Anemiyalar



Yüklə 1,02 Mb.
səhifə47/129
tarix06.01.2022
ölçüsü1,02 Mb.
#111990
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   129
Patogenez. Fol turşusunun defisiti onun qida ilə kifayət qədər orqanizmə daxil olmaması, bağırsaqlardan sorulmanın pozulması və ya bu maddəyə tələbatın artması zamanı yara­nır.

Fol turşusu defisitinə pis qidalanan, rasionunda təzə meyvə-tərəvəz istifadə et­mə­yən şəxslərdə rast gəlinir. Əgər ha­mi­lə qadında fol defisitli anemiya varsa, bu­nun əla­­mətləri yeni doğulan körpədə də müşahidə olunur. Keçi südündə fol tur­şusu çox az miqdarda olduğu ücün onunla qidalanan uşaqlarda fol turşusu defisiti yaranır.

Nazik, xüsusilə yoğun bağırsağın bir hissəsi rezeksiya olun­muş xəstələrdə, tropik sp­ru və seliakiyada, Uippl xəs­təliyi və ağır bağırsaq infeksiyaları zamanı fol tur­şu­su­nun sorulması pozulur. “Kor ilgək” sindromu zamanı B12 vitamini ilə yanaşı fol tur­şu­­­su defisiti də yaranır. Fol turşusunun bağırsaq divarından və onurğa beyin ma­ye­sin­dən nəql olunmasının nadir irsi pozğunluğu halları haqqında da məlumatlar var.

Qıcolma əleyhinə preparatların və fenobarbitalın (lü­-mi­nal, fenobarbiton, ve­ro­­nal), oral kontraseptivlərin, meta­treksat, karbamazepin, triamteron, trimetoprimin və s. uzun müddət qəbulu fol turşusunun metabolizminə təsir etdiyi üçün onun defisitin ya­­­radır. Alkoqolizm zamanı da belə hallar müşahidə edilir.

Hamilə qadınlarda,xüsusən çoxdöllü hamiləlikdə, pis qidalanma zamanı fol tur­şu­­suna tələbat 5-10 dəfə artır və öz-özünə kompensə olunmur. Epilepsiyadan müalicə alan, yaxud alkoqoldan sui-is­­tifadə edən qadınlarda hamiləlik zamanı fol turşusu defisiti qabarıq şəkildə üzə çıxır.

Müxtəlif hemolitik anemiyalar zamanı, talassemiya xəs­tələrində, xüsusən he­mo­li­tik anemiya və ya heteroziqot talas­semiyalı hamilə qadınlarda, uşaqlarda inkişafın sü­rət­lən­diyi dövrdə fol turşusuna tələbat kəskin artır.




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin