Süd gələnə qədər süni qida vermək lazımdır
Çox geniş yayılmış səhv məlumatlardan biri doğuşdan sonrakı 3-4 gün müddətində ananın döşlərində körpəni qidalandırmaq üçün lazımi miqdarda südün olmamasıdır. Həqiqətən də, bu dövrdə ananın döşlərində süd olmur. Lakin tərkibində ana südündən qat-qat zəngin zülal olan ağuz südü olur. “Childbirth” Beynəlxalq Təlim Təşkilatının təqdim etdiyi sonuncu məlumatlara (2010) görə, ana südünün 100 ml-də 0.9 qr zülal olduğu halda, eyni miqdarda ağuz südünün tərkibindəki zülalalın miqdarı 2.3 qr təşkil edir. Ağuz südü verməklə körpənizin bütün qida ehtiyaclarını ödəmiş olacaqsınız və süni qidaya heç bir ehtiyac qalmayacaqdır.
Dostları ilə paylaş: |