Differensial diaqnoz. Damar daxili hemoliz autoimmun hemolitik anemiya və Q-6-FD defisitində kriz zamanı müşahidə edilir. Autoimmun hemolitikanemiyada Kumbs reaksiyası diaqnostika ücün əhəmiyyətlidir (aqlutinin və hemolizinlər). Q-6-FD defisitli anemiyada isə dərman preparatlarının qəbulundan sonra hemoliz yaranır (Berşteyn və Mtulskinin keyfiyyət testi). Qarında ağrılar, periferik damarların trombozu, anemiya həkimdə mədə-bağırsağın şiş xəstəliyindən şübhələnməyə əsas verir.
Bəzən səhv olaraq sidikdə çox miqdarda zülalın olması böyrək patologiyası haqqında fikir yaradır. Paroksizmal gecə hemoqlobinuriyasını hemolizin formalı autoimmun hemolitik anemiya ilə differensiasiya etmək çətin olur. Klinikası bir-birindən demək olar ki, fərqlənmir, Hem testi və saxaroza sınağı da müsbət olur. Paroksizmal gecə hemoqlobinuriyasında leykosit və trombositlərin miqdarı azalır, və prednizalonun effekti olmur.Autoimmun hemolitik anemiyada isə leykositoz olur və prednizalon effekt verir. Diaqnostikaya zərdabda hemolizinlərin standart metod və modifikasiya olunmuş saxaroza sınağı ilə təyini və eritrositlərin səthində antieritrositar antitellərin aşkar olunması kömək edir. İrsi dizeritropoetik anemiyada hem testi və saxaroza sınağı müsbət olur, lakin damar daxili hemoliz əlamətləri olmur. Dalaq böyüyür, leykosit və trombositlərin miqdarı dəyişmir.
Qurğuşun zəhərlənməsində qarinda ağrılar, hipoxrom anemiya, trombositopeniya, sidikdə hemosiderin olur. Amma polinevritik sindrom paroksizmal gecə hemoqlobinuriyası üçün xarakter deyil. Qurğuşun zəhərlənməsində hem testi və saxaroza sınağı mənfidir. Sidikdə delta-aminolevulin turşusu və koproporfirinin miqdarı artır.
Dostları ilə paylaş: |