Etiologiya.
I. Alimentar mənşəli-B12 vitaminin kifayət qədər orqanizmə daxil olmaması (heyvani və süd məhsullarının istifadə olunmaması, vegeterianlarda)
II. Daxili faktorun olmaması nəticəsində B12 vita-minin sorulması pozulur.
1. Mədənin parienteral hüceyrələrinə və qastro-mukoproteinə qarşı antitellərin yaranması-autoimmun mənşəli
2. Mədə rezeksiyası-qastromukoprotein sintez olunmur
3. Mədənin selikli qişasına toksiki təsir olduqda- alkoqol, spirt
4. Mədənin fundal hissəsinin xərçəngində
III. Bağırsaq divarlarında B12 vitaminin sorulması pozulur.
l. B12 defisitli anemiyanın irsi variantı İmmerslund-Qresbek sindromu
2. Tropik spru, seliakiya
3. Reqionar ileit
4. Mədəaltı vəzin xəstəliklərində - 12 barmaq bağırsağa kifayət qədər tripsin daxil ola bilmədiyi üçün B12 vitamini R-proteindən ayrıla bilmir və nəticədə bağırsaqlardan sorulması pozulur.
5. Nazik bağırsağın rezeksiyasında
IV. B12 vitamini bağırsaqlarda digər mikroor-qanizmlər tərəfindən istifadə olunur:
1. Nazik bağırsağın çoxsaylı divertikullarında - bağırsaq mikroflorası zəngin olduğuna görə B12 vitamini daha çox istifadə olunur.
2. Lentşəkilli qurd xəstəliyində- difillobatrioz
3. Kor ilgək sindromu
Dostları ilə paylaş: |