8.1 Alıcı bu Müqaviləyə uyğun olaraq Satıcı tərəfindən təhvil verilən Malların dəyərini (“Qiymət”), Müqavilənin digər şərtlərini nəzərə almaqla , aşağıdakı qaydada ödəməlidir:
“Alıcı”ya təhvil verilmiş malın dəyərinin ödənilmə müddəti malın verildiyi vaxtdan etibarən ___ (__________)___ gündən artıq ola bilməz.
Ödəniş ____ gün ərzində aparılmadığı halda malın dəyəri bu müqavilənin 7.10-cu bəndində göstərilən qaydada hesablanmaqla “Satıcı”ya ödəniləcəkdir.
Alıcı Satıcıdan ilk dəfə mal aldıqda ödəniş ilk 3 dəfə üçün qabaqcadan ödəniş qaydası formasında həyata keçirilməlidir. Növbəti ödənişlər üçün hazır ki müqavilənin 8.1 (i) bəndi əsas götürüləcəkdir və ya
Tərəflər əlavə razılaşma imzalamaqla ayrı ödəniş qaydasını müəyyən edə bilərlər.
Qiymətə, ƏDV istisna olmaqla, bütün vergilər və digər oxşar dövlət ödənişləri, Malların qablaşdırılması, daşınması, çatdırılması və Müqaviləyə uyğun olaraq təhvil verilməsi, o cümlədən Geri Qaytarmaların geri götürülməsi xərcləri daxildir.
Qiymətlər Tərəflər arasında yazılı və ya şifahi formada razılaşdırıla bilər. Online Sifariş zamanı ____________________________ saytında sifariş edilən mallara görə sifarişlərin Alıcı tərəfindən təsdiq anında saytda qeyd edilmiş qiymətlər əsas götürüləcəkdir. Əgər Müqavilədə digər qayda nəzərdə tutulmamışdırsa, Qiymətlər bu Müqavilənin 8.5-ci maddəsində göstərilən sənədlərdə və (və ya) tərəflər arasında razılaşdırılmış digər sənədlərdə öz əksini tapan Qiymətlər olacaqdır. Əgər Qiymətlər əks etdirən hər hansı sənəddə (Sifariş və ya bu Müqavilənin 8.7-ci maddəsində göstərilən sənədlər də daxil olmaqla) Qiymətlər arasında ziddiyət yaranarsa və Tərəflər bu ziddiyyəti yarandığı tarixdən 15 (on beş) gün ərzində aradan qaldıra bilməzlərsə, daha yuxarı olan Qiymət əsas götürüləcəkdir.
Qiymətlərə bütün endirimlər, qiymətdə azaltmalar, güzəştlər və sair kimi ödənişlər tətbiq edilməklə razılaşdırılmış hesab ediləcək və hər hansı endirim, qiymətdə azaltma, güzəşt və sair kimi ödənişlərin tətbiq edilməsi digər endirim, qiymətdə azaltma , güzəşt və sair kimi ödənişlərin tətbiqini nəzərdə tutmur. Satıcı Qiymətləri birtərəfli qaydada artıra bilər. Əgər Qiymətlərdə artım baş verərsə, Satıcı bu barədə Alıcıya artımın baş verəcəyi planlaşdırılan gündən ən azı 10 (on) gün əvvəl yazılı və ya şifahi məlumat verməlidir. Alıcı Qiymət artımı ona bildirdikdən sonra Qiymət artımı baş vermiş Malları yeni Qiymətlərlə sifariş verməlidir.
Satıcı Qiymətə (Satıcıya Müqavilə üzrə ödənilməli olan digər ödənişlərə) dair aşağıdakı sənədləri Alıcıya təqdim edəcək (“Ödəniş Sənədləri”):
Müqavilədə göstərilən qaydada hər Tərəfin imzaladığı və təsdiq etdiyi Akt,
Elektron vergi hesab fakturası,
Elektron qaimə; və
Azərbaycan Respublikasının qanunvericiliyi ilə tələb olunan digər sənədlər.
Əgər Azərbaycan Respublikasının qanunvericiliyinə və ya müvafiq dövlət orqanlarının tələblərinə və göstərişlərinə əsasən Müqavilə üzrə ödənişlərin edilməsi üçün digər sənədlərin tərtibi və təqdim edilməsi tələb olunarsa, Alıcı Satıcının tələbinə əsasən bu cür digər sənədləri tərtib etməli və (və ya) imzalamalı və Satıcıya təqdim etməlidir.
Alıcı Ödənişlərini Satıcı Ödənişləri (Xidmətlər üçün ödənişlər də daxil olmaqla, Satıcının bu Müqaviləyə uyğun olaraq Alıcıya ödəməli olduğu hər hansı ödənişlər, həmçinin Mallara endirimlər, qiymətdə azaltmalar,güzəştlər və sair kimi məbləğlər deməkdir) ilə əvəzləşdirməyə yalnız Tərəflərin razılığı ilə yol verilir. 8.8 “Alıcı” “Satıcı”ya ödəməli olduğu vəsaiti nəğd, yaxud bank vasitəsi ilə həyata keçirir. “Alıcı” “Satıcı”ya ödəməli olduğu nəğd vəsaiti “Satıcı”nın səlahiyyətli nümayəndəsindən qəbz almaqla ödəyir. Bank vasitəsilə köçürmə zamanı pul vəsaitinin “Satıcı”nın bank hesabına daxil olduğu zaman ödəniş icra olunmuş sayılır.