Azərbaycan ədəbiyyatı tarixikafedrasının professoru
İş telefonu: (+99412) 539-09-29
İmeyl: almaz.alikizi@gmail.com
QISA BİOQRAFİK MƏLUMAT
1948-ci ilin oktyabr ayının 3-də Bakı şəhərində anadan olub.
1955-1965-ci illərdə Bakı şəhərində 172 saylı tam orta məktəbdə təhsil alıb və orta məktəbi əla qiymətlərlə bitirib.
1965-1970-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib.
1971-ci ildən Bakı Dövlət Universitetində çalışır.
Ailəlidir, bir qız övladı var.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1979-cu ildə BDU-nun əyani aspiranturasına qəbul olub.
1981-ci ildə ”Mədinə Gülgünün həyat və yaradıcılığı“ mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
1990-cı ildə dosent elmi adını alıb.
1997-ci ildə “Cənubi Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri (1946-1990-cı illər)” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə elmlər doktoru elmi dərəcəsi alıb.