Anemiyalar



Yüklə 1,02 Mb.
səhifə117/129
tarix06.01.2022
ölçüsü1,02 Mb.
#111990
növüDərs
1   ...   113   114   115   116   117   118   119   120   ...   129
Müalicə. Müalicəni B6 vitamini ilə başlamaq lazımdır. B6 vitamini ilə müa­li­cə ilk dəfə 1956-cı ildə J.W. Harris adlı alim tərəfindən aparılmışdır. Doza yüksək olmalıdır (6%-li məhlul 5-8 ml/sutka). Piridoksalfosfat daha effektlidir. Əzələ daxilinə 80-40 mq/sutka, daxilə 80-120 mq/sutka təyin olunur.

Əsas müalicə tədbirlərdən biri də orqanizmdən dəmiri xaric etməkdir. Dəmiri xaric etmək üçün disferal istifadə olu­nur. Əzələ daxilinə 500 mq/sutka, vena daxilinə nasos va­si­təsi ilə 12 saat ərzində 40 mq/kq/sutka hesabı ilə təyin olunur. Preperat 5 gün təyin edilir. 2-3 həftədən bir təkrar olunur.

Bəzən B6 və piridoksalfosfat effektsiz olduqda disfe­ral­la müalicə remissiya ya­ra­dır. Lakin bütün xəstələrdə B6 vita­mi­ni ilə müalicə effektli olmur.

Proqnoz. Əgər B6 vitamini və ya piridoksalfosfat ilə müalicə effektlidirsə və eyni za­manda mütəmadi olaraq des­fe­ral təyin olunursa, proqnoz qənaətbəxşdir. Müalicənin ge­c, xüsusən orqan və toxumalarda hemosideroz yarandıqdan son­ra apa­rı­lması proqnozu ağır­laş­dı­rır.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin