Təsnifatı. Hal-hazırda xəstəliyi ağırlıq dərəcəsindən, proqnozundan asılı olaraq qruplara ayırmaq üçün 1979-cu ildə işlənib hazırlanmış “Camitt” kriteriyasından istifadə olunur.
Bu kriteriyalara əsasən aplastik anemiya aşağıdakı qruplara bölünür:
Ağır aplastik anemiya-periferik qanın göstəricilərinin istənilən 2 kriteriyasına istinadən təyin edilir: qranulositlər 0,5x109/l-dən az, trombositlər 20x109/l-dən az, retikulositlər 1%-dən az, trepanobioptatın göstəricisinə əsasən sümük iliyinin aplaziyası (sümük iliyinin hüceyrəliliyi normadan 30% az) olur.
2) Çox ağır aplastik anemiya-ağır aplastik anemiyanın kriteriyalarına uyğundur, lakin qranulositlərin miqdarı 0,2x109/l-dən azdır.
3) Orta ağır aplastik anemiya-ağır aplastik anemiyanın kriteriyalarına düşmür.
Xəstəliyin ağırlıq dərəcəsinin müəyyənləşdirilməsi ona uyğun müalicənin, kök hüceyrələrin transplantasiyasına göstərişlərin, təxirə salınmaz terapevtik tədbirlərin seçilməsi üçün əhəmiyyətlidir.
Xəstəliyin kəskin və xroniki olmaqla 2 forması var. Etioloji faktorlara əsasən-qazanılma (etioloji faktoru müəyyən olunan), idiopatik və irsi variantlara ayrılır. Xəstəliyin qazanılma formasına 80%, irsi formasına isə 20% halda rast gəlinir.
Dostları ilə paylaş: |