Anemiyalar



Yüklə 1,02 Mb.
səhifə18/129
tarix06.01.2022
ölçüsü1,02 Mb.
#111990
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   129
Patogenez. Patogenezdə əsas faktor hipova-lemiyadır. Kəskin qanitirmə zamanı qanın itirilmə sürətindən, miqda­rından asılı olaraq bir sıra kompensator reaksiyalar ya­ranır. Simpatiko-adrenalin sisteminin aktivləşməsi periferik damar­ların spazmına sə­bəb olur və depodakı qanın səfərbərliyi nəticəsində hemodinamika normallaşmağa baş­layır. Eyni zamanda kapilyar təzyiq azalır, damar divarlarının keçiriciliyi artır və toxuma mayesi qan damarlarına daxil olur. Humoral mexa­nizmlər işə düşərək or­qa­nizm­dən su və Na ionlarının xa­ric olmasını ləngidir. Nəticədə autohemodil-yusiyanın he­sa­bına ümumi dövr edən qanın həcmi artır. Yüngül qanaxmalar zamanı dövr edən qa­nın həcminin 10-15%-dən artıq itiril­mədiyi halda bu mexanizm itirilən qanı kom­pen­sa­siya edir.

Dövr edən qanın 30%-i qısa müddətdə, 50%-i isə tədricən itirilikdə, xəstəyə yar­dım göstərilməsə bu vəziyyət letal sonluqla nəticələnər.

Ümumi dövr edən qanın 20-40%-i itirilsə, toxuma hipok­siyası fonunda he­mor­ra­gik şok yaranır. Qanın patoloji depo­laşması və maye hissəsinin toxumalara keç­məsi he­­­modi­namikada dəyişiklik yaradır, metabolizm pozulur, parenxi­matoz orqanlarda dis­­­trofik dəyişikliklər, miokardın funksi­yasında çatışmazlıq, eləcə də mər­kə­zi sinir sis­­­temində və digər sistemlərdə patoloji vəziyyət yaranır. Uşaqlar və yaşlı in­­san­lar qan­­­itirməyə daha çox həssasdırlar. Belə ki, yenido­ğulmuşlarda dövr edən qa­nın həc­mi­nin 10-15% itirilməsi hemor­ragik şokla nəticələnir.

Qanitirmə zamanı yaranan hipoksiya böyrəklərdə eritro­poetinin hasilatını artırır, nəticədə sümük iliyində eritropoez güclənir və periferiyaya cavan erit­ro­sit­lə­r daxil olur. Damar divarının zədələnməsi ilə yaranan kəskin qan­itir­mə zamanı trombositar və plazma hemostazı aktivlənir, qanın yapış­qanlığı artır. Ar­terial təzyiqin azalması periferik qan dövranının zəifləməsinə, mikrosirkulyasiyada qa­nın stazına səbəb olur. Orqan və toxumaların hipoksiyası başlayır, mad­dələr mü­ba­di­ləsinin toksiki məhsulları intoksikasiya yaradır. Nəticədə DDL sindromu inkişaf edir, mikroemboliya və mikrotromblar səbəbindən qan döv­ra­nı pozulur, qanın for­ma­lı elementlərinin damar daxili aqreqasiyası başlayır.




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin