Maqnit sahəsində cərəyanlı naqilə təsir edən qüvvə üçün Amper qnanununun yoxlanılması
Laboratoriya işində istifadə olunan təcrübi qurğu şəkildə göstərilmişdir. Sabit maqnitinin qütbləri arasında keçirici naqil yerləşdirilmiş maqnit tutqacı 0,01 q dəqiqliyinə malik qollu tərəzinin bir gözündən asılır və tərəzi tarazlığa gətirilir. Naqildən cərəyan axdıqda Amper qüvvəsinin təsiri ilə tərəzinin tarazlığı pozulur. Şübhəsiz, Amper qüvvəsinin qiyməti dəyişdikcə bu pozulmanın da qiyməti dəyişəcək. Amper qüvvəsinin naqildən axan cərəyan şiddətindən maqnit sahəsinin induksiyasından, naqilin «aktiv» uzunluğundan, həmçinin maqnit induksiyası vektoru ilə cərəyan şiddəti arasındakı bucağından asılılıqlarını ayrı-ayrılıqda müəyyən edək.
Təcrübə 1. Amper qüvvəsinin naqildən axan cərəyan şiddətindən asılılığının tədqiqi.
Maqnit sahəsi almaq üçün maqnit tutqacıqa 46 ədəd sabit maqnit yerləşdirin və onların sayını cədvələ cəqiq qeyd edin.
Müəyyən uzunluqlu naqil seçin və onun uzunluğunu qeyd edin.
Sabit maqnitlər yerləşdirilən maqnit tutqacını qollu tərəzinin asqısından asıb, naqili maqnitin qütbləri arasında yerləşdirin.
Naqilə ardıcıl olaraq ampermetr qoşub onu cərəyan mənbəyinə birləşdirin.
Cərəyan olmadıqda maqnitlərlə birlikdə tutqacın kütləsini təyin edin.
Cərəyan mənbəyindən naqilə 0,5 A cərəyan şiddəti verərək, maqnit tutqacının «kütləsin»i yenidən təyin edin. Sonra cərəyan şiddətini hər dəfə 0,5 A artırmaqla bu işi 5A-ə qədər təkrar edin. Hər dəfə uyğun kütləni təyin edərək aşağıdakı cədvəli doldurun.
«Qüvvə və şiddət şiddəti»
Maqnitlərin sayı
|
|
Naqilin uzunluğu
|
|
Cərəyan şiddəti
|
0
|
0,5
|
1
|
1,5
|
2
|
2,5
|
3
|
3,5
|
4
|
4,5
|
5
|
«Kültə»
|
|
|
|
|
|
|
|
|
|
|
|
Amper qüvvəsi
|
|
|
|
|
|
|
|
|
|
|
|
Amper qüvvəsinin qiymətini tapmaq üçün hər bir cərəyan şiddətinə uyğun «kütlənin» qiymətindən cərəyan olmadığı hala uyğun «kütlə»nin qiymətini çıxın.
«Data Studio»da «Forse current ds.» faylını açın. «Qüvvə və cərəyan şiddəti» cədvəlindən cərəyan şiddəti və qüvvənin qiymətlərini daxil edərək F(I) asılılığını qurun.
F(I) asılılığının meyl bucağının fiziki mənasını aydınlaşdırın.
Dostları ilə paylaş: |