Alqi-satqi müqaviləSİ №20 Hazırkı Alqı-satqı müqaviləsi bundan sonra “Müqavilə



Yüklə 35,86 Kb.
səhifə2/7
tarix22.08.2023
ölçüsü35,86 Kb.
#128730
1   2   3   4   5   6   7
OnlineSatishMuqavilesi

Malların Çatdırılması və Qəbulu


3.1 Alıcı Malları aşağıdakı formada sifariş verə bilər:

  1. Satıcının nümayəndəsi vasitəsilə;

  2. Yazılı formada;

  3. Faks vasitəsilə;

  4. Telefon vasitəsilə;

  5. Elektron poçt vasitəsilə; (vi) Online Sifariş formasında.

Alıcıya Malların çatdırılması sifarişini verildiyi tarixdən sonra Tərəflər arasında razılaşmaya uyğun vaxtda həyata keçirilməlidir. Tərəflər bununla tam razılaşırlar ki, Alıcı tərəfindən faksla, telefonla, Online Sifariş və/və ya elektron poçtla göndərilən sifarişlər Tərəflərin müvafiq partiya (hissə) Malların göndərilməsinin əhəmiyyətli şərtlərinin təsdiqi sayılır. Sifarişlər icra edildiyi formadan və üsuldan asılı olmayaraq təsdiq edildiyi gündən qüvvəyə minir və bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılır
3.2 Satıcı Malı (Malları) Alıcıdan aldığı müvafiq sifarişlər əsasında göndərir. Sifarişdə aşağıdakılar göstərilməlidir: (vii) Sifarişin nömrəsi və tarixi;

  1. Malların adları, sayları;

  2. çatdırılma ünvanı (belə ünvan göstərilmədikdə Alıcının bu Müqavilədə göstərilən ünvanı nəzərdə tutulur); (x) çatdırılma tarixi (tarixləri);

(xi) digər zəruri məlumatlar (əgər tələb ounarsa).
3.3 Alıcının sifarişi bu Müqavilənin ayrılmaz hissəsi sayılır. Sifariş Alıcıya məxsus eyniləşdirmə kodu və şifrə vasitəsi ilə Alıcının təyin etdiyi istənilən şəxs tərəfindən bu Müqavilənin 2-ci bəndində nəzərdə tutulan formada və ya üsulla verilir. Sifarişin çatıdırılmasına 24 (iyirmi dörd) saat qaldıqda Alıcı tərəfindən sifariş ləğv edilə bilməz.
3.4 Alıcı Malların çatdırılması yerini Malları sifariş verdiyi zaman müəyyən etməlidir. Tərəflər arasında digər razılaşma yoxdursa, Satıcı Malları öz mülahizəsinə əsasən Alıcının i Anbarına və ya Alıcının müəyyən etdiyi digər yerə çatdırmalı və təhvil verməlidir. Tərəflər arasında razılaşçda
3.5 Satıcı Malları Alıcıya təhvil verdikdən dərhal sonra Azərbaycan Respublikasının müvafiq dövlət orqanı tərəfindən təsdiq olunan qaydalara uyğun olaraq Malların Təhvil-Qəbul Aktını (bundan sonra “Akt”) 2 (iki) nüsxədə tərtib etməli, imzalamalı, möhürlə təsdiq etməli və Aktın hər iki imzalanmış və möhürlənmiş nüsxəsini, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş digər sənədləri Alıcıya təqdim etməlidir. Aktla birlikdə Satıcı Malların təhvil təslimi təsdiq edən özünün tərtib etdiyi digər sənədləridə (bundan sonra “Digər Sənədlər”) Alıcıya təqdim edə bilər. Alıcı bu kimi sənədləri imzalamaqdan imtina edə bilməz.
3.6 Alıcı Malları qəbul etdikdən və Aktı və Digər Sənədləri əldə etikdən sonra onların hər bir nüsxələrini imzalayacaq, onların bir nüsxələrini özündə saxlayacaq digər nüsxəsini isə Satıcıya verəcək.
3.7 Satıcı Alıcının qeydləri ilə razılaşmadıqda, məsələ bu Müqavilədə nəzərdə tutulan mübahisələrin həlli qaydasına uyğun olaraq həll olunur. Hər bir
halda Alıcı Akt və Digər Sənədləri imzalamaqdan imtina etdikdə Satıcı Malları ona təhvil verməkdən imtina edə bilər.

  1. Yüklə 35,86 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin