindin ayru kaseyi-xurşidin şərbət,
İçərsəm, ağu olsun, gər həme qəndü gülab olsa.
4 Sən içgəj badeyi-gülgun yüzünğə tər çıxıb görsəm,
Nə qəm gər atəşi-dildin qara bağrım kəbab olsa.
5 Xudaydin hər nə kim istərsən, ol küfrani-nemətdir,
Şərabü şəm'ü şahid birlə əyyami-şab olsa.
6 Hesabi-kar əgər budur ki, zöhd əhlində mən gördüm,
Zəhi şərməndəliğ gər porsişi-yövmül-hesab olsa.
86a
7 Qılur yüz min dua qul Kişvəri kim, görsə yüzini,
Nola yüz min duasindin birisi müstəjab olsa.
* * *
86a
1 Göz aldırmış yenə könlüm üşol ibarlu jeyranə,
Düşüb səhrayə ahu tək, batubdur nafə tək qanə.
2 Bu həddə zarü bimarəm ki, bilməzmən yoxam-varəm,
Müsəlmanlar, giriftarəm, mədəd, bir namüsəlmanə.
3 Səri-zülfi-siyah əgri, qoyub tərfi-külah əgri,
Qılur hər yan nigah əgri, gəzər sərxoş yetimanə.
86b
4 Tökərmən əşkdin kövkəb, gözüm yaşlu, qurumuş ləb,
Müsəlman düşməsün, ya Rəb, bəlayi-daği-hijranə.
5 Yüzündür rövzeyi-rizvan, dodağın çeşmeyi-heyvan,
Dəhanın höqqeyi-mərjan, içi dobdolu dürr-danə.
6 Bərəhmən görsə rüxsarın iki zülf çü zünnarın,
Götürməz tab didarın, gəlür, vallah, imanə,
7 İlkitür könlüni qəh-qəh ki, aləmni yıxar, vallah.
Çəkib qul Kişvəri nagəh bir ahi-dərdməndanə.
* * *
86b
1 Bolmuşam deyr eşigində xaksar, ey müğbeçə,
Bolma qafil mən gədadin, zinhar, ey müğbeçə.
87a
2 Xaki-payinğə gəlibmən yüz tuman ümmid ilə,
Qılmagil mən dərdkeşni şərmsar, ey müğbeçə.
3 Bir qədəh sungil mana ol badədin kim, bolmayım,
Ta dəmi-sübhi-qiyamət hüşyar, ey müğbeçə.
4 Badə verməkdin təğafül qılmagil kim, badəsiz,
Zayeəm, mən piri-zaye ruzigar, ey müğbeçə.
5 Bir ləbaləb dustkani birlə qavzandır məni,
Bolmadın dərdi-xumarım aşkar, ey müğbeçə.
6 Vəh nə xoşdur jami-gülgun birlə yari-gül'üzar,
Sayeyi-bəndü kənari-juybar, ey müğbeçə.
87b
7 Kişvəri bir jam üçün boldu gədayi-meykədə,
Bolma qafil ol gədadin, zinhar, ey müğbeçə.
* * *
87b
1 Ey səfayi-sübhdəm, sübhi-visalın sədqəsi,
Pərtövi-şəm'i-fələk şəm'i-jəmalın sədqəsi.
2 Gögdə mahi-no bilə yer yüzdəki mehrablar,
Vəsməlü mehrab əbruyi-hilalın sədqəsi.
3 Sünbüli-səhrayi-naz aşüftə saçınğa fəda,
Nafəlü ahuyi-Çin çeşmi-ğəzalın sədqəsi.
88a
4 Abi-heyvan çeşməsi şirin dodağına tüfeyl,
Xızr ilə zülmati-mişkin xəttü xalın sədqəsi.
5 Qamətin növrəs nihalidir İrəm gülzarinin,
Ey İrəm gülzari, ol növrəs nihalın sədqəsi.
6 Nola, ey hüdhüd ki, məhrəmsən Süleyman bəzmidə,
Nameyi-şövqüm yetürsin pərü balın sədqəsi.
7 Ləblərindin Kişvəriyi-xəstəyə bir busə ver,
Ya zəkati-hüsn üçün, ya ömrü malın sədqəsi.
* * *
88a
1 Bəs ki, xuni-dil bilə kipriklərim qan bağladı,
Guyiya kim, hər biri bir şaxi-mərjan bağladı.
88b
2 Bülbülün çeşmindin ol qıldı rəvan xunabə kim,
Novərusi-qönçəyə kuy-kuy giriban bağladı.
3 Boldu ol gün kövkəbəfşan çeşmim ay yüzün görüb
Kim, qəza memari bu taqi-zərəfşan bağladı.
4 Xəttü rüxsarini görgəj bağbani-baği-sün',
Tazə bir güldəstənin hər yanı reyhan bağladı.
5 Ləblərindin jür'ə-jür'ə mey ki, damdı toprağa,
Adəm ol toprağdin sərmayeyi-jan bağladı.
6 Hijr ilən girdi səvaşə könlüm üş meydan ara,
Tazə yanmış dağ ilə köksinə qalxan bağladı.
89a
7 Kişvəri ağzın xəyalilən ədəm sarı gedər.
Ol müsafir tək ki, yanına nəməkdan bağladı.
Dostları ilə paylaş: |