yaranan qazanılma anemiya Qurğuşun zəhərlənməsi (saturnizm) zamanı porfirinin yaranması pozulur, eyni zamanda eritrositlərin membranında və bəzi fermentlərin aktivliyində baş verən patologiyalar hemolizin yaranmasına səbəb olur. Zəhərlənmələr məişətdə və istehsalatda baş verə bilər.
Patogenez. Əsasən porfirinin sintezi pozulur. Qurğuşun hemin sintezində iştirak edən 2 fermenti-dehidrataza δ - aminolevulin turşusu və hemsintetazanı blokadaya alır. Hemin sintezi protoporfirin və dəmirin iştirakı ilə mitoxondrilərdə gedir. Çünki fermentlər-ferroxelatoza və ya hemsintetaza mitoxondrilərdə yerləşir. Periferik qandaki eritrositlərdə mitoxondri olmadığına görə bu proses sümük iliyindəki meqakariositlərdə gedir. Perferik qandakı eritrositlərdə hem sintezində istifadə olunmayan protoporfirin, sidikdə isə aminolevulin turşusu toplanır. Zərdabda dəmirin miqdari çoxalır və tədricən orqanlarda yığılır.
Xəstəliyin patogenezində başqa mexanizmlərin də əhəmiyyəti var. Qurğuşun zəhərlənmələri zamanı qlobin sintezi xüsusən alfa zəncirin yaranması pozulur. Bu dəyişiklik də hipoxromiyanın yaranmasına kömək edir. Qurğuşun eritrositlərin membranında fiksasiya olunur və Na/K-ATF-azanın aktivliyin pozur. Nəticədə eritrositlərdə kaliumun miqdarı azalır, onların yaşama müddəti qısalır və hemoliz baş verir. Sinir hüceyrələrindəki dəyişikliyin səbəbi hem sintezinin və sinir hüceyrələrində ATF-in əmələ gəlməsinin pozulması ilə izah edilir.