İnsan Alverinə Qarşı Mübarizə İdarəsi, insan alveri ilə mübarizə sahəsində fəaliyyət göstərən yerli QHT-lər və sığınacaqlarla sıx əlaqəli surətdə hüquqi məsləhətə ehtiyacı olanları müəyyən etmək bacarığı nümayiş etdirmək;
Cinsi və əmək istismarı məqsədilə həyata keçirilən insan alveri ilə mübarizədə tətbiq edilən qanun və immiqrasiya qanunu barədə bilik nümayiş etdirmək;
Layihəyə ən azı bir qadın hüquqşünas təyin etmək (mədəniyyət həssaslıqlarını nəzərə alaraq, qadın qurbanlarla və ailə üzvləri ilə işləmək üçün qadın hüquqşünaslara üstünlük verilir);
İnsan alverinin xarici dillərdə danışan potensial və faktiki qurbanlarına dil/tərcümə xidmətlərini necə göstərəcəklərini izah etmək;
Təcrübə və səriştəsinə əsasən ərizəçi tərəfindən müəyyənləşdirilmiş əlavə yaradıcı səylərlə komponent üzrə proqamın təsirini maksimum səviyyəyə necə catdıracaqlarını təsvir etmək.
4-cü komponent: Tədris və məlumatlandırma vasitəsi kimi istifadə etmək üçün Qurbanların Hekayələri haqqında Sənədli Film hazırlamaq (Ayrılacaq maksimum vəsait: $10,000.00 (On min ABŞ dolları))
ABA ROLİ-nin Azərbaycanda insan alverinın qarşısını almaq səylərini ictimai maarifləndirmə vasitəsilə irəli aparmaq üçün, ABA ROLİ Azərbaycan daxilində və xaricdə insan alverinə məruz qalan Azərbaycanlılar və Azərbaycanda insan alverinə məruz qalan xarici vətəndaşlar da daxil olmaqla müxtəlif insan alveri vəziyyətlərinin (yəni, məcburi əmək, məcburi dilənçilik, məcburi cinsi istismar) qurbanları olmuş şəxslərin real həyat əhvalatlarını əks etdirən qısametrajlı sənədli film istehsal etmək üçün bir QHT tərəfdaş axtarır. Sənədli film məcburi əmək və cinsi istismar məqsədilə həyata keçirilən insan alveri qurbanlarının onların acınacaqlı vəziyyətləri və düşdükləri vəziyyətdən necə çıxa bildikləri barədə sövqedici ifadələrini göstərəcək. Sənədli filmin təqribən otuz (30) dəqiqəlik olması və bir necə insan alveri qurbanının əhvalatlarını əks etdirməsi tövsiyyə olunur. İdeal halda, sənədli film hər birinin uzunluğu beş (5) dəqiqə olmaqla altı (6) əhvalatdan ibarət olmalıdır. Xahiş olunur ki, qurbanların kimliklərini qorumaq üçün onların üzləri göstərilməsin və səsləri dəyişdirilsin.