Etiologiya. Sümük iliyində aplaziyasının inkişafına səbəb olan etioloji faktorları çox zaman aşkar etmək olmur (idiopatik forma). Bəzən xəstəliyin yaranmasını müxtəlif kimyəvi preparatlar (levomisetin, makrolid qrupundan olan antibiotiklər, sulfanilamid preparatlar, qeyri-steroid iltihab əleyhinə preparatlar, vərəm əleyhinə preparatlar, benzol və onun törəmələri, nitroemal, pestisidlər və s.) fiziki faktorlar, infeksiya (sitomeqalovirus, parvovirus, herpes infeksiyası, hepatit B, C, Epşteyn-Barr virusu), hamiləlik, timoma, radiasiya, qanyaranmanın klonal xəstəlikləri (leykoz, bədxassəli limfoproliferasiya, paroksizmal gecə hemoqlobinuriyası), qırmızı qurd eşənəyi, eozinofil fassit, hiperimmunoq-lobulinemiya və s. əlaqələndirirlər.
Dostları ilə paylaş: |