Amar niyazları 500 ədəddən ibarət olub, həm təsərrüfat xarakterli,həm də nomlar arası xarakterli münasibətləri öyrənmək üçün əhəmmiyyətlidir



Yüklə 1,65 Mb.
səhifə27/48
tarix08.12.2022
ölçüsü1,65 Mb.
#120634
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   48
Amar niyazlar 500 d dd n ibar t olub, h m t s rr fat xarakterl

Mövzuya dair suallar
1. Son orta əsrlərdə dünyanın siyasi xəritəsi.
2. Böyük coğrafi kəşflər və beynəlxalq nəticələri.
3. Dünya ticarəti və ticarət marağının yaranması.
4.Dünya müstəmləkə sisteminin əsasının qoyulması.
5.XIV-XVI əsrlərdə Avropada dövlətlərarası münasibətlər
6.İspaniyanın dəniz hegemonluğuna son qoyulması.
7.V Karlın Avropa diplomatiyası. İkiqat diplomatiya.
8.Türkiyənin Şərq və Qərb siyasəti. (XV-XVII əsrlərdə)
9.Rusiyanın dünya siyasət meydanına çıxması.


Ədəbiyyat

  1. Документы по истории внешной политики Франции. М., 1963

  2. Европа в средний века. Экономика, политика, культура. Сб. статей. М., 1972

  3. Гуревич А.Я. Походы викингов. М., 1966

  4. История Византии. Т. 1, т.2, т.3. М., 1967

  5. История Средних веков. Учеб. М., Просвещение, 1986

  6. История Франции, т.1, M., 1972

  7. Заборов М.А. Крестове походы. М., 1956

  8. Люблинская А.Д. Франса в начале XVIIв.(1610-1620). Л., 1959

  9. Люблинская А.Д. Французский абсолютизм первой трети XVIIв. М-Л., 1965

  10. Сапрыкин Ю.М. Английская колонизация Ирландии в XVI – нач. XVIIв. М., 1958

  11. Чистозванов А.Н. Нидерландская буржуазная революция XVIв. М., 1958

  12. Штокмар В.В. Очерки по истории Англии XVIв. Л., 1957

XII Mövzu
Avropa diplomatiyası XVII əsrdə

Avropa ölkələri və Türkiyə XVII əsr üçün feodal monarxiyası mərhələsinin ən yüksək fazasına daxil olmuşdu. Formalaşmış mütləq monarxiyalar konkret xarici siyasət strategiyasına və taktikasına malik olurdu ki, biz bunu hazırda dövlət marağı adlandırırıq. XVII əsr üçün Avropa dövlətinin marağı və bunu həyata keçirmək üçün vasitələr öz rəngarəngliyi ilə seçilirdi. Bir tərəfdən bu sahə ilə bağlı nəzəri hüquqi baza formalaşır, digər tərəfdən isə Avropa monarxları sülalə nigahlarının geniş tətbiq olunduğu şəraitdə bu maraqlar daxilində çıxış edirdilər.


Fransa qarşısında Dövrün siyasi nəzəriyyəçilərindən və dövlət xadimlərindən sayılan Syulli ”Dövlət təsərrüfatının prinsipləri” əsərində aşağıdakı üç vəzifəni konkretləşdirirdi:
-dövlətin fəaliyyət mexanizmini müəyyənləşdirir;
-Fransanın ətrafında yaranmış siyasi tarazlığı qiymətləndirir,
-Fransanın xarici siyasəti qarşısında duran başlıca vəzifələrə diqqəti cəlb edirdi.
Bu dövrdə artıq Fransa kralı IV Henrixin hakimiyyəti illərində Fransa Avropa siyasətində liderliyi həyata keçirməyə müvəffəq olmuşdur.
1589-1610-cu ildə hakimiyyətdə olmuş IV Henrixin baş köməkçisi və strategi olan Syülli fəlsəfi - hüquqi traktadında belə bir məqama toxunurdu ki, Fransa Böyük Karl imperiyasının varisidir və buna görə də Avropa siyasətində liderliyi əldən verməməlidir. Lakin Syülli müşahidılərinə əsasən belə bir fikrə gəlirdi ki, ərazi iddiasında olmasından asılı olmayaraq Fransa öz ərazilərinin həddindən artıq genişlənməsi kimi təhlükəli risqə getməməlidir. Müəllifə görə, Əgər dövlətin qüdrəti müəyyən sərhəd daxilindən çıxarsa, düşmən dövlətlərinin koalisiyası ilə üzbəüz gələ bilər. Fransanın qüdrəti artıqca, onun Avropada hegemonluq mübarizəsi gücləndikcə problemin nəzəri-fəlsəfi cəhətləri müzakirə obyektinə çevrilirdi. Düşmən dövlətlərinin koalisiyasından ehtiyat edən Syülli “Böyük düşüncə”əsərində yazırdı ki, Avropa müharibələrdən,sarsıntılardan qurtulmaq istəyirsə, Fransanın bayrağı altında birləşməlidir. Bu ideya Fransa kral sarayının prokuroru Pyer Dübuanın irsindən bəhrələnirdi. Vaxtilə Dübua Avropada 12 dövlətin yaranmasını, bunların 6-nın respublika, 6-nın monarxiya olmasını arzu edirdi. O, həm də Avropa monarxlarının Fransa monarxının hakimiyyətini qəbul etməsini vacib şərt kimi göstərirdi.
Bu dövrdən etibarən “dövlət” marağı anlayışının konkret məzmunu formalaşmağa başlayırdı. “Dövlət marağı” dedikdə, elə bir ideya nəzərdə tutulur ki, bu ideyaya görə dövlətin sərhədləri xaricində elə bir şərait təmin olunmalıdır ki, bu həmin dövlətin mövcudluğu üçün təhlükə yaratmasın.
Fransa krallarından IV Henrix “dövlət marağını” son dərəcə ciddi şəkildə reallaşdıran hökmdarlardan biri kimi tarixdə qalmışdır.Onun xarici siyasət xəttində iki məqsəd güdülürdü:
- birincisi, Habsburqların qüdrətini sarsıtmaq.
- ikincisi, Fransanın ətrafında siyasi müvazinəti bərpa etmək və saxlamaq.
IV Henrix “siyasi müvazinət” dedikdə, “dövlət marağına” təhlükə törədən, sərhədlərə təhlükə törədən faktorların olmamasını nəzərdə tutmuşdur. Bu dövrdə Avropanı siyasi sarsıntılarla müşayət edən başlıca hadisələr: İspaniya vərəsəliyi və 30 illik müharibə ilə bağlı olmuşdur. Təsadüfi deyildir ki, fransız krallarının sonrakı nəsilləri də IV Henrixin siyasətini davam etdirmiş, lakin xarici siyasətdə Avropa və şərq istiqamətini ayırmışlar.
Fransız krallarından biri 1535-ci ildə Türkiyə ilə imzalanmış müqaviləni 1604-cü ildə təzələmiş və ona xüsusi bənd əlavə olunmuşdu.Həmin bəndə görə, Fransanın ticarət gəmiləri Qara dəniz boğazından keçə bilər və gömrük xərcləri ödənilərkən müəyyən imtiyazlar əldə edə bilər. Analoji müqavilə dörd il əvvəl İngiltərə ilə imzalansa da, lakin İngiltərəyə icarəyə götürdükləri ölkələrin gəmiləri ilə bağlı bu imtiyazlardan istifadə şamil edilməmişdi.
Fransanın xarici siyasəti öz klassik məzmununa kardinal Rişelyenin hakimiyyəti dövründə malik oldu. Rişelye öz dövrün müasirləri kimi kilsə təhsili almış, müxtəlif kilsə vəzifələrini yerinə yetirmiş və 1614-cü ildə Baş ştatlara nümayəndə seçildikdən sonra siyasi karyerası başlamışdı. Rişelye “Siyasi vəsiyyətnamə” əsərində hakimiyyətə gəlişinin məqsədlərini izah edərək yazırdı:”Mənim əsas məqsədim qədim Qalliya torpaqlarında yeni Qalliyanın, yəni Fransanın siyasi yüksəlişinə nail olmaqdı.” Öz məqsədlərini iki hissəyə bölən Rişelye yazırdı.“Mənim birinci məqsədim kralı yüksəltmək, ikinci məqsədim krallığı əzəmətli etməkdir.”
Artıq XVII əsrin əvvəlləri üçün fransız mütləqiyyətinin daxili və xarici siyasət məsələləri iki orqanın vasitəsilə həyata keçirilirdi. Başlıca orqan Kral Şurası idi.Kral buraya hər 3 təbəqənin seçilmiş adlı-sanlı nümayəndələrini daxil etmişdi. Ikinci orqan gizli Kral Şurası idi.Bu orqan müxtəlif vaxtlarda 5,7,9 nəfərdən ibarət olmuş, lakin onun üzvlərini heç kəs tanımırdı. Dövlətin daxili və xarici siyasəti ilə bağlı strategiya və taktika məsələləri gizli Kral Şurasının prereqativi idi. Bu orqan müttəfiqləri və rəqibləri müəyyənləşdirərək konkret fəaliyyət diapazonunu müəyyənləşdirirdi.
Yeddi illik müharibə dövrünə aid “diplomatik inqilab” Rişelyenin dövründə başladı. XVII əsrin I yarısımda Fransanın hərbi və siyasi uğurları Rişelyenin adı ilə bağlıdır. 1618-də hakimiyyət elitasına daxil olan və gənc kralın regentinə hamilik edən Rişelye 1630 -cu ildən etibarən Birinci nazir postunu əlində cəmləşdirmiş və 1642-ci ilə qədər bu vəzifəni davam etdirmişdir. Rişelye Fransanın ərazi bütövlüyü uğrunda amansız mübarizəsi ilə məşhur idi.
Hələ XIV əsrdə Fransanın cənub əyalətlərinə Roma papasının təşkil etdiyi xaç yürüşlərindən sonra burada öz fəaliyyətini bərpa etmiş və tarixə Hugenot respublikası adı ilə daxil olan dövlət yaranmışdı. Hugenotların iqamətgahı okean sahilindəki Tulon şəhəri ingilis hərbi mütəxəsislərinin köməyi ilə alınmaz qalaya çevrilmişdi. Rişelye artıq mövcudluğu yüz ili keçmiş Hugenot respublikası ilə mübarizəyə bütün Fransanın qüvvələrini cəlb etmiş və özü 13 ilə yaxın bu ərazi uğrunda mübarizə aparmışdı. Rişelye siyasi “Vəsiyyətnamə”əsərində yazırdı:” Hugenont respublikası dövlət içərisində dövlət olub Fransanın ərazi bütövlüyünü parçalayır və onun dövlət maraqlarına təhlükə yaradır.”
Dənizdən və qurudan alınmaz olan Tulon şəhərinin 1629 –cu ildə tutulması ona səbəb oldu ki, gizli Kral Şurası Rişelyeyə “generalisisimus” hərbi dərəcəsini verdi .
Rişelye Fransada duelin ən məşhur pərəstişkarlarından biri və eyni zamanda onu qanunla qadağan edən şəxs idi. Rişelye yazırdı ki, fransız zadəganları mütləqiyyətin şah damarıdır. Onlar müharibə meydanlarında qan tökməlidir. Dueli qadağan etdikdən sonra münasibəti müəyyənləşdirmək üçün yenidən həmin üsula müraciət edən öz yaxın dostu Butvili Paris meydanında yeddi metr hündürlükdə dar ağacından asdırmışdır.
Rişelyenin Fransanın mədəniyyətində və mətbuatında əvəzsiz xidmətləri olmuşdur. Onun dövründə ”Fransa xəbərləri” adlı Avropada ilk qəzet çap olunub.Rişelyenin diplomatik yüksəlişində onun yaratdığı ənənələrin ,məktəbin çox böyük rolu olub .Rişelye diplomatik məktəbinin yetirmələri olan Fankan, Jozef Ata Şarnasse kimi diplomatlar bütün Avropada məşhur idilər.
İspan kralı V Karla məxsus olan diplomatik üslubdan istifadə edən Rişelye xüsusilə İngiltərə ilə münasibətlərdə kifayət qədər ehtiyatlı və ardıcıl idi. Onun diplomatik fəaliyyəti 30 illik müharibə dövründə xüsusi əhəmiyyətə malik olmuşdu. Mövcud tədqiqatlarda 1618- 1648-ci illəri əhatə edən 30 illik müharibə 5 dövrə bölünür.
1.1618-1624-cü illər
2.1624-1628-ci illər
3.1628-1631-ci illər. (İtalyan dövrü)
4.1631-1635-ci ilər.
5.1648-ci ilə qədər.
Rişelyinin diplomatik ustalığı nəticəsində bütün Avropanın bir-birinə qarşı vuruşduğu dövrdə Fransa hərbi əməliyyatların iştirakçısı olmamış, öz siyasətini hərbi sahədə İsveç vasitəsilə həyata keçirirmişdi. Yalnız IV mərhələnin sonlarına doğru vəziyyət dəyişmiş, Fransa daha çox dividend götürmək üçün hadisələrə müdaxilə etməyə başlasa da, hərbi əməliyyatlara yalnız 1640-cı ildən etibarən qoşulmuşdu. Rişelye bir strateq kimi, Fransanın ətrafında yaranmış siyasi müvazinətin taleyinin parçalanmış alman knyazlıqları ilə bağlı olduğunu görürdü və buna görə də həmin parçalanmanın saxlanmasında ondan istifadə etdi. Otuz illik müharibə dövründən etibarən Rişelye Avropadakı siyasi vəziyyəti öyrənmiş və dəqiq müəyyən etmişdi.
Rişelyenin İsveç kralı Qustav Adolfla siyasi ittifaqı təsadüfi olmamışdı.Müharibənin hər ili üçün Fransa İsveçə 1mln.livrə yaxın pul vermiş, üstəlik Hollandiyadakı silah emalatxanadan Fransa vasitəsilə alınmış silahlar İsveçə daşınmışdı. Müharibənin Rişelye dövrü diplomatik kombinasiyaların mürəkkəbliyi ilə xarakterizə olunurdu.Belə ki. Rişelyenin yeritdiyi siyasi xətt nəticəsində təkcə hərbi əməliyyatlardakı nəticələr müəyyənləşmirdi.Habelə siyasi müvazinət üzərində bərqərar olacaq gələcək Avropa yaradılırdı.
Otuz illik müharibə hələ dini müharibə dövründə ərazi dəyişiklikləri ilə müəyyənləşən Avropanın siyasi xəritəsini cızmışdı.Məlum olduğu kimi, Frank imperiyasının yerində yaranmış dövlətlərin ikisi - Almaniya və İtaliya feodal parçalanmaları dövrünü yaşayırdı. Rişelyenin əsas məqsədi Prusiyanın Almaniyanı birləşdirmək siyasətini dəfn etməkdən ibarət olmuş və buna da nail olmuşdu.
Müasir geosiyasətdə “Vestfaliya sistemiⅦ anlayışından geniş istifadə olunur. Haushoferdən - Frans Mandolfa qədər siyasi realizm nəzəriyyəçilərinə görə, Vestfaliya sistemi müasir dünya qaydasının beşiyi başında durur. 1644-cü ilin iyulundan etibarən başlanmış danışıqlar - Vestfaliya müqaviləsi iki müqavilədən ibarətdir. 1644-cü ildən 1648-ci ilə qədər davam etmiş danışıqlar nəticəsində Osna Bruyk və Vestminister şəhərlərində III Ferdinandla onun rəqibləri arasında iki müqavilə imzalandı.
Müqavilənin şərtlərinə görə, Prussiya bir sıra ərazilərdən imtina edir, Fransa dini müharibələr dövründə əldə etdiyi şəhərlərlə yanaşı Almaniyanın qərb ərazilərindəki yeni torpaqlara sahiblənir, Şərqi və Qərbi Pomeraniyanın bir sıra ərazilərini ələ keçirir, bununla da Avropanın şimalında bütün su yollarına nəzarət etdirdi. Fransa Strasburqla yanaşı, Mets, Tul, Verden qalalarını tutdu ki, bununlada Lotaringiyada həmişəlik möhkəmləndi.
Vestfaliya sisteminin qurulması Vyana konqresi çağırılana qədər beynəlxalq münasibətlərdə başlıca qayda hesab olunurdu. Vestfaliya sistemi 3 dəfə-Vyana konqresi dövründə, 1918-20-ci il Versal sistemi dövründə və Yalta sisteminə uyğun dəyişmişdi.
XVII əsrin II yarısı fransız mütləqiyyətinin apardığı və ona uğur gəyirməyən 4 müharibə ilə səciyyələnir. Bütövlükdə yüzillikdə Avropanın siyasi xəritəsində yeni burjua respublikalarının yaranmasını şərtləndirən Hollandiya və İngiltərə burjua inqilabları baş vermiş və bunun nəticəsində Avropanın siyasi həyatı dəyişmişdi.



Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin