Amar niyazları 500 ədəddən ibarət olub, həm təsərrüfat xarakterli,həm də nomlar arası xarakterli münasibətləri öyrənmək üçün əhəmmiyyətlidir


Frank dövlətinin yaranması və xarici siyasəti



Yüklə 1,65 Mb.
səhifə18/48
tarix08.12.2022
ölçüsü1,65 Mb.
#120634
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   48
Amar niyazlar 500 d dd n ibar t olub, h m t s rr fat xarakterl

7.3. Frank dövlətinin yaranması və xarici siyasəti
Məhz buna görə 493-cü ildə Xlodviq xristianlığı qəbul etdi və Qalliyadakı sosial dayağını möhkəmləndirdi. Roma papaları Konstantinin dövründən etibarən öz imtiyazlarını artırmış, hətta VIII əsrdə saxtalığı sonralar məlum olan “Konstantin bəxşişi” adlı saxta sənəd də uydurulmuşdu. Onun mahiyyəti ondan ibarət idi ki, Roma imperatoru Konstantin 333-334-cü illərdə onu ağır xəstəlikdən xilas etmiş Roma papasına Qərbi Roma imperiyasının ərazisini bağışlamışdı. Həmin ərazidə 751-ci ildə Papalıq dövləti yarandı.
Konstantin bəxşişinin saxtalığını ilk dəfə italyan humanislərindən olan Lorenso Vallua şübhə altına almışdı. O sübut etdi ki sənəd IV əsrdə yox VIII əsrdə yazılmışdı.VIII əsrdə isə yunan dili dövlət dili idi.Latın dilindən az istifadə edildiyinə görə ona mətbəx latını deyirdilər və sənəd də həmin dildə hazırlanmışdı. Eyni zamanda 313-cü ildən etibarən Konstantinin xristianların xidmətindən istifadə etməsi və onlara açıq şəkildə icmaların fəaliyyətinə icazə verməsi məlumdur. Əgər Qərbi Roma papaya hədiyyə verilmiş olsaydı imperator qərb hissənin papanın əlindən alınmasına cəsarət etməzdi. Romada xristianlıq IV əsrin sonunda hakim dinə çevrildi. Əgər xristianlıq həqiqətən də Konstantin tərəfindən dövlət dininə çevrilməmişdisə papaya imperiyanın çox nəhəng hissəsinin pay verilməsi heç bir sübuta əsaslanmır.
Əsasının Xlodviq tərəfindən 500-cü ildə qoyulduğu Frank imperiyası iki sülalənin tarixindən ibarətdir.
I sülalə - Xlodviqin mənsub olduğu Meroveylər sülaləsi adlanır.
II sülalə - VIII əsrin əvvəllərində keçəl Karlın və gödək Pipinin dövründən isə bu sülalə Karolinlər sülaləsi adlanır və müasir Avropanın siyasi xəritəsində silinməz izlər buraxmışdır.
Məlum olduğu kimi, vaxtilə tarixən üç hissəyə bölünmüş Qalliyanın əhalisi xristianlardan ibarət idi. Təsadüfi deyil ki yerli əhalinin sosial dayağını qazanmaq məqsədilə Xlodviq xristianlığın orta məzhəbini qəbul etmiş və bununla da gələcək Frank dövlətinin qurulması üçün həm Roma papasının həm də Bizans imperiyasının dəstəyini qazanmışdı. Xlodviqin varisləri dövründə Frank dövlətinin ərazisi müasir İtaliyanın şimalına qədər yayılmış şimalda isə anqlo-saks tayfalarının yaşadığı ərazinin bir hissəsini əhatə etmişdi.
Frank dövlətinin erkən dövrünün problemlərini öyrənmək üçün eramızın VI əsrinə aid olan Salik qanunlar külliyatı qiymətli mənbədir. Bəhs olunan dövrdə barbar krallıqları içərisində Lanqobard krallığı xüsusi əhəmiyyətə malik idi. Lanqobardlar xüsusilə Yustinianın dövründən sonra Bizans imperiyasını və Frank dövlətini təhdid edirdilər. Təsadüfi deyil ki Lanqobaradlarla mübarizə Roma papasını Frank dövləti ilə yaxınlaşmağa vadar etdi. Çünki bəhs olunan dövrdə Roma papalığı Konstantinopol patriarxı ilə xristian kilsəsinin gəlirlərinin bölüşdürülməsi uğrunda gərgin mübarizə aparırdı.
VIII əsrin 70-ci illərinə qədər mövcud olan Lanqobard krallığı Avropanın siyasi həyatında da mühüm rol oynamışdı.Frank dövləti yaranan dövrdən etibarən hərbi başçının hakimiyyəti kralın hakimyyətinə çevrilməyə başlamışdı. Əvvəlki xalq yığıncağının yerini kralın əmrilə toplaşan və ildə iki dəfə keçirilən məclislər –saborlar tutmuşdu. Təxminən mart-aprel və oktyabrda keçirilən məclislər zamanı kral yeni qaydaları elan edir qonşu qəbilələrlə və ya dövlətlərlə münasibətlərlə bağlı məsləhətləşmə keçirmək lazım gəldikdə nümayəndə göndərirdi.
Salik qanunlarının təhlili göstərir ki Frank dövləti həm erkən dövrlərdə həm də sonralar Roma hüququnun təsiri altında olub. Romada olduğu kimi Frank dövlətində də xarici əlaqələrə diqqət verilirdi. Bu əlaqələrin təşkili zamanı adlı-sanlı nəsillərin nümayəndələrinin xidmətindən istifadə olunurdu. 711-ci idə ərəb qoşunları Tariqin başılığı altında Tariq boğazından keçərək Priney yarmadasının cənubuna daxil olmuşdu. Kristallı Pipin və çəkic Karlın dövründə ərəblərin Avropanın içərilərinə doğru hərəkəti dayandırıldı və 732-ci ildə baş vermiş Puatye döyüşündə ərəb orduları geri çəkildilər.
Çəkic Karl ərəblərlə yanaşı 720-736-cı illər arasındakı dövrdə Qalliyadakı feodal pərakəndəliyinə son qoydu cənubi Qalliyanı və İspaniyanı öz torpaqlarına birləşdirdi. Benefesis sisteminin mövcudluğu krala dövlət hakimiyyətini möhkəmlənməsi üçün ciddi əsas yaratmışdı. Təsadüfi deyil ki, çəkic Karlın varisi olan gödək Pipin dövlət idarəçiliyini həyata keçirərkən dövlət vəzifələlərini paylayarkən sərbəst hərəkət edirdi. Bu o demək idi ki monarxın hakimiyyəti mütəqləşdirilmiş Avropa bütövlükdə bir hakimiyyət altında bərqərar olmuşdu. Frank dövlətinin ən qüdrətli dövrü Böyük Karlın dövrü (768-814) heab olunur.
Mərkəzləşmiş hakkimiyyəti kifayət qədər gücləndirən Karl xarici siyasətə diqqət verir və apardığı işğalçı müharibələr zamanı bundan istifadə edirdi. 42 illik hakimiyyəti zamanı az qala 50-ə yaxın yürüş edən Karl yeritdiyi ittifaq siyasəti hesabına anqlar və saksları ,slavyanları özünə tabe etmiş, Ərəb dövləti, Çin və Hindistanla ticarət əlaqələri qurmuşdu.Bu dövrdə Ərəb xilafəti öz yüksəlişinin zirvəsində idi.Ərəb xəlifəsi Frank dövləti ilə ticarət əlaqələrinin saxlanmasına xüsusi fikir verir, Frank və Ərəb tacirləri hörmətlə qəbul edilirdilər.Bu dövr ərəb müəlliflərinin məlumatına görə Frank dövlətinə gedən ticarət karvanları özləri ilə konkret tapşırıqla yanaşı əvvəlcədən iki qrupa bölünmüş hədiyyə aparırdılar. I-əvəzi ödənilməyən hədiyyələr, II-qarşıya qoyulmuş məqsədə nail olmaq üçün paylanması nəzərdə tutulan hədiyyələr.
Frank elçiləri Kiçik Asiyadakı sahil şəhərləri və Çin ilə ticarət əlaqələri saxlayırdılar.Franklarda yüksək qiymətli ipək Cənubi Qafqazın ərazisindən keçən karvan yolu ilə Avropaya daşınırdı. Böyük Karlın dövründə papalıq dövləti ilə Frank dövləti arasındakı münasibətlər qarşılıqlı asılılığa əsaslanırdı. Papa lanqobardlara qarşı frankların köməyindən istifadə edirdi. Frank dövləti isə katolik dininin möhkəmlənməsinə xidmət etmişdir. Böyük Karl imperator titulunu Roma papasından aldı.
Təxminən eramızın IX əsrinə aid edilən katolik kilsəsi ilə bağlı saxta sənəd papanın gələcək dünyəvi hakimiyyətinin əsaslanması üçün çıxış nöqtəsi olmuşdu.
Həmin sənədə görə, Roma papalarının təyin etdikləri keşişlər və yepiskoplar yerli hökmdarlar tərəfindən dəyişdirilə bilməzdi. Məhz bu Roma papalarına XVI əsrin əvvəllərinə qədər Avropada şəriksiz hökmranlığa imkan yaratmışdı. Böyük Karlın yaratdığı imperiyanın ucqarlarda olan makqraflıqlar iki məqsədə xidmət edirdi. Birincisi, imperiyanın hüdudlarına qəfl hücumların qarşısını almaq, ikincisi, Frank dövlətinə gələn elçilərin və tacirlərin qarşılanması və yola salınması.



Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin