AMPER QANUNUNUN YOXLANILMASI
İşin məqsədi: Maqnit sahəsində yerləşdirilmiş cərəyanlı naqilə sahə tərəfindən təsir edən qüvvənin nədən asılı olduğunu müəyyənləşdirməkdir.
Ləvazimat: Amper tərəzisi, alçaq gərginlikli sabit cərəyan mənbəyi, müxtəlif uzunluqlu keçirici naqillər, maqnit tutqacı, sabit maqnitlər, sayğac, dayaq, ampermetr, tərəzi ləvazimatları, kompüter, «Date Studio» proqramı təminatı.
Maqnit sahəsinin cərəyanlı təsiri ilk dəfə Ersted aə Amper tərəfindən aşkar edilmiş, lakin Amper bu hadisəni hərtərəfli tədqiq etmişdir. Amper müəyyən etmişdir ki, maqnit sahəsi tərəfindən cərəyanlı naqilə təsir edən qüvvə (F), maqnit sahəsinin induksiyasından (B), naqilin aktiv uzunluğundan (I), naqildən axan cərəyan şiddətindən, həmçinin naqilin sahəyə nəzərən yerləşməsindən, daha doğrusu, cərəyanın istiqaməti ilə maqnit induksiya vektoru araısndakı bucağından asılıdır.
Amper qüvvəsinin modulu:
(1)
düsturu ilə təyin edilir.
Amper qüvvəsinin istiqaməti isə sol əl qaydası ilə təyin olunur. Bu qaydaya görə: sol əl elə tutulur ki, induksiya vektorunun naqilə perpendikulyar toplananı ovuca daxil olur, cərəyan dörd barmaq istiqamətində yönəlir, onda 900 açılmış baş barmaq Amper qüvvəsinin istiqamətini göstərir.
Amper qüvvəsi həm cərəyanın istiqamətinə, həm də maqnit induksiya vektoruna perpendikulyar yönəlir. (1) düsturu göstərir ki, =0 olarsa, yəni cərəyanlı naqil bircins maqnit sahəsinin qüvvə xətlərinə paralel yerləşərsə, ona Amper qüvvəsi təsir etmir. Cərəyanlı naqil induksiya xətlərinə perpendikulyar olduqda, yəni qiymətində Amper qüvvəsi maksimal olur.
Paralel cərəyanların qarşılıqlı təsir qüvvəsini Amper qanununun tətbiqi ilə asanca almaq olar. Vakuumda bir-birindən R qədər məsafədə yerləşdirilmiş, sonsuz uzun, çox nazik iki paralel, cərəyanlı düz naqilin qarşılıqlı təsir qüvvəsini hesablayaq. I2 cərəyanı axan naqilin hər bir dℓ elementi, I1 cərəyanının yaratdığı maqnit sahəsində yerləşib. Bu sahənin maqnit induksiyası
(2)
düsturu ilə hesablanır. Öz növbəsində I1 cərəyanı axan anqilin hər bir dℓ elementi də I2 cərəyanının yaratdığı maqnit sahəsində yerləşib və bu sahənin maqnit induksiyası isə
Kimi təyin olunur. cərəyan elementi və vektoru arasındakı (o cümlədən cərəyan elementi və vektoru arasındakı) bucağı -dir. Onda (1) düsturuna görə hər bir cərəyanlı naqilin vahid uzunluğuna təsir edən Amper qüvvəsi
(3)
olacaqdır. Nyutonun III qanununa görə bu qüvvələr qiymətcə bərabər, istiqamətcə əksdir. Sol əl qaydasını tətbiq edərək, cərəyanların istiqaməti əks olduqda bu qüvvələrin itələmə qüvvələri, eyni olduqda isə cazibə qüvvələri olduğunu asanlıqla göstərmək olar
(3) düsturuna əsasən BS-də cərəyan şiddətinin vahidini – Amperi təyin etmək olar.
1 Amper elə dəyişməz cərəyan şiddətidir ki, o vakuumda bir-birindən 1 metr məsafədə olan iki sonsuz uzun, nazik, paralel naqillərdən axarkən, onların hər vahid uzunluğuna göstərilən təsir qüvvəsi 210-7 N olur.
Cərəyan şiddəti amperin təyinindən istifadə edərək (3) ifadəsindən 0 – maqnit sabitinin qiymətini tapmaq olar. (3) düsturunda I1=I2=1 A, R=1 m və yazsaq,
alırıq.
Dostları ilə paylaş: |