Azərbaycan Milli Elmlər Akademiyası
İNFORMASİYA TEXNOLOGİYALARI İNSTİTUTU
2003-cü il üçün respublika üzrə aspirant və dissertantlara “İnformatika”
fənninin tədrisi və namizədlik imtahanının qəbulunun nəticələri haqqında
Y E K U N H E S A B A T
Respublika üzrə mərkəzləşdirilmiş qaydada aspirant və dissertantlardan “İnformatika” fənnindən namizədlik imtahanının qəbul edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) kollegiyasının 25 oktyabr 2002-ci il tarixli 06 saylı , 16 dekabr 2002-ci il tarixli 17 saylı və AMEA Rəyasət heyətinin (RH) 15 yanvar 2003-cü il tarixli 2/5 saylı qərarlarına uyğun olaraq AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris mərkəzində aspirant və dissertantlara “İnformatika” fənninin tədrisi və namizədlik imtahanının qəbul edilməsi üzrə 2003 – cü ildə 697 aspirant və dissertant “İnformatika” fənni üzrə tədris prosesində iştirak etmiş və imtahan vermişdir. “İnformatika” fənninin tədrisi və namizədlik imtahanının qəbulu aspirant və dissertantların elmi işlərinə uyğun olaraq 4 istiqamət üzrə aparılmışdır:
Fizika-riyaziyyat və texnika elmləri
Kimya, biologiya və tibb elmləri
Yer, kənd təsərrüfatı və coğrafiya elmləri
İctimai-siyasi, sosial-iqtisadi və humanitar elmlər
“İnformatika” fənnindən imtahan İnformasiya Texnologiyaları İnstitutu tərəfindən yaradılmış komissiya tərəfindən qəbul olunmuşdur. İmtahan prosesində mühüm dövlət orqanlarının nümayəndələri iştirak etmişdilər. İmtahanların gedişatı AzTV 1, Lider TV-də və digər KİV-də işıqlandırılmışdır.
2003-cü il üçün “İnformatika” fənninin tədrisi və namizədlik imtahanının qəbulu ilə əlaqədar statistik məlumatlar Cədvəl 1-4 və Şəkil 1-4–də, ayrı-ayrı elmi istiqamətlər üzrə statistik məlumatlar isə Əlavə 1-4-də verilmişdir.
1/14
Cədvəl 1
Dostları ilə paylaş: |