349. Hansı sistemlər sadə evtetik sistemlər adlanır?
A) komponentləri maye halda bir-birində tam həll olan, bərk halda isə bir-birində praktik olaraq həll olmayan, kimyəvi qarşılıqlı təsirdə olmayan və polimorf çevrilmə olmayan ikikomponentli sistemlər
B) Maye halda həll olmayan, bərk halda bir-birində həll olan və polimorf çevrilmə baş verən sistemlər
C) kimyəvi qarşılıqlı təsirdə olan sistemlər
D) çoxkomponentli sistemlər
E) birkomponentli sistemlər
350. Verilən ikikomponentli sistemlərdən hansı evtetik sistem əmələ gətirmir.
A) C-Fe
B) Pb – Ag
C) Cd – Bi
D) Au- Ti
E) CaO- MgO
351. Evtetikalı sistemlərin həl diaqramındakı likvidus xətləri nəyi göstərir?
A) Maye ərintinin kristallaşma temperaturunun başlanğıcının tərkibdən asılılığını göstərir
B) Maye fazanın əmələ gəlməsini
C) bərk fazanın əmələ gəlməsini
D) maye fazanın tərkibini
E) bərk fazanın tərkibini
Dostları ilə paylaş: |