Dəmir defisitli anemiya Dəmir defisitli anemiya-qan zərdabında, sümük iliyində, depoda dəmirin azalması nəticəsində yaranan xəstəlikdir. Dəmirin sümük iliyinə kifayət qədər daxil olmaması nəticəsində hemoqlobinin, sonradan isə eritrositlərin sintezi pozulur. Nəticədə hipoxrom anemiya və toxumaların trofik dəyişikliyi yaranır. Xəstələrdə anemiya yaranmamışdan əvvəl to-xumalarda dəmir defisiti-latent dəmir çatışmazlığı əlamətləri müşahidə edilir.
Dəmir defisitli anemiya haqqında ilk dəfə 1554-cü ildə Lange yazmışdır. Xəstəliyin müalicəsində dəmir preparatı ilk dəfə 1600-cü ildə Sydenham tərəfindən tətbiq olunmuşdur.