Америка нијӘ МӘҺв олаҹАГ



Yüklə 0,57 Mb.
səhifə3/18
tarix01.01.2022
ölçüsü0,57 Mb.
#105383
1   2   3   4   5   6   7   8   9   ...   18

ÖN SÖZ


Əksər hallarda insanlar dünyaya gəlməli olduqları ictimai sistemin girovlarına çevrilirlər. Amma sadə insanlar, məsələn, Çingiz xan, yaxud Hitler dövründə doğulduqları üçün günahkardırlarmı? Bununla belə, dəhşətli sistemlərin ilk qurbanalrı da məhz belə insanlar olur. Amerika haqqında o qədər də xoşagələn olmayan söhbətə başlayarkən mən, əlbəttə, heç də onsuz da bir insan kimi mə᾽nəvi baxımdan artıq bədbəxt və rəncidə olan (elə Çingiz xan və Hitler dövründə yaşayanlar kimi) bir çox sadə amerikalıların xətrinə dəymək istəməmişəm. Söhbət ondan gedir ki, Amerika sistemi kimi Tanrının əleyhinə çıxan, insanlara düşmən kəsilən və son dərəcə totalitar istənilən şər imperiyasının, ümumiyyətlə yaşamaq hüququ yoxdur. Amerikaçılıq sistemi, başqalarının ehtiyatları, zorakılıq, yalan, başqa dövlətlərin istismarı və talan edilməsi sayəsində tüfeylilik bəşəriyyətin ümumi sə᾽yləri sayəsində məhv edilməlidir. Əks halda bəşəriyyət məhv olacaq.

Amerika nə dövlət, nə də millət deyil. Bu, sadəcə müxtəlif ölkələrdən gələnlərin müvəqqəti məskunlaşdıqları böyük bir ərazidir. Əsas məsələ ondadır ki, Amerika möhkəm dövlətçiliyin fundamental təməlindən – milli özəkdən, dövlətə məxsus xalqdan məhrumdur. Amerika xalqı adlandırılan keyfiyyət baxımından üzvi və özünəməxsus bir gerçəklik yox, bir-birinə yabançı olan şəxslərin süni toplumudur. Onların hamısı üçün ümumi olan istehlak və varlanma ehtirası, bəşəriyyət qarşısında ortaq cinayətlərinə görə məs᾽uliyyətdən kortəbii qorxu hissi birləşdirir. Belə bir konqlomerat tarixin yalnız qısa bir dönəmlərində mövcud ola bilər və tarixdən də göründüyü kimi elə ilk ciddi çətinliklərdən sonra parçalanır. Amerika hələ belə çətinliklərlə ciddi şəkildə üzləşməyib, lakin artıq onlarla üz-üzədir.

Mən uzun müddət Amerikanın tarixi və iqtisadiyyatını tədqiq etmişəm, bu ölkəyə həsr olunmuş namizədlik və doktorluq dissertasiyaları yazmışam. Amerikanın tədqiqi ilə çox məşğul olduqca, onun bütün dünya üçün nəhəng təhlükə olduğunu daha dərindən dərk edirdim. Əvvəllər elmi fərziyyə kimi qəbul etdiklərim bu ölkəyə etdiyim dörd elmi səyahət zamanı (1995-1997) öz təsdiqini tapdı. Bu ölkədə keçirdiyim 7 ay ərzində onun ərazisinin böyük hissəsindən keçib getdim, şərq və qərb sahilboyunun 12 ştatında, cənubda, şimalda və mərkəzdə oldum. Onlarla şəhər və qəsəbələrdə ən müxtəlif adamlarla yüzlərlə görüşlərim oldu. ABŞ-də səyahətlərim zamanı fermerlər, fəhlələr, hüquqşünaslar, mə᾽murlar, artistlər, musiqiçilər, sərgərdanlar, polislər, ruhanilər, masonlar, partiya funksionerləri, vətənpərvər təşkilatların üzvləri, ravvinlər, fahişələr, satanistlər, sodomistlər, ictimai xadimlər və b. ilə görüşdüm. Benzindoldurma məntəqələrində, restoranlarda, teatrda, kitabxanada, polis bölməsində, hinduların rezervasiyalarında, mason lojalarında və i.a. yerlərdə görüşlərimin hər biri Amerikanın bir zərrəciyi idi və ölkənin siması məhz onlardan formalaşırdı.


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin