Ana, bilirsənmi atam tutuquşuları haqqında necə də maraqlı əhvalatlar danışdı?! Tako Vikaya deyir



Yüklə 54 Kb.
tarix10.01.2022
ölçüsü54 Kb.
#110284
növüDərs

- Ana, bilirsənmi atam tutuquşuları haqqında necə də maraqlı əhvalatlar danışdı?! – Tako Vikaya deyir.

- Sən də tutuquşuları haqqında maraqlı nə isə danış, bizi çox maraqlandırdı. Məktəbdə dərsdə dostlarımıza danışarıq, - Toko bacısının xahişini davam etdirir.

- Uşaqlar, mən pişiklər haqqında danışacağam, axı siz Peponu da çox sevirsiniz, pişiklər haqqında da maraqlı əhvalatlar vardır.

Toko və Tako analarının əhvalatını böyük maraqla gözləyirlər.

- İlk dəfə pişiyi 4000 il əvvəl Misirdə əhlilləşdirmişdilər. Qədim misirlilər üçün pişik müqəddəs heyvan hesab edilirdi. O, məhsuldarlığın, artımın və ovun qadın ilahəsi simvolunu təqdim edirdi. Bu ilahə qadının pişik başı var idi. Misirlilərin evi yananda ev sahibi birinci növbədə pişiyi çıxarırdı.

Pişik ona görə qiymətli idi ki, buğda ehtiyatını qorumaqda sahibinə çox kömək edirdi. Pişiyə əzab vermək və öldürmək amasızcasına cəzalandırılırdı. Misirlilər pişikdən təkcə siçanları tutmaq üçün istifadə etmirdilər. Pişiklər ov zamanı da sahiblərinə kömək edirdilər.

Başqa ölkələrdə də pişiklərə böyük hörmət edirdilər. Əfsanəyə əsasən, pişik peyğəmbərlərdən birinin ətəyində yatmışdı. Peyğəmbər durmaq istəyirdi. Amma o pişiyi oyatmadı. Paltarının pişik uzandığı yerini kəsib ayağa durdu.

Pişik bu gün də ev heyvanlarının arasında ən məşhurudur. İnsanlar onu daha çox sevirlər. Buna görə də Pepo bizimlə yaşayır. Biz də Peponu çox sevirik.

Toko və Tako böyük maraqla analarının hekayələrini dinləyirlər və pişiklər haqqında başqa əhvalatları da gözləyirlər. Ana uşaqlarının arzularını tezliklə yerinə yetirir və yenə də bir maraqlı əhvalat danışır:

- Bilirsinizmi, pişik maşınla təhlükəsiz hərəkətə dəstək verir? Yəqin ki, bilmirsiniz.

İngiltərədə Piter Şou adında bir nəfər yaşayırdı. O, hər gün işdən evə axşam saatlarında qayıdırdı. Artıq qaranlıq olurdu. İngiltərədə duman tez-tez olur. Yol da çox dar və çətin keçilən idi. Piter Şou dumanda və qaranlıqda heç nə görmürdü. Bu yolu keçmək hər zaman qorxulu olurdu.

Soyuq, qaranlıq və dumanlı axşamlardan birində Piter Şou evinə dönürdü. O, gözlənilmədən iki yumru lampa gördü. Bu lampalar onun yolunu işıqlandırırdılar. Tezliklə gördü ki, əslində çəpərdə pişik oturubdur. Maşının işığı pişiyin gözlərinə düşürdü, pişiyin gözlərindən isə yaxınlıqakı yola işıq düşürdü.



Bu faktdan sonar Piter Şouda ideya yarandı: o, yolların işıqlandırılması qutularını icad etdi. Bu qutuları magistral yollara qoyurlar. “”Pişik gözləri qutuları sürücüyə gecə yolçuluğunda işıq verirlər.
Razı qalmış Toko və Tako bir-birinə baxırlar: Pakoya danışmaq üçün uşaqların nə qədər yeni əhvalatları vardır….
Yüklə 54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin