7.1. Avropanın siyasi xəritəsi Roma imperiyasının dağılması nəticəsində Avropanın siyasi xəritəsi barbar krallıqları siyahısı ilə zənginləşdi. 455-ci ildə simali Afrikadan İtaliyaya soxulan Səndəl tayfaları Roma mədəniyyətinə elə divan tutdular ki, onun yazılı və memarlıq abidəlri əsasən məhv edildi. Barbarların bu hərakatı leksikona vandalizm adı ilə daxildir. Səndəl tayfalarının adı unudularaq vandal tayfalarına çevrildi. Roma imperiyası dağıldıqdan sonra Avropada yaranmış siyasi vəziyyət şərqdə yaranmış siyasi vəziyyətdən əsaslı şəkildə seçilirdi.
Əgər Avropa başdan-başa parçalanmışdırsa şərqdə isə Sasanilər dövləti öz qüdrətinin zirvəsində olub müasir yaxın şərqin çox böyük hissəsini öz hakimiyyəti altında birləçdirdi. Roma imperiyasının dağılması, dağılmada mühüm rol oynamış barbar tayfalarlna dövlətçilik ənənəsi verdi. Hələ e. II əsrində çəkilmiş yuxarı Dunayla Reyn çayl arasında ərazini qoruyan Roma səddi artıq III-IV əsrdən etibarən barbarların hücumları nəticəsində aradan qaldırılmış idi. Şimaldan German, Şərqdən Hun tayfaları, cənubdan və cən.-qərbdən vandal tayfalarının hücümü nəticəsində artıq iki hissəyə parçalanmış Roma imperiyasının qərbi tənəzzül edir, şərqi isə iqtisadi və siyasi inkişafda vüsət götürürdü.
Orta əsr dövrünün qaynaqları içərisində öronikalar adını almış və xronoqlaflar tərəfindən hadisələrin illər üzrə yazılmasını əks etdirən səlnamələr, xalqların böyük köçü də daxil olmaqla ertən orta əsrin öyrənilməsi üçün son dərəcə zəngin məlumatlar verir. Qərbi avropada annallar adını almış səlnamələrdə erkən orta əsrin ayrı-ayrı müəlliflərinin əsərlərində bəhs olunan dövrün hadisələri ətraflı işıqlandırılır. Xüsusilə barbar tayfalarında hərbi demokratiyadan dövlətə keçidin etnoslar arası münasibətə təsiri məsələləri annallarda öz əksini tapmışdır.
Erkən orta əsr müəlliflərindən Qeysəriyyəli Prokofü “tarixin sirləri” əsərində Bizans dövlətinin Yustinyan dövrü haqqında maraqlı məlumatlar verir. Erkən orta əsrlər dövrünün xarakteristikasını verərkən nəzərə almaq lazımdır ki, Roma imperiyasında diplomatiya və səfirlik işi barbar xalqlarının təkamülünə və xalqlararası münasibətlərə ciddi təsir göstərmişdir. Həmin dövrlə səsləşən “Salik qanunları” (qal tayfaları haqda), “Rus pravdası” Tatsitdən tutmuş hadisələrin müasiri olan Sevilyalı İsidora (Qat tarixi əsrinin müəllifi), Turlu Qriqoriya (frankların tarixi), Mirzə Pavelə qədər (Znqabardlrın tarixi) əsərində erkən orta əsr müəlliflərinin hamısı mənsub olduqları dövləti idealizə edir, həmin dövlətin apardığı müharibələrin tarixini yazırdılar.
Qeysəriyyəli Prokopi (Qüds qeydləri) əsərində şərqdən qərbə doğru hərəkət edən, öz aralarında ittifaq yaradan bir sıra xalqların tarixindən epizodlara toxunmuşdur. Dövrün hadisələrini öyrənmək üçün hüquqi sənədlər xüsusu aktuallıq təşkil edir ki, “pravda” adı altında meydana gələn həmin sənədlərlə yanaşı krallar arasında yazışmalar dövlətlərarası münasibətlərin necəliyini müəyyənləşdirməyə imkan verir. Yustinianın şərq hökmdarları ilə yazışmaları, B.Karlın Harun Rəşidlə məktublaşması Hun dövlətinin Atillanın Roma dövləti ilə bağladığı sazişlər hüquqi mənbələrə aid edilə bilər. Orta əsrlər dövrünün siyasi hadisələri içəricində xalqların böyük köçü dövründə yar anan münasibətlərin öyrənilməsi mühüm əhəmiyyətə malikdir.
Məlum olduğu kimi, xalqların böyük köçü hunların Böyük Çin səddindən yürüşü ilə başlayır.VI əsrdən sonra slavyanların miqrasiyası ilə başa çatır. Məhz bu dövrdə Barbar xalqları ilə yanaşı Hun tayfaları da tarixdə Roma imperiyasının hüquq qaydaları ilə tanış olmuş, bunun nəticəsində yaranmışdır. Böyük Hun imperatorluğu Romanın vaxtı ilə malik olduğu ərazilərin çox böyük hissəsini öz tərkibində birləşdirmişdirə.
Hunların miqrasiyası IV əvvəlindən başlansada ortalarına doğru güclənmiş və Volqa və Don çayı arasındakı ərazidə nəhəng Hun çarlığı yaranmışdır (IV əsr). Hunlar əsasən hərəkətdə olan döyüşkən xalq olduğuna görə çox tezliklə Don çayı ətrafında məskunlaşmış Alan tayfaları ilə toqquşmuş Qərbə doğru irəliləmişlər. Eramızın 375-illərdə hunlar Qara dəniz ətraflarındakı Qot tayfalarını ittifaqını dağıtdıqdan sonra Roma imperiyasının qoşunlarına çevrilmişdilər.
Hun tayfalarının Romanın qonşuluğunda görünməsi imperiya üçün ciddi təhlükəyə çevrildiyinə görə Roma imperatoru federatlarla –barbarlarla imzalanmış müqavilələrə bu təhlükə ilə bağlı xüsusi bənd daxil edirdilər. IV əsrin sonu V əvvəlində Hun tayfalarının dövlətləşməsi sürətlə getmiş, xüsusilə Atilla və onun varisinin dövründə son dərəcə güclü Hun dövləti yaradılmışdı. Qaynaqlar Atillanı “allahın bəlası” adlandırır onun qrşısında heç nəyin dura bilməyəcəyini deyirdilər.
Bu dövr diplomatiyasının xüsusiyyətlərindən biri də ondan ibarət idi ki Roma imperiyasının yerində yaranmış onlarla barbar krallıqları həmçinin Hun imperiyası Roma hüququ və diplomatiyasının ənənələrindən bəhrələnmişlər.Səfir işinin təşkili Roma üslubunda qurulmuşdu.Atilla səfirə verdiyi tapşırıqlara və onun səlahiyyətlərə uyğun hərəkət etməsinə nəzarət edirdi.
Danışıqlar zamanı əvvəllər nəzərdə tutulmayan məsələ qarşıya çıxardısa səfir göndərilmiş şəxs bunun üçün əlavə razılıq almalı idi.Bu xüsusiyyət Yustinian diplomatiyasının analoji xüsusiyyəti ilə üst-üstə düşürdü.Roma imperatorları barbarlarla müttəfiqlik müqavilələrinə daha çox fikir verirdilər. Çünki Qərb imperiyası barbar hücumlarının qarşısını ala bilmirdi.
Qot tayfalarının birinin hökmdarı Alarix 395-ci ildə Romanı tuta bilməsə də 410-cu ildə Romanı ələ keçirir.Varisi Atanarix də 455-ci ildə Romanı istila etmişdi.Atilla hakimiyyətdə olduğu ilk dövrlərdə Roma imperiyasına iddialı deyildi.Lakin Roma əsilzadələrindən Vigilin Atillaya qəsd təşkil etməsi bu məqsədlə elçisi Edikonu ələ alması münasibətləri gərginləşdirdi.Qəsdən xəbər tutan Atilla Vigili edam etdirmədi və bunu elçinin toxunulmamazlığı ilə izah etdi.
Bu dövrdə hunların Roma ilə danışıqlarında gündəlikdən çıxmayan bir məsələ var idi. Bu da hunların yanından Romaya qaçanların geri qaytarılması məsələsi idi.Şampan qraflığı ərazisində 451-ci ildə baş vermiş döyüşdə nə romalılar, nə də hunlar qəti qələbə əldə edə bilmədilər.Lakin döyüşün hunların üstünlüyü ilə bitməsini göstərən fakt ondan ibarət idi ki ,Roma papası böyük dəstənin başında Atillanın hüzuruna gələrək Romanı dağıtmamağı təvəqqə etmiş və Atillaya Romanın müttəfiqliyini təklif etmişdi.