Paroksizmal gecə hemoqlobinuriyası Paroksizmal gecə hemoqlobinuriyası hemopoetik kök hüceyrələrin qazanılma klonal dəyişikliyi olub, hüceyrə membranının qeyri-stabilliyi və komplementə həssaslığın artması nəticəsində xroniki damar daxili hemoliz, hemoqlobinuriya, hemosiderinuriya və anemiyanın yaranması ilə xarakterizə olunur.
Xəstəlik haqqinda ilk tarixi məlumat Strünbing (1882) tərəfindən yazılıb. 1928-ci ildə Markiafava ‘Hemosiderinuriyalı hemolitik anemiya’ adlı məqaləsində xəstəlik haqqında geniş məlumar vermişdir. Həmin ildə Michelli də xəstəlik haqqinda yazmışdır. Xəstəlik hər iki alimin şərəfinə Markiafava-Michelli adlandırılıb. 1959-cu ildə Heilmeier xəstəliyi Ştrunbing-Markiafava adlandırmağı təklif etdi. Daha geniş yayilmış adi isə paroksizmal gecə hemoqlobinuriyasıdır. Əslində bu ad tam uyğun gəlmir. Çünki həqiqi paroksizmlər yoxdur və hemoqlobinuriya da mütləq əlamətlərdən deyil.