Amerika Hüquqşünaslar Assosiasiyası – Mərkəzi Avropa və Avrasiya Hüquq Təşəbbüsü təşkilatı (ABA/CEELİ) aşağıda göstərilən qısamüddətli vakansiya üçün müsabiqə elan edir. Vakansiya: Mülki hüquq üzrə hüquqşünas
İşin xüsusiyyətləri: ABA/CEELI mənzil birliklərinin yaranmasında fərdi mənzil sahiblərini təmsil edəcək, mülki hüquq sahəsində dərin təcrübəyə malik olan hüquqşünas axtarır. Hüquqşünas mənzil birliyinin nizamnaməsinin hazırlanması, fərdi mənzil sahiblərinə nizamnamədə nəzərdə tutulan hüquq və öhdəlikləri haqqında məsləhət verilməsi, mənzil birliyini yaratmaq üçün ümumi yığıncağın protokolunun aparılması və birliyin hüquqi şəxs kimi qeydiyyatdan keçməsi ilə məşğul olacaqdır. Bundan əlavə, hüquqşünas binaya istiliyin verilməsi ilə bağlı razılığın şərtlərini və qaydaları haqqında mənzil birliyinə məsləhətlər verəcək. Bu qısamüddətli vəzifədir və mənzil birliyi yaradıldıqdan sonra o ləğv ediləcək. Lakin, gələcəkdə oxşar layihələr keçirilə bilər və iş yeri yenidən açıla bilər.
Tələblər:
Kommunal/energetika sektoru üzrə biliklərin olması.
Ödəniş: Göstərilən xidmətlərə görə birdəfəlik ödəniş razılaşma yolu ilə müəyyən ediləcək.
Ərizələr 2005-cı ilin 15 mart tarixinə kimi qəbul edilir. Xahiş edirik, CV və onu müşayət edən məktubla (cover letter) birlikdə ABA/CEELİ-nin Ölkə üzrə Direktoru xanim Linn Sferazzaya lynn.sferrazza@aba-az.org e-poçt ünvanina göndərin. Yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.