Alqi-satqi müqaviləSİ №20 Hazırkı Alqı-satqı müqaviləsi bundan sonra “Müqavilə



Yüklə 35,86 Kb.
səhifə6/7
tarix22.08.2023
ölçüsü35,86 Kb.
#128730
1   2   3   4   5   6   7
OnlineSatishMuqavilesi

Fors Major


9.1 Tərəf fors major hallarda Müqavilənin bağlanmasından sonra yaranmış, Tərəflərin nəzarəti altında olmayan hər hansı hadisələr – misal üçün, yanğınlar, tətillər, təbii fəlakətlər, müharibələr, hərbi əməliyyatlar və sair) Müqavilə üzrə öhdəliklərinin yerinə yetirə bilməməsi üçün məsuliyyət daşımır. Bu zaman fors major halına məruz qalan Tərəf digər Tərəfə mümkün qədər tez məlumat verməli.
9.2 Əgər bu Müqavilənin 9.1-ci maddəsində göstərilən fors major halı 30 (otuz) iş günündən çox davam edərsə, istənilən Tərəf bu Müqaviləyə xitam verə bilər.
  1. Müqavilənin Müddəti və Ləğv Olunması


10.1 Müqavilə Qüvvəyə Minmə Tarixində qüvvəyə minir və həmin tarixdən ____ (____) il müddətində qüvvədə qalacaqdır. Əgər Tərəflərdən hər hansı biri Müqavilənin müddətinin bitməsinə ən azından 30 (otuz) gün qalmış Müqavilənin ləğv olunması barədə yazılı xəbər verməzlərsə, Müqavilə hər dəfə növbəti 1 (bir) il müddətinə uzadılmış hesab ediləcəkdir.
10.2 Müqavilənin fors major hallarına dair şərtlərini nəzərə almaqla, əgər Satıcı sifariş olunmuş Malları 45 (qırx beş) gündən çox olan müddətə Malları Alıcıya təhvil verməzsə, Alıcı Müqaviləyə birtərəfli qaydada xitam verə bilər.
10.3 Bu Müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozan Tərəfə 10 (on) gün əvvəlcədən bildiriş verməklə digər Tərəf bu Müqaviləyə xitam verə bilər. Bu Müqavilənin digər şərtlərinə xələl gıtirmədən, Tərəflərdən biri digər Tərəfə 60 (altmış) gün əvvəlcədən yazılı bildiriş verməklə Müqaviləyə xitam verə bilər.
10.4 Bu Müqaviləyə hər hansı səbəbdən xitam verildikdə:
(i) Alıcı təhvil almış Malların Qiymətlərini bu Müqavilənin şərtlərinə uyğun olaraq 10 (on) gündən gec olmayaraq ödəməli və ya Satıcı malı satış
qiymətinə geri ala bilər.
  1. Konfidensiallıq


11.1 Bu maddənin məqsədləri üçün “Konfidensial Məlumat” dedikdə Tərəflərin hər hansı texniki, maliyyə, iqtisadi, kommersiya, cədvəllər, əlavələr, qoşmalar, məktublar, proqram təminatı, proseslər, dizayn, və hər hansı Tərəfə və onun fəaliyyətinə aid hər hansı istər yazılı, istər şifahi şəkildə, istər audio və ya video, istərsə də digər formada olan hər hansı məlumatlar, o cümlədən bu Müqavilə, ona xitam verilməsi, uzadılması, dayandırılması və ya onun tərkibi, və ya bu Müqavilə üzrə təchizatın dayandırılması, uzadılması, yenidən başlanılması, və ya Tərəflər arasında hər hansı narazılığın, mübahisənin, məhkəmə çəkişməsinin və ya bu tipli problemlərin mövcudluğu nəzərdə tutulur.
11.2 Bu maddədə nəzərdə tutulan hallardan başqa, heç bir Tərəf digər Tərəfin razılığı olmadan Konfidensial Məlumatı üçüncü şəxsə və ya şəxslərə ötürə, ictimaiyyətə yaya və ya digər formada açıqlaya bilməz. Tərəflər Konfidensial Məlumatı konfidensial saxlamalı və qorumalıdırlar və qorunması üçün bütün zəruri tədbirləri görməlidirlər.Tərəflərin Konfidensial Məlumatı qorumaq vəzifəsi bu Müqaviləyə xitam verilməsindən etibarən 2 il müddətində qüvvədədir.

  1. Yüklə 35,86 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin